Arxiv
1 Aprel 2019, 13:00 | MÜSAHİBƏ
Kanadada yaşayan azərbaycanlı jurnalist: “Burda kimsə sənə “yan göz”lə baxmır” - MÜSAHİBƏ

Lalə Musaqızı: “Kanadada universitetə qəbul olunmaq Azərbaycandakı qədər çətin deyil”

 

Modern.az saytı  xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz Kanadada yaşayan Lalə Musaqızıdır.

Əslən laçın rayonundan olan Lalə Musaqızı Azərbaycanda müxtəlif KİV-lərdə, o cümlədən “Bu gün”, “Cümhuriyyət”, “Üç nöqtə”, “Kaspi” və digər qəzetlərdə çalışıb.

Onunla söhbəti təqdim edirik.

- Lalə xanım, necə oldu ki, Kanadaya getmək qərarına gəldiniz və niyə məhz Kanada?

- Kanada daha təhlükəsiz, hər bir sahədə seçim imkanlarına malik ölkə olduğundan  buranı seçdik. Burada özümüzü daha çox güvəndə hiss edirik. Əsas odur ki, gələcəklə bağlı ümidlərimiz var. Üstəlik, digər ölkələrdən fərqli olaraq, burada insan özünü yad kimi hiss etmir. Çünki Kanadada əksəriyyət gəlmədir. Bizim yaşadığımız şəhərdə əhalinin təxminən 45 faizi yerlidir. Qalanı başqa ölkələrdə anadan olan, sonradan vətəndaşlıq, daimi yaşamaq haqqı qazanan insanlardır. Burada kimsə sənə dininə, yaxud dinsizliyinə, irqinə, milliyyətinə, dilinə, boşandığına, ailə qurmadığına və s. görə “yan göz”lə baxmır. Bütün seçimlərində azadsan.

- Kanadada hansı şəhərdə yaşayırsınız?

- Dünyanın ən böyük çoxmillətli və çoxmədəniyyətli şəhərlərindən biri, bəlkə də birincisi olan Torontoda yaşayırıq. Kanadanın ən böyük şəhəri olan Toronto həm də dünyada biznes və maliyyə şəhəri kimi tanınır. Əhalisi təxminən 3 milyon nəfərdir. İşçi qüvvəsi az olduğundan, hər il yüzlərlə insan işləmək üçün buraya üz tutur.

Biznes və maliyyə şəhəri olmasına rəğmən, təbiəti çox gözəldir. Yaşıllıq hədsiz dərəcədə çoxdur. Hətta yayda dincəlmək üçün hansısa rayona getməyə ehtiyac yoxdur. Şəhərdə vəhşi təbiət qorunur, parkların çoxu vəhşi təbiətin qoynunda salınıb. Parklarda kabab çəkə, oyun havalarına qol götürüb süzə bilərsən. Hətta şəhərin içində maral şəkli olan yol işarələrinə rast gəlmək mümkündür. Bu, o deməkdir ki, ehtiyatlı olun, yoldan maral keçə bilər.

 
- Ora köçərkən hansı problemlərlə qarşılaşdınız?

- Buraya köçərkən mənim qarşılaşdığım ən böyük problem sərnişin nəqliyyatından  təkcə istifadə edə bilməməyim idi. Şəhər çox böyük olduğundan yerli əhali harasa gedəndə telefona yüklədikləri xəritədən istifadə edir. Harasa gedəndə sənə demirlər ki, məsələn, filan yer Hökumət Evinin yanındadır, Respublika Sarayının yaxınlığında, yaxud filan marketin sağ tərəfindədir. Küçənin adını, nömrəsini verirlər və sən telefonuna yüklədiyin xəritə ilə ünvanı tapırsan. Xəritədə ora getmək üçün sənə bir neçə yol təklif edilir və hansı nömrəli avtobusdan, metrodan istifadə edəcəyin, ünvana nə qədər müddətə çatacağın, hansı avtobusun nə vaxt gələcəyi belə göstərilir. Avtobusdan düşəndən sonra elektron xəritə sənə yolu göstərməkdə davam edir, səhv gedəndə, bu, xəritədə qeyd olunur və yolunu dəyişirsən.

Əvvəllər xəritə ilə işləmək, bir avtobusdan düşüb o birinin dayanacağını tapmaq  mənə çətin gəlirdi. Metro dördmərtəbəli olduğundan, düşünürdüm ki, ümumiyyətələ, ömrümün sonunacan metro ilə harasa təkcə gedə bilməyəcəyəm. Amma üç aydan sonra bu problemlərim həllini tapdı. Buna ən çox sevinən qızım idi. Qızımla metrodan istifadə edərkən, heç kimdən yolu soruşmadan mənzil başına çatanda “ana, sənə afərin” deyirdi.   

Qarşılaşdığım ikinci ən böyük problem isə Torontoda qışın sərt keçməsi idi. Soyuğu sevməyimə baxmayaraq, gəldiyim ilk ili qışda bir az çətinlik çəkdim. Burada dekabr, yanvar və fevral aylarında adətən günortalar 20-30 dərəcə şaxta olur, gecə hətta 50 dərəcəyə düşür. İkinci ili soyuğa öyrəşdiyimə görə qışı çox rahat keçirdim.

Onu da qeyd edim ki, burada qış üçün satılan üst paltarları, çəkmələr, əlcəklər 15-30 dərəcə şaxtada adamı isti saxlayır. Yəni geyimi alarkən üzərində neçə dərəcə şaxtaya dözümlü olduğuna baxıb seçirsən. 

- Kanada bahalı ölkədir. Bu mənada, oradayaşamaq çətindeyil?

- Kanadaya yeni gələn üçün deyə bilmərəm ki, asandır. Amma əsas odur ki, ingilis dilin varsa, burada işsiz qalmaq şansın sıfıra bərabərdir. Əgər işləyirsənsə, demək, çətinliyin öhdəsindən ən azı gəlməyə çalışırsan. Əməkhaqqı saathesabı verilir. Torontoda minimum əməkhaqqı saatına 14 dollardır. Hər bir əyalətdə bu, müxtəlifdir.Vergini çıxandan sonra yerdə 12 dollar qalır. Həftədə 40 saat işləsən, bu, heç 2 min dollar etmir. Bu pulla kirayə pulu verən ailəli adamın Torontoda yaşaması qeyri-mümkündür. İki uşağı olan ailənin orta səviyyədə dolanması üçün 3 min 500 dollar pul lazımdır. Burada əsas xərc kirayə haqqına gedir. İkiotaqlı mənzillərin aylıq kirayəsi bina evində 1300 dollardan başlayır. Bu pula evdə mətbəx mebeli, qaz və soyuducudan başqa heç nə daxil deyil. Bir də su və istilik sistemi pulsuzdur. İkiuşaqlı ailənin (0-10 yaşlı uşaq) orta səviyyədə aylıq bazarlığına isə təxminən 700-800 dollar pul gedir. Əgər maşının varsa, qaraj pulu, sığorta pulu (çox yüksəkdir) verirsən, maşının yoxdursa, təkcə bir adamın sərnişin nəqliyyatına aylıq 145 dollar pulu çıxır. Buraya işıqpulu, internet, televiziya, istirahət pulunu da əlavə etsək, xeyli “tərləməli” olursan.         

Əgər Kanada təhsilin varsa, yaxud Kanada təhsilin olmasa belə, müəyyən sahələr üzrə yaxşı ustasansa, məsələn, rəngsaz, santexnik, ev təmiri üzrə ustasansa, yaxşı  mebel quraşdırırsansa və s. ailəni dolandırmaq üçün lazım olan pulu asanlıqla qazanırsan. Əks təqdirdə, zavodların, fabriklərin əksəriyyətində saatı 14-15  dollara işləmək məcburiyyətində qalırsan və bu pulla dolanmaq çox çətindir.


- Kanada cəmiyyətinin ən çox bəyəndiyiniz və bəyənmədiyiniz tərəfləri hansılardır?


- Ən çox bəyəndiyim tərəfi insanlarda aqressiyanın az olmasıdır. O qədər səbrlidirlər ki... Bu da bəyənmədiyim tərəfidir. Məsələn, 15-30 dərəcə şaxtada 10, hətta 30 dəqiqə səbrlə avtobusu gözləyirlər. Adamlar sürücüyə Allahın bir sualını da vermirlər ki, niyə gec gəldin. Hətta avtobusdan düşəndə sürücüyə təşəkkür edir, gözəl gün arzulayırlar. Yaxud aptekdən hansısa dərmanı almaq üçün resepti verir və 15-20 dəqiqə dərmanlarının gələcəyini səbrlə gözləyirlər.Yaxud həkimlə görüş vaxtı təyin edib həkimin qəbuluna girmək üçün bir kəlimə də narazılıq etmədən 1 saat gözləyirlər. Əvvəl gələndə gözləmək mənim üçün çox böyük problem idi, Azərbaycanda belə şeyə öyrəşmədiyimdən heç səbrim yox idi. Hətta 3  ay olardı buraya gəlmişdim, məni bir dərmandan ötəri 20 dəqiqə gözlətdiklərinə görə aptekin müdiri ilə dalaşdım. Yaxud həkimə gedəndə ən azı 5 dəfə gedib növbəmin nə vaxt çatacağını, məndən əvvəl neçə nəfərin olduğunu soruşurdum. Amma indi o qədər səbrliyəm ki, həkim bir az tez qəbul edəndə təəccüblənirəm.

- Nə işlə məşğulsunuz?

- Evdar qadın deməyə dilim gəlmir. Çünki 20 yaşımdan təxminən buraya gələnə kimi bir ay belə işsiz qalmamışam. Amma burada övladım dünyaya gəldiyinə görə işləmək imkanım olmadı. Övladım körpə olduğundan hələ ki, bağçaya qoymağa ürək eləmirəm. Burada heç kimi yaxından tanımadığıma görə dayəyə verə bilmirəm. Bir az böyüməyini gözləyirəm.

Amma boş oturmuram, böyük övladım bağçaya gedir. Həftədə 3-4 dəfə balacanı uşaq proqramlarına, kitabxanaya aparır, uşaqlarla bağlı müxtəlif seminarlarda iştirak edirəm. Bir də bloqum üçün Toronto barədə, burada yaşayan azərbaycanlılar, əcnəbi ailələr haqqında yazılar hazırlamağa başlamışam.   


- Jurnalist kimi işləməyi planlaşdırırsınız?


- Torontoda Cənubi Azərbaycandan olan soydaşlarımızın Azərbaycan türkcəsində çıxan qəzetləri, telekanalları var. Eyni zamanda Türkiyədən olan soydaşlarımızın da müxtəlif KİV-i var. Onlarla əməkdaşlıq etmək barədə düşünürəm. Amma yerli KİV-də işləmək üçün ingilis dilim mükəmməl olmalıdır. Kanadanın atalar sözlərini, məsəllərini, frazeoloji birləşmələrini ana dilim kimi bilməliyəm ki, bu sahədə qələmimlə sözümü istədiyim səviyyədə çatdırmaq imkanım olsun. Amma ingilis dilim hələ ki, bu səviyyədə deyil.

 

- Kanadada Azərbaycan mətbuatını izləyirsiniz?

- Hər gün olmasa da, həftədə 2-3 dəfə Azərbaycan mətbuatını izləyirəm, orada gedən proseslərdən xəbərdaram.

 - Ailəniz haqda bir az danışdınız. Daha nə məlumat verə bilərsiniz?  

- Burada həyat yoldaşım, 4 yaşlı qızım və 1 yaşlı oğlumla birlikdə qalıram.


- Kanada sabit, təhlükəsiz ölkələrdəndir. Bununla belə problemlər də mövcud olar. Nədir o problemlər?

- İnsanların həyatını çətinləşdirən hansısa problem ağlıma gəlmir. Fikrimcə, burada ən böyük problem qidaların orqanik olmamasıdır. Əhali çox olduğundan qidanı çatdırmaq mümkün deyil. Daha bol məhsul əldə etmək üçün qidaların  genetikası dəyişdirilir. Marketlərin bir küncündə baha qiymətə satılan orqanik məhsulları hər adamın alması mümkün deyil.

Meyvə-tərəvəz orqanik olmadığından dadı, demək olar, yoxdur. Məsələn, almadan birinci dişdəm alanda alma yediyini hiss edirsən, amma ikinci dişdəmdə almamı, heyvamı, yaxud armudmu yediyini anlamırsan. Çünki dadı yoxdur. Bunu buraya təzə gələnlər daha çox hiss edir. Sonradan artıq öyrəşirsən. Onu da deyim ki, orqanik meyvə-tərəvəzin dadı da, genetikası dəyişilmişlərlə təxminən eynidir.     
 

- Kanadada təhsil almaq azərbaycanlı gənclərin ən böyük arzularından biridir. Bəs dərs yükləri necə? Biz azərbaycanlılar o yükə tab gətirə bilərikmi?

- Burada 9-cu sinifə qədər oxumaq hədsiz dərəcədə asandır. Dərs yükü, demək olar ki, yoxdur. Azərbaycanda 3-cü sinif uşaqlarının keçdiyini, burada 5-6-cı sinifdə keçirlər. Ümumiyyətlə, ilk 4 sinifi uşaqlar günün çoxunu oynamaqla keçirirlər. Evə çox az tapşırıq verilir. Amma 9-cu sinifdən başlayaraq dərslər çətinləşir və hər uşaq oxuya bilmir.

Burada universitetə qəbul olunmaq Azərbaycandakı qədər çətin deyil. Bir neçə mövzu verirlər, içərisindən istədiyini seçib esse yazırsan  və seçdiyin ixtisasla orta məktəbdəki fənlər üzrə topladığın bal uyğun gəlirsə, universitetə qəbul olursan. Deyilənə görə, buradakı universitetlərdə oxumaq asan deyil. Amma azərbaycanlıların böyük əksəriyyətinin oxumağı sevdiyini, çalışqan olduğunu nəzərə alsaq, təhsillə bağlı bütün yüklərin altından rahatlıqla çıxa biləcəklərinə əminəm. Çünki Azərbaycanda uşaqlar çətinliklə orta məktəbdə tanış olurlar. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36 Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib  18 İyun 2019, 15:35 Sumqayıtın gələcəyini irəlicədən görən rəssam... 18 İyun 2019, 15:25 Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü 18 İyun 2019, 15:21 Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ 18 İyun 2019, 15:18