Arxiv
31 May 2018, 09:18 | MÜSAHİBƏ
Artur Rasizadə: “Mənə məsləhət gördülər ki, dincəlim” - MÜSAHİBƏ  

Keçmiş baş nazir Artur Rasizadə “Yeni Müsavat”a müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir:

- Artur müəllim, adətən məmurlar vəzifədən uzaqlaşandan sonra ən azı bir müddət özlərini narahat hiss edirlər. Sizin əhval-ruhiyyəniz necədir?

- (Gülür). Yox, heç bir narahatlıq yoxdur. Təbii ki, fiziki cəhətdən çox böyük yük idi axı. Digər tərəfdən də istər-istəməz yaş özünü göstərir. Təbiətin qanunlarını hələ heç kim ləğv edə bilməyib. Sağ olsun cənab prezident, bunu nəzərə alıb mənim istirahət etməyimi məsləhət gördü. Mən buna çox şadam, sağ olsun. Çünki böyük yük idi. Dediyim kimi, yaş da özünü göstərir. Baxmayaraq ki, bir mahnı var, “Ömür deyir qocalmısan, ürək deyir yaşa hələ!”  (ürəkdən gülür).

- 83 yaşınızın olmasına baxmayaraq, iş qrafikinə çox dəqiqliklə əməl etdiyinizi bilirik. Yəqin ki, siz vəzifədə olduğunuz uzun illər boyu da sağlamlığınızın qayğısına qalmısınız, ona görə gümrah qalmağı bacarmısınız. Maraqlıdır, belə gümrah, enerjili qalmağın resepti varmı? Bəlkə gənclərə məsləhətlərinizi verəsiniz.

- Bəli. İdmanla məşğul olurdum. Əsasən piyada gəzməyi xoşlayırdım.

- Bundan sonrakı həyatınızı necə yaşamaq, nə işlə məşğul olmaq istəyirsiniz?

- Sağlıq olsun. Bir az vaxt keçəndən sonra görək nə ilə məşğul olacağıq. Fikirlər qalır da. Necə deyərlər, beyin işləyir də (gülür).

 - Sələfiniz, yeni baş nazir Novruz Məmmədovla əlaqə saxlayırsınızmı, hansısa məsələlərlə bağlı məsləhətləşmə olurmu?

- Yox. Hələ hansısa məsləhətləşmələrimiz olmayıb. Amma sağlıq olsun, görüşərik.

- Siz böyük bir nəslin nümayəndəsisiniz. Maraqlıdır, Hüseyn Cavid nəslinin nümayəndəsi olan Artur Rasi-zadə indiyəcən hansısa bədii əsər yazıbmı, yaxud yazmaq istərdimi?

- Hərdənbir belə fikirlər keçib ürəyimdən. Amma baxaq, görək. Bir az vaxt keçsin. Qismət olsa... Mən neçə vaxt idi vəzifələrdə çalışırdım. Hələ sovet vaxtından vəzifələrdə işləmişəm. Bilirsən də, ailəlikcə nə çətinliklərdən keçmişik. Repressiya məsələsi, “xalq düşməni” damğası və sair.

- Uzun müddət Nazirlər Kabinetinə rəhbərlik etmiş şəxs kimi Azərbaycanın bu günü və gələcəyi barədə nə düşünürsünüz? Son kadr dəyişiklikləri ilə bağlı nə deyə bilərsiniz?

- Mən hesab edirəm ki, işlərimiz yaxşı getməlidir. Çünki buna əsas var. Həm də yaxşı kadrlarımız var. Xalqla iqtidarın birliyi mövcuddur.

- Artur müəllim, sizi ən çox narahat edən nədir?

- Əsas məsələ Dağlıq Qarabağ məsələsidir. Bu, məni həmişə narahat edib, darıxdırıb. İndi də Qarabağ məsələsi, torpaqlarımızın işğal altında qalması məni çox darıxdırır. Hesab edirəm ki, bu, bizim qarşımızda dayanan ən vacib məsələlərdən biridir.

- Qarabağın taleyi ilə bağlı nikbinsinizmi?

- Sağlıq olsun. Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir. Mən həmişə bu işlərin içərisində olmuşam. Ona görə hesab edirəm ki, işlər yaxşılığa doğru gedəcək. İnşallah, Qarabağ məsələsi də öz həllini tapacaq.

- Artur müəllim, həyat yolunuzdan, iş fəaliyyətinizdən bəhs edən xatirələrinizi yazmaq, ortaya memuar qoymaq niyyətiniz varmı?

- Mənə onu məsləhət görürlər. Amma hələ bir az dincəlim. Çünki mən 61 il gərgin mühitdə işləmişəm. Bu barədə düşünürəm. Sizə diqqətinizə görə minnətdarlığımı bildirirəm. Sağ olun. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu 4 İyul 2020, 19:27 KİVDF qəzetlərə maliyyə yardımı ayırdı - SİYAHI 4 İyul 2020, 19:01 Paytaxtın 544 küçəsi dezinfeksiya olundu 4 İyul 2020, 18:16 Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55