Arxiv
15 Aprel 2019, 22:12 | DİASPOR
Ukraynalı deputat nümunə göstərdi: “Bizə də Azərbaycanın Diaspor Komitəsi kimi dövlət qurumu lazımdır”

“Bu gün mən Ukrayna - Azərbaycan parlamentlərarası əlaqələr şurasının üzvü kimi Ukrayna azərbaycanlılarının birləşdirici qurultayında iştirak etdim. Məni bu qurultaya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev dəvət etmişdi. Və inanın ki, nazir statusunda olan azərbaycanlı məmurun Ukraynaya gəlişi möhtəşəm bir hadisənin gerçəkləşdiyini təsdiqləyirdi”.

Modern.az xəbər verir ki, bu sözləri Ukrayna - Azərbaycan parlamentlərarası əlaqələr şurasının üzvü Borislav Bereza Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayındakı iştirakı barədə açıqlamasında deyib.

Borislav Bereza bildirib ki, indiyədək dağınıq şəkildə fəaliyyət göstərən Ukrayna azərbaycanlılarının diaspor təşkilatları daha əvvəl vahid bur qurumda birləşsəydi, öz maraqlarının qorunması və mədəniyyətin inkişafı baxımından mühüm işlər görmüş olardı.

Ukraynalı deputat nəhayət belə bir nümunənin gerçəkləşdirilməsindən məmnun qaldığını gizlətməyib.

O,  Ukrayna azərbaycanlılarının ümumi maraqlar naminə bir-birinə güzəştə gedərək, aralarındakı ziddiyyətləri və şəxsi ambisiyaları kənara qoyub birləşmə istiqamətində atdıqları addımı mühüm qərar  kimi dəyərləndirib.

“Bu nümunədən bizim hamımız öyrənməliyik. Və ümid edirəm ki, azərbaycanlıların ümumi məqsədlərə nail olmaq üçün vahid qurumda birləşməsi, nümayiş etdirdikləri birlik yaxın vaxtlarda məhz Ukrayna cəmiyyəti üçün trend olacaq. Çünki birləşməsək, bizim Ukraynada maksimum müsbət nəticəyə nail olmağımız mümkün deyil”, - deyə ukraynalı deputat bildirib.

Borislav Berezanın sözlərinə görə, o, Ukraynanı ikinci vətənləri sayan bu ölkədəki azərbaycanlıların birləşmə prosesini yaxından izləməyə çox şad olub. Deputat bir daha bu birliyin Ukrayna cəmiyyəti üçün yaxşı nümunə olduğunu qeyd edib:

“Çünki müasir dünyada yalnız gücümüzü  birləşdirməklə səmərəli fəaliyyət göstərə və maksimum tez nəticə əldə edə bilərik! Ümid edirəm ki, cəmiyyətimizdə birləşmək istəyi həyata keçiriləcək”.

Borislav Bereza Azərbaycan Respublikasının Diasporla İş üzrə Döclət Komitəsinin fəaliyyətini də müsbət qiymətləndirib və onu tərifləyib:

“Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi kimi və ya ona oxşar nazirliyin Ukraynada da yaradılması çox faydalı olardı. Bu qurum bütün dünyadakı Azərbaycan diaspor təşkilatlarının təkcə qarşılıqlı əlaqəsinin qurulması ilə məşğul deyil, həm də xalqın mədəni kökünü qoruya bilir, birləşməyi təmin edir. Eyni zamanda faktiki olaraq bütün dünyaya yayılmış diasporların əsasında Azərbaycan üçün qlobal dəstəyi yaradır. Ukraynaya da buna bənzər bir təsir rıçaqı lazımdır. Ukraynalıların da dünyaya səpələndiyi əslində heç kimə sirr deyil. Ona görə də belə bir rəsmi strukturun Ukraynada da fəaliyyətə başlamasını gözləmək qalır”.


Xatırladaq ki, aprelin 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayı keçirilib. 

Qurultayın işində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov da iştirak edib. 

Səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin Ukrayna Azərbaycanlıları Radasının həmsədrləri seçiliblər. Ukrayna Azərbaycanlıları Radasının baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27 Düşmənin kəşfiyyat-diversiya qrupu MƏHV EDİLDİ - VİDEO 31 Oktyabr 2020, 19:18 İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir 31 Oktyabr 2020, 18:46 Erdoğandan 66 ölkəyə təşəkkür mesajı – Siyahıda Azərbaycan da var 31 Oktyabr 2020, 18:24 Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı... 31 Oktyabr 2020, 17:54 Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir – XİN 31 Oktyabr 2020, 17:49 Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib 31 Oktyabr 2020, 17:39 Azərbaycanlı müşahidəçilər Gürcüstanda: “Qanun pozuntusu yoxdur” 31 Oktyabr 2020, 17:36 “Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq” 31 Oktyabr 2020, 17:24 Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 17:12 Ermənistanın fəaliyyəti bütün bölgə üçün təhdiddir - Leyla Abdullayeva 31 Oktyabr 2020, 17:09 Hərbi təxribatlara və virusa baxmayaq Azərbaycan iqtisadiyyatı inkişaf edir 31 Oktyabr 2020, 17:04 Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin STATİSTİKASI 31 Oktyabr 2020, 16:59 Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI 31 Oktyabr 2020, 16:51 XİN cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI 31 Oktyabr 2020, 16:44 Məşhur aktyor 90 yaşında vəfat etdi 31 Oktyabr 2020, 16:41 Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib - VİDEO     31 Oktyabr 2020, 16:29 “Azərbaycanın rayonlarına 6 saat ərzində 200-dən artıq mərmi atıb” – Prezidentin köməkçisi 31 Oktyabr 2020, 16:18 Ali Məhkəmədən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ 31 Oktyabr 2020, 16:10 Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur 31 Oktyabr 2020, 16:01 Azərbaycanda daha 1095 nəfər virusa yoluxdu, 12 nəfər vəfat etdi 31 Oktyabr 2020, 15:40 Ermənistanın təxribatları barədə faktlar dünyanın diqqətinə çatdırıldı 31 Oktyabr 2020, 15:23 İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb 31 Oktyabr 2020, 15:15 Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib 31 Oktyabr 2020, 15:00 Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib 31 Oktyabr 2020, 14:41 Rəsmi Bakı: “Ermənistan ərazisindən Ordumuzun mövqelərinə atəş açılır” 31 Oktyabr 2020, 14:29 Tailandda erməni  terrorunun qurbanları yad edilib 31 Oktyabr 2020, 14:25 Deputat: "Minsk qrupu Ermənistanın hərəkətlərinə qiymət verməlidir" 31 Oktyabr 2020, 14:15 Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir - Hikmət Hacıyev 31 Oktyabr 2020, 14:12 Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir - Prezidentin köməkçisi 31 Oktyabr 2020, 14:09 Türkdilli dövlətlər Qarabağ məsələsində Azərbaycanın yanındadır? – Politoloq ŞƏRHİ 31 Oktyabr 2020, 14:04