Arxiv
7 Yanvar 2019, 08:37 | REPORTAJ
Bakının məşhur qonaqları - İrina Muravyova Azərbaycanda da “xəsislik” etdi - LAYİHƏ  

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..


Budəfəki yazımızda Sovet kinosu və teatrının məşhur siması, Rusiyanın Xalq artisti İrina Muravyovanın Bakıya gəlişindən bəhs edirik.

O İrina Muravyova ki, yaşlı və orta nəsil Azərbaycan tamaşaçısı aktrisanı “Moskva göz yaşlarına inanmır” filmində Lyudmila, “Karnaval”da Nina Solomatina, “Ən cazibədar və cəlbedici”də Nadya Klyuyeva kimi tanıyıblar. İrina Muravyova bu kimi məşhur ekran əsərlərində canlandırğı maraqlı obrazlarla azərbaycanlı tamaşaçıların da dərin rəğbəti qazanmış aktrisadır.

O, Bakıya bir neçə dəfə gəlib. Aktrisanın Azərbaycan paytaxtına ən son səfəri lap bu yaxınlarda - 2018-ci ilin dekabr ayında gerçəkləşib.

İrina xanım önümüzdəki günlərdə - 8 fevral tarixində yubileyini – 70 yaşını qeyd edəcək.


“Ev qızı”nın xəyalları...

İrina Muravyova 1949-cu il fevralın 8-də Moskvada anadan olub. Gələcək kino ulduzunun atası Vadim Muravyov hərbçi mühəndis idi və İrinanın anası ilə Böyük Vətən müharibəsi zamanı tanış olmuşdu. O zaman İrinanın anasını faşistlər Belarusiyada girov götürərək, özləri ilə Almaniyaya aparmışdılar. Vadim Muravyov onunla elə Almaniyada, faşistlərdən xilas edildiyi zaman tanış olmuş və evlənmişdilər.

1947-ci ildə İrinanın böyük bacısı, iki il sonra isə özü doğulmuşdu.

Qızlar kiçik yaşlarında Muravyovlar ailəsində hökm sürən “dəmir qayda-qanunlar”a tabe olmalıydılar. Onlara yaşıdları ilə əyləncə məkanlarına getməyə, oğlanlarla rəqs etməyə qadağa qoyulmuşdu. İrina Muravyova necə deyərlər “ev qızı” kimi böyüyür, küçəyə demək olar ki, az-az hallarda çıxır, dərslərinə ciddi fikir verirdi.
İrina xanım bu haqda xatirələrində də qeyd edib: “Anam çox tələbkar qadın idi. Onun qorxusundan məktəbdə çox yaxşı oxuyurduq. Çünki “4” alanda bizi bərk danlayırdı. Mən digər uşaqlar kimi konsertlərə, əyləncələrə getmirdim, icazə verilmirdi. Müəllimlərim məni 1-ci sinifdən 10-su sinfi bitirənədək digər uşaqlara nümunə göstərirdi”. 

İrina Muravyova orta məktəbin aşağı siniflərində oxuyanda müəllimə olmaq haqda düşünürmüş. Amma yuxarı siniflərə çatanda fikrini dəyişir və aktrisalıq eşqinə düşür. O, məktəbdə fəaliyyət göstərən teatr dərnəyinə yazılmışdı və şagirdlər qarşısında göstərilən bir neçə tamaşada rol da almışdı. Təxminən 15 yaşında İrina gələcək karyerasını hansı sahədə quracağını artıq müəyyənləşdirdi. Aktisa olmaq həvəsi onu ovsunlamışdı.

Orta məktəbi qurtarandan sonra İrina valideynlərinin iradəsinə qarşı çıxaraq, aktrisa olmaq qərarını elan etdi və sənədlərini Moskvadakı teatr məktəbinə verdi. Lakin acı bir xəyal qırıqlığına uğradı: təhsil müəssisəsi istedadlı qız qəbul etmirdi. Beləcə o, müsabiqədən keçə bilmədi.

Amma İrina Muravyova inadcıl idi və bir il sonra yenidən sənədlərini teatr məktəbinə təqdim etdi. 1967-ci ildə onu Mərkəzi Uşaq Teatrının dram studiyasına qəbul etdilər. İrina bu studiyada təhsilini bitirdikdən sonra 1970-ci ildə həmin teatrda aktrisa kimi işləməyə başladı.
Elə gələcək həyat yoldaşı - rejissor Leonid Eydlinlə də 1973-cü ildə burada tanış oldu.

Gənc aktrisa bir neçə il Mərkəzi Uşaq Teatrında işlədi. Bununla paralel Rusiya Teatr İncəsənəti  İnstitutunu qiyabi olaraq bitirdi.


Şöhrətə doğru...

Teatr karyerası ilə yanaşı, 1974-cü ildən o, kinoya da çəkilməyə başladı. Həmin ildə İrina Muravyova kinoda debüt etdi.

Aktrisanı populyarlaşdıran və ona böyük şöhrət qazandıran ekran əsəri “Moskva göz yaşlarına inanmır” filmi oldu. 1979-cu ildə lentə alınan bu ekran əsərindəki Lyudmila roluna görə İrina Muravyovaya SSRİ Dövlət mükafatı verildi. Yeri gəlmişkən, bu film “Oskar” da daxil olmaqla onlarla mükatafata layiq görülüb.

Ardınca - 1981-ci ildə o, “Karnaval” filmində oynadığı Nina Solomatina rolu ilə daha da məşhurlaşdı.
 
1982-ci ildə “Sovet ekranı” jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, İrina “İlin ən yaxşı aktrisası” seçildi.

Teatr və kinodakı xidmətlərinə, bir-birindən fərqli rollardakı çıxışlarına və qazandığı uğurlara görə 1983-cü ildə ona Rusiyanın Əməkdar artisti adı verildi.

Sonrakı illərdə aktrisa onlarla filmdə maraqlı obrazlar canlandırdı. İrina Muravyova 1993-cü ildən ta indiyə kimi Moskvadakı Rusiya Dövlət Akademik Kiçik Teatrında (“Malıy Teatr”) çalışır.

1994-cü ildə sənətdə qazandığı böyük nailiyyətlərə görə İrina Muravyovaya Rusiyanın Xalq artisti fəxri adı verilib.


40 illik evlilik və dul qadın...

İrina Muravyova 1973-cü ildə rejissor Leonid Eydlinlə ailə həyatı qurub. Bu evlilikdən onların iki oğlu dünyaya gəlib – Daniel və Yevgeni. Yeri gəlmişkən, İrina Muravyovanın ailəsinin bütün üzvləri fevral ayında anadan olub - 2 fevralda həyat yoldaşı, 6 fevralda kiçik oğlu, 8 fevralda özü, 15 fevralda böyük oğlu doğulub.

İrina Muravyova indi dul qadındır. O, eyni zamanda nənədir və hər iki oğlunun övladlarını çox sevir.

2014-cü ilin fevralında insult keçirən 40 illik həyat yoldaşı Leonid Eydlin vəfat edib. Həyat yoldaşını itirmək ona böyük zərbə olsa da, aktrisa toparlanaraq şəxsi həyatına və yaradıcılığına davam etməyi bacardı. O, çəkildiyi filmlərdəki obrazlardan fərqli olaraq, gerçək həyatda ciddi və sakit insandır. Başqa aktrisalar kimi parlaq rollar üçün mübarizə aparmayıb, bu rolları tale özü ona hədiyyə verib.

Maraqlıdır ki, aktrisa jurnalistləri sevmir və müsahibə verməyi də xoşlamır. Bu səbəbdən də az-az jurnalist onunla həmsöhbət ola bilib. İrina ilə gerçəkləşən  azsaylı müsahibələrdə o, bütün suallara qısa cavab verməklə, jurnalistlərdən necə deyərlər canını qurtarmağa çalışıb.


Şayiələr, dedi-qodular və jurnalistlərə qarşı qıcıq…

Həyat yoldaşının vəfatından sonra aktrisa haqqında müxtəlif söhbətlər, şayiələr yayılırdı. Və bu dedi-qoduların ayaq açmasında elə onun sənət yoldaşları da az rol oynamırdı. Məsələn, mətbuat həmkarlarına istinadən yazırdı ki, əri öləndən sonra İrina Muravyova tez-tez xəstələnir. Guya o, yalnız kilsədə mənəvi rahatlıq tapır və s. Həmkarları hətta deyirmişlər ki, İrina monastıra çəkilməyi xəyal edirmiş, ancaq guya, hansısa ilahi qüvvə ona hələ səhnəni tərk etməyə icazə verməyib. Və həmin söz-söhbətlər mətbuatda da dərc olunurdu ki, bu da aktrisanı qəzəbinə səbəb olur, jurnalistləri onun gözündən salırdı.


2014-cü ildə dedi-qodu və qeybətlərin baş aldığını görən aktrisa Rusiya mətbuatında haqqında yazılan şayiələrə münasibət bildirməyə məcbur olub:

“Jurnalistlər sənətdən uzaqlaşıb tənhalığa çəkildiyimi, monastıra qapandığımı yazmışdılar. Hətta öldüyümü yazan dırnaqarası media nümayəndələri də vardı. Belələri üçün önəmli olan qəzetlərinin satışı, pul qazanmalarıqdır. Şayiələrin məzmununa hərdən özüm də mat qalıram. Mən isə öz növbəmdə bu şayiələrə aydınlıq gətirmirəm, çünki desəm də, deməsəm də onsuz da öz bildiklərini yazırlar. Fikirlərim, sözlərim dəfələrlə təhrif olunub. Bir sözlə, xeyri yoxdur. Ona görə də jurnalistlərlə ümumiyyətlə ünsiyətə girmirəm, heç vaxt müsahibə vermirəm”.

Bu açıqlamanı verməyə məcbur olduğunu deyən aktrisa o zaman jurnalistlərə “indi gəlmişəm ölümqabağı xüsusi olaraq sizinlə vidalaşım” sözlərilə zarafat da etmişdi. 


“Axı, mən həyatda heç də belə deyiləm!”

İrina Muravyovanın mətbuata müsahibələrini barmaqla saymaq olar. Hətta bəzi vaxtlar olub ki, Muravyovanı söhbətə çətinliklə razı salan jurnalistlər tapılıb, onlar min-bir əziyyət hesabına başa gələn müsahibəni çapa hazırlayıblar, amma di gəl ki dərc etdirə bilməyiblər. Çünki Muravyova son anda - müsahibənin çap olunmasına bir gün qalmış ondan imtina edərək, jurnalistin yalvarışlarını və hətta gözyaşları tökməsini cavabsız qoyub.

Tədbirlərin birində aktrisaya qır-saqqız olan jurnalist ona belə sual ünvanlamışdı:

- İrina Vadimovna, vicdanla deyin, sizinlə müsahibəyə nail olmaq üçün nə etmək lazımdır?

- Müsahibə?! Əşşi, boş verin! Bu, kimə və nəyə lazımdır?!


Jurnalist bunun oxuculara və aktrisanın pərəstişkarlarına lazım olduğunu söyləyəndə, İrina Muravyova “ondansa qoy filmlərimə baxsınlar və teatra gəlsinlər” demişdi. 

Bütün bunlara baxmayaraq, görkəmli aktrisa ətrafında olan insanlara və həmkarlarına həssas və diqqətlidir. Məsələn o, “Moskva göz yaşlarına inanmır” filminə ilk dəfə baxandan sonra öz roluna görə xəcalətimdən ağladığını etiraf etmişdi: “Fikirləşirdim ki, necə oldu ki, mən öz xeyrini güdən və prinsipsiz bir qadın rolunu oynamağı bacardım?! Axı, mən həyatda heç də belə deyiləm!”.


Milyonların sevimlisi olan və 70 yaşını qeyd etməyə hazırlaşan İrina Muravyova pərəstişkarlarını bu gün də nigaran qoymur, mütəmadi olaraq səhnəyə çıxmağa davam edir.


Sənətçinin ilk Bakı səfəri…

2012-ci ilin fevralında Rusiya kino və teatrının cazibədar aktrisası İrina Muravyova ilk dəfə Bakıya gəldi. O zaman Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “İntriqant arvad və ya öz aralarında aktyorlar” tamaşası göstərilirdi.  Məhz bu tamaşada baş rolun ifaçısı İrina Muravyeva idi. Sənətkar bakılılar qarşısına ağlasığmaz uğurla çıxış etdi.
Komediya janrında olan tamaşanın rejissoru idə Rusiyanın əməkdar incəsənət xadimi, İrinanın əri Leonid Eydlin idi.

2013-cü ildə o, yenidən Bakıya səfər etdi. İrinanın üzvü olduğu Rusiya Dövlət Akademik Kiçik Teatrı bu dəfə Bakıya  Aleksandr Ostrovskinin “Müdrik olan hər kəsə kifayətdir sadəlik” tamaşası ilə gəlmişdi. O zaman İrina Muravyova mətbuata açıqlamasında Bakı və bakılılar haqqında razılıqla danışmış, Azərbaycan tamaşaçılarının ona göstərdiyi xoş münasibəti, mehribanlığı, gülərüzlüyü yüksək dəyərləndirmişdi:

“Şəhərdə insanların bizi qarşılamasın, səmimi ürək sözlərini deməsinə sevinməmək qeyri-mümkündür. Bakılı tamaşaçılar səhnədə də bizi çox səmimi qarşıladı. Bunu tamaşanın sonundakı alqışlar da göstərdi. Bu gəlişimdən də razılıqla geri dönürəm. Ümimiyyətlə, Azərbaycan tamaşaçılarını çox sevirəm”.


Və… yenidən Bakıda…

2018-ci ilin dekabrında İrina Muravyovanın Bakıya hələ ki son səfəri gerçəkləşdi. Budəfəki səfər Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və  Moskva hökümətinin birgə təşkilatçılığı ilə 6-7 dekabr tarixlərində Bakıda keçirilən Moskva mədəniyyəti günləri çərçivəsində baş tutdu.

Mədəniyyət günləri çərcivəsində Səməd Vurğun adına Azərbaycan Rus Dram Teatrının səhnəsində Britaniya dramaturqu Albert Kovalskinin “Yağış zolağında” pyesi əsasında tamaşa təqdim edildi. Tamaşada baş rolun ifaçısı bu dəfə də İrina Muravyova idi…

Mətbuatla arası olmayan aktrisa paytaxtımıza bu son səfərini başa vurarkən də azərbaycanlı jurnalistlərlə xəsis davrandı və qısa açıqlamalarla kifayətləndi. Modern.az əməkdaşının da ondan bu layihə üçün geniş açıqlama almaq istəyi baş tutmadı..

İrina xanım Bakıdan Moskvaya yola düşəndə gözəl təəssüratlarla qayıtdığını söyləyirdi:

“Biz Moskvadan bura yola düşəndə ətrafımda olan hər kəsə dedim: “Siz hətta təsəvvür edə bilməzsiniz ki, biz necə bir şəhərə gedirik!”. Bakı yenə mənim gözləntilərimə tam cavab verdi - gözəl sakinlər, qəşəng və şux geyimli qadınlar… Paytaxtınızda insanlar  mənə yaxınlaşır və çox istiqanlı şəkildə görüşür, xoş sözlər söyləyirdilər. Bakı məndə yalnız müsbət təəssürat yaratdı. Mən bir gün mütləq qayıdacağım şəhəri tərk edirəm”.

P.S. İrina Muravyova Rusiya mətbuatına verdiyi qısa açıqlamalarının birində “Mən geniş müsahibəni yalnız 70 yaşımdan sonra verəcəyəm” demişdi. 2019-cu il fevralın 8-də görkəmli sənətkarın 70 yaşı tamam olacaq. Aktrisanın vədini yada salsaq, onda belə deyə bilərik ki, rusiyalı həmkarlarımız bir ay da gözləməlidirlər… Yəqin həmin tarixdən sonra İrina xanım insafa gəlib, uzun müddətdir arxasınca sürünən media nümayəndələrinin çoxsaylı suallarını cavablandıracaq…




A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda iki nəfər köməksiz qaldı 23 Oktyabr 2020, 09:41 Azərbaycanın meşə sahəsinin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir 23 Oktyabr 2020, 09:34 “Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18 Düşmən növbəti itkilərini açıqladı 22 Oktyabr 2020, 23:11 “Qarabağdakı münaqişənin həllində Rusiya kimi heç kim maraqlı deyil” 22 Oktyabr 2020, 23:03 “Türkiyə və Rusiya arasında Cənubi Qafqaz məsələsində fikir ayrılığı mövcuddur” - Putin 22 Oktyabr 2020, 22:53 “Qarabağ” və “Makkabi” komandalarının start heyəti açıqlandı 22 Oktyabr 2020, 22:40