Arxiv
6 May 2019, 11:25 | MÜSAHİBƏ
Deputat: “Məsələ Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanması ilə yekunlaşmır” - MÜSAHİBƏ

Sevinc Fətəliyeva: “Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasını bir araya gətirməyə çalışırıq”

“Avropada sənədi olmayan uşaqlar yoxa çıxır, orqan transplantasiyası üçün istifadə olunur, Azərbaycanda da bununla bağlı məsələ mövcuddur”

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Sevinc xanım, yaxın aylarda Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalanacaq. Sazişin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Hər bir sazişin, sənədin imzalanmasında Azərbaycanın mövqeyi dəyişmir. Bu birinci aspektdir. Hansı beynəlxalq qurumun olmasından asılı olmayaraq,   mövqeyimiz odur ki, əməkdaşlığımız bərabərhüquqlu olmalıdır. Hər bir sənəddə ərazi bütövlüyümüzün, suverenliyimizin  tanınmasına çalışırıq.  Hesab edirəm  ki, Avropa İttifaqı ilə imzalanacaq sazişdə də hər iki amil əks olunmalıdır. Eyni zamanda, bununla əlaqədar müxtəlif fikirlər səslənir. Bu fikirlərin nəyə əsaslandığı sual doğurur. Həm Avropa İttifaqında, həm də Azərbaycan tərəfində bununla xüsusi qrup məşğul olur. Düşünürəm ki, səslənən iddialar əsassızdır və populist xarakter daşıyır. Avropa İttifaqı ilə əməkdaşlıq həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycan Avropada bir çox sahələrdə, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi və şaxələndirilməsində vacib rol oynamaqdadır. Bu gün qloballaşan dünyada ölkələrarası dost münasibətlər beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından olduqca vacibdir. Ona görə də təqdirəlayiqdir ki, sözügedən sazişdə əks olunan maddələr həm iqtisadi inkişafı, həm siyasi əməkdaşlığı, həm də mədəni və humanitar aspektləri əhatə edəcəkdir. Məsələ sazişin imalanması ilə yekunlaşmır. Sazişin imzalanması   böyük perspektivlər açmaqla yanaşı, müxtəlif sahələrdə uğurlu layihələrin həyata keçirilməsinə də təkan verəcək.  Bununla ölkəmizin regionda və beynəlxalq aləmdə olan güclü mövqeyi və müsbət imici daha da möhkəmlənəcək.

- Bu cür önəmli məsələlər varkən, niyə bəzi qüvvələr sazişin imzalanmasına qarşı çıxır?

- Azərbaycan böyük sazişlərin imzalanması ərəfəsində olarkən müəyyən qüvvələr həmin önəmli məsələlərə qarşı çıxıb, çaşdırıcı məlumatlar yaymaqla məşğul olublar. Belə iddialar, bəyanatlar yalnız təxribat xarakteri daşıyır və yaxın keçmişə nəzərə salsaq, bunların heç birinin nəticəsinin olmadığını xatırlamış olarıq. Çünki, bu cür mühüm addımların atılması siyasi iradə və qarşılqlı etimad nəticəsində əldə olunan nailiyyətlərdir. Hesab edirəm ki, məsələ lazımı qədərə araşdırılmadan  qərəzli fikir bildirməsi ciddi məsələlərə ən azı qeyri-peşəkar və məsuliyyətsizcəsinə yanaşmaqdır. 

- Siz AŞPA-nın sessiyalarında tez-tez çıxışlar edirsiniz. Ermənistan nümayəndə heyəti də çıxış edir. Ermənistanın baş naziri Paşinyan da çıxış etmişdi.

- Ermənistan bütün beynəlxalq qurumlarda, eləcə də  Avopa Şurasında öz yalan siyasətini həyata keçirir. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi barədə yalan informasiya yaymaqla, hər zaman saxtalaşdırılmış faktlarla, qeyri-obyektiv mövqelərlə çıxış edirlər. Paşinyan çıxışı yalnız və yalnız  hakimiyyətə qayıtmasına və bu hakimiyyəti əldə saxlanması üçün görüntü yartmaqdan ibarət olub. Elə təəssürat yaradılıb ki, sanki bir neçə gündür hakimiyyətə gəlib. Artıq  1 il keçib. Ötən bir il ərzində  hansısa  müsbət bir addım, irələyiş olunmayıb. Paşinyan hər çıxışında  Koçaryan məsələsinə qayıdaraq onların erməni xalqına qarşı cinayətlərindən danışır. Lakin Paşinyan unudur ki, onlar Azərbaycan xalqına qarşı da cinayət törədiblər.  
Avropa Şurasında  Paşinyan  çıxışı zamanı  Ermənistan xalqına nə qədər ciddi yanaşmasını sual altında qoydu. Ona görə ki, keçmişlə yaşayan  siyasətçi hələ də öz keçmişindən  danışır. Gələcək planları mövcud  olmadığından bu barədə  də danışmır. Burada qeyri-ciddi, qeyri-peşəkar siyasətçi olduğunu  nümayiş etdirdi.

- Bu yaxınlarda müdafiə naziri Tonoyan Qarabağda sülh əvəzinə yeni ərazilər əldə etmək məsələsini qabartmışdı...

- Bilirsiniz, bu da qeyri-peşəkarlıq nümunəsidir.

- Paşinyan isə onu müdafiə edərək, öz komandasından olduğunu demişdi...
 

- Bəli, müdafiə etmişdi, amma o görüşdən sonra Paşinyanın bəyanatı bir cür oldu, müdafiə nazirinin mövqeyi bir başqa cür. Yəni bir hökümətin daxilində, öz aralarında  hansısa yekun mövqe formalaşdıra bilmirlərsə, bu, onların təcrübəsizliyindən, qeyri-peşakarlığından irəli gəlir, eyni zamanda, fikir ayrılıqlarının olduğunu ortaya qoyur. Eyni  komandada təmsil olunan nümayəndələr birinci andan artıq bir mövqedə çıxış etməlidir. Lakin pərakəndə fəaliyyət və fərqli fikirlərin səsləndiriləsi, siyasi nöqteyi-nəzərdən qeyri-ciddi təsəvvür yaradır və onların bir komanda da fəaliyyət göstərmələrini şübhə altında qoyur.

- Təəssüf ki, beynəlxalq təşkilatlar  onların Qarabağda dair bu cür  “bəyənatları”na, fikirlərinə bir reaksiya  vermir. Halbuki, o cür fikirlərə  cavabdeh olan qurumlar var.

- Mövqe dəyişilmir. Bəzi vaxtlarda ritorika dəyişir. Dağlıq Qarabağ məsələsinin həllində onlar tərəfindən hər hansı addımın  atılması yenə də sual altındadır. Beynəlxalq təşkilatlar  Azərbaycanın ərazi bütövlüyü ilə bağlı  öz mövqelərini bildirib,  qətnamələr qəbul edib və bu gün də qəbul etməkdədir. Təəssüf ki, bu məsələ ilə bağlı məşğul olan ATƏT-in Minsk qrupu hansısa təzyiq mexanizmi hələ də icad etməyib. Bu mexanizm ondan ibarətdir ki, burada olan müəyyən qərarları yerinə yetirmək lazımdır. Avropa Şurasını da nümunə götürə bilərik. Əgər orada Rusiyaya qarşı sanksiyalar qəbul olunursa, niyə  Ermənistana qarşı sanksiyalar qəbul  olunmur?!

- Dediyiniz kimi, Rusiyaya qarşı sanksiya qəbul etdikləri halda, Ermənistanla bağlı bunu etmirlər. Bunu necə izah edə bilərsiniz?

- Biz deyə bilmərik ki, tam reaksiya yoxdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə ilə bağlı müəyyən  sənədlər müxtəlif beynəlxalq təşkilatlarda qəbul olunmuşdur. Bu gün də Avropa Şurasının özündə bu məsələ müzakirə olunur, müxtəlif məruzələrdə də öz əksini tapır. Sadəcə,  sanksiyalar tətbiq olunmur, müəyyən məsələlərdə müxtəlif dövlətlərin yanaşmalarının da şahidi oluruq. Təbii ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərdir.
Onu da qeyd edək ki, biz hazırda informasiya dönəmində yaşayırıq və Ermənistanın  həyata  keçirdiyi saxta siyasətə qarşı informasiya mübarizəsi aparırıq. İnformasiyanın tez və düzgün ötürülməsində  bizim nailiyyətlərimiz əsas rol oynayır. Baxmayaraq ki, Ermənistan münaqişənin ilk illərində bu məsələdə daha çevik addımlar atırdı. Hazırda isə Xocalı soyqırımının ABŞ və digər dövlətlər tərəfindən tanınması artıq irəliləyişdir, böyük bir nailiyyətdir.

- Xalqların sülhə hazırlanması ciddi məsələdir. Bu da birmənalı qarşılanmadı. Xalqların sülhə hazırlanması dedikdə sadə vətəndaş bunun nə demək olduğunu anlamır. Siz necə düşünürsünüz? Biz xalqları sülhə hazırlamaqla  münaqişənin həllini asanlışdıra bilərikmi?

- Bəli, danışıqların bir istiqaməti  də xalq diplomatiyasından istifadə etmək idi. Biz neçə illərdir Dağlıq Qarabağın Azərbaycan  və erməni icmasını bir araya gətirməyə çalışırdıq. Hesab edirəm ki, bu cür  görüşlərin vacib nəticəsi ola bilər. Baxmayaraq ki, belə icmaların sayı çox artıb. Çünki işğaldan sonra dünyaya gələn insanlar  da çoxdur. Ermənistan tərəfindən elələri var ki, Qarabağda dünyaya gəlib. Düşünürəm ki, burda bir neçə nəslin bir araya gəlib  mövcud problemləri müzakirə etməklə, xalq diplomatiyasıdan istifadə  edərək, münaqişənin həlli istiqamətində əhəmiyyətli addım atmış olarıq. Hesab edirəm ki, belə görüşün olmasının  faydası olacaq. Eyni zamanda, bu sahədə həyata keçirilən  humanitar aksiyalardan danışmaq istərdim. Ən mühüm məsələlərdən biri də girovların qaytarılmasıdır. Dəfələrlə beynəlxalq təşkilatlarda girovlar məsələsini qaldırmışıq və bu istiqamətdə gələcəkdə də səylərimizi  davam etdirəcəyik. Burada beynəlxalq təşkilatların rolu cox vacibdir. Çünki onların bu məsələdə  təzyiqi, vasitəçiliyi olmadan  hər hansı bir nəticə nəticə əldə etmək çox çətindir.

- Girovlardan söz düşmüşkən, bu yaxınlarda xarici işlər nazirlərinin Moskva görüşündə əldə etdiyləri birgə razılaşmaya əsasən, jurnalistlər Dağlıq-Qarabağa, Yervana gedə bilərlər. Bu da Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Siz necə düşünürsüz, hazırkı şəraitdə Yerevana getməliyikmi?

- Əgər danışıqlar aparmasaq, ictimaiyyət tərəfindən bu düzgün qarşılanmasa, biz məcburuq məsələni yalnız və yalnız müharibə yolu ilə həll edək. Onu da başa düşməliyik ki, müharibə itkidir. Təbii ki, torpaqlarımızın qaytarılması hər bir Azərbaycan vətəndaşı üçün çox önəmlidir. Lakin biz onu da unutmayaq ki, biz muharibənin ağır fəsadlarını  yaşamışıq. Yaxın keçmişdə yaşadığımız acılar hələ də unudulmayıb. Azərbaycan güclü dövlətdir və biz bu məsələni müharibəsiz də həll edə bilərik. Cənab Prezidentin də qeyd etdiyi kimi, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Biz öz sivil mövqeyimizi ortaya qoymuşuq və  mövqeyimiz dəyişməz olaraq qalır. 
Ona görə hesab edirəm ki, bu konteksdə jurnalist səfərlərinin təşkili münaqişə ilə əlaqədar həqiqətin öyrənilməsi, Azərbaycan reallıqlarının təbliği, ölkəmizin son dövrlər regionda və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərin Ermənistan ictimaiyyətinə olduğu kimi çatdırılması baxımından vacib şərait yarada bilər. 
Əgər yadınızdadırsa, bir dönəm də ziyalıların səfərləri təşkil olunurdu. Bu cür addımlar ab-havanı öyrənməyə, baş verənləri anlamağa yardım edir. Eyni zamanda, qarşı tərəfin işğalçı siyasəti nəticəsində nələrdən məhrum olduğu haqqında əyani təssəvürü yaranır.
Bu gün Azərbaycanla  Ermənistanı müqayisə etmək mümkün deyil. Hər bir sahədə Azərbaycan çox irəlidədir. Bütün bunlar onların rəhbərliyinin həyata keçirdiyi yalan üzərində qurulmuş siyasətin nəticəsidir. Ermənistan yürütdüyü işğalçı siyasət və qeyri-konstruktiv mövqeyə görə regional və beynəlxalq əhəmiyyətli bütün layihələrdən kənarda qalıb. Ermənistan cəmiyyəti anlamalıdır ki, regional inteqrasiyadan kənarda qalmanın yeganə səbəbi Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrinin tutduğu təcavüzkar mövqedir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı müddətdə  iki ölkə arasında heç bir iqtisadi və siyasi əməkdaşlıqdan söhbət gedə bilməz.

- Beynəlxaq təşkilatda uşaqlarla bağlı hansı işləri görürsünüz? Məsələn, bizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komtəsi var. Baş verən hər hansı hadisəni  necə araşdırırsınız? Olurmu ki, Dövlət Komitəsi ilə birgə baş verən olayları müzakirə edəsiniz? Eyni zamanda, dünyada ailə və uşaq məsələləsi necədir?

- Ümumiyyətlə, qeyd etmək istərdim ki, hər bir ölkədə belə problemlər mövcuddur və bunlar  yalnız Azərbaycan xas olan məsələlər deyildir. Bildiyiniz kimi, ən əsas məsələ uşaqlara qarşı zorakılıqdır. Zorakılıq deyəndə yalnız fiziki zorakılığı nəzərdə tutmuram. Psixoloji zorakılıq hazırda ən böyük problemlərdən biridir. Biz zorakılığın müxtəlif yönlərindən danışırıq. Məsələyə həm cinsi, həm  fiziki, həm də psixoloji zorakılıq aspektindən baxırıq. Uşağa laqeyd qalmaq, məsələn uşağın gigiyenasına baxmamaq və sairə...
Bütün bu zorakılıqları aradan qaldırmaq üçün kampaniya təşkil etmişdik. Uşaqların onlayn təhlükəsizliyi də problemdir. Onlayn təhlükəsizlik hazırki rəqəmsal mühitdə rastlaşdığımız  bütün zorakılıqları özündə əks etdirir. Ona görə də nəzərə alsaq ki, bu gün uşaqlar rəqəmsallaşır və onların bütün vaxtları rəqəmsal mühitdə keçir, deməli, ən əsas məsələ valideyn-övlad məsələsidir. Onlayn təhlükəsizlikdə niyə görə valideyn əsas rol oynayır?! Çünki hazırda yeni-yeni texnologiyalar inkişaf edir, burada uşaq və valideyn arasında böyük bir məsafə yaranır. Valideyn  çox zaman  uşağın onlayn məkanda  nə ilə məşğul olmağından xəbərsiz qalır. Yalnız mənfi halları nəzərdə tutmuram, uşaq hər zaman valideyn nəzarətində olmalıdır və onun maraq dairəsi valideynin diqqətindən kənar qalmamalıdır. Məsələn, hazırki vaxtda uşaqlar üçün ən maraqlısı sosial şəbəkələr və İnstagram-dır. Onlar üçün şəkillərinin nə qədər bəyənilməsi (“like” yığması) və ya izləyicilərinin nə qədər çox olması maraqlıdır. Lakin tanımadığı insanlarla sosial şəbəkələrdə yaratdıqları ünsiyyət və dostluqlar uşaq üçün fəsadlar, risk və təhlükələr yaradan ilkin səbəblərdir.

- Hazırda həm beynəlxalq səviyyədə, həm də Azərbaycanda uşaq alveri ilə bağlı məsələ nə yerdədir?

- Bu məsələ də olduqca önəmlidir. Avropada miqrant məsələsi getdikcə artır. Kimsəsiz, miqrant uşaqların yoxa çıxması məsələsi Avropa Şurasının məruzələrində də öz əksini tapır. Miqrant kimi Avropya gələn uşaqlar üçün siyahı tətbiq olunur. Eləsi olur ki, yoxa çıxır və sonra uşağın taleyi naməlum qalır. Təbii ki, bu, uşaq alveriylə bağlı bir məsələdir. Sənədi olmayan uşaqlar yoxa çıxır və orqan transplantasiyası üçün istifadə olunur. Düşünürəm ki, bu çox böyük bir problemdir. Azərbaycanda da bununla bağlı məsələ mövcuddur. Bu istiqamətdə işlər aparılır.
Həmçinin, Milli Məclisdə Ailə, qadın və uşaq problemləri üzrə komitə yaradılıb. Komitə məsələnin nəzəratdə saxlanması üçün vacib şərait yaradır.  Ona görə ki, həm parlament, həm də  Dövlət Komitəsi səviyyəsində bu işlə məşğul olurlar. Daxili İşlər Nazirliyində insan alveri ilə bağlı mühüm işlər aparılır. Hesab edirəm ki, bu istiqamətdə bir neçə qurumun birgə fəaliyyəti müəyyən nəticələr verə bilər. Bu gün əsas problem valideynlərin övladlarına qarşı laqeyd münasibət bəsləmələri hallarının mövcudluğudur. Müasir dünyamızda iş həyatında karyera qurmaq və uğur əldə etmək üçün insanlar arasında kəskin rəqabət mövcuddur. Lakin, qeyd olunanların heç biri övlada qarşı laqeyd münasibətin bəslənməsinə səbəb olmamalı və bu bağışlanmayan davranış hesab edilməlidır. Onu da qeyd edim ki, övlada qarşı diqqəti yalnız qadınların məsuliyyətinə aid edə  bilmərik. Bu, ümumilikdə ailədaxili bir məsələdir və hər bir valideyn iş yükünün çoxluğundan asılı olmayaraq,  övladına lazımınca diqqət ayırmalıdır. Bu onun valideynlik borcudur. Uşağının harda olması, nə işlə məşğul olmasıyla valideyn daim maraqlanmalıdır. Əlbəttə, Azərbaycan və  Avropa cəmiyyətlərini  müqayisə etsək, bizim cəmiyyətdə böyüklərə, kiçiklərə hörmətin bəsləndiyinin şahidi olararıq. Bu dəyərlər Avropada çoxdan itib. Təəsüf  ki, bizdə də artıq bu hallara rast gəlmək olar.

- Sizcə, dəyərlərimizi itirməklə Avropalaşırıq?

- Avropalaşma deməzdim. Bu, sadəcə dəyər sisteminin pozulmasıdır. Əvvəllər belə deyildi. İndi valideynlər düşünür ki, mən uşağıma yemək alıramsa, onu yaxşı geyimlərlə təmin edirəmsə, yaxşı məktəbdə oxuduramsa, deməli valideynlik borcumu ödəyirəm. Ancaq ilk məsələ uşaqla daim ünsiyyətdə olmaqdır. Ümumiyyətlə, hər hansı məsələni həll etmək üçün ünsiyyət önəmlidir. Burada məktəblərin də uşaqların tərbiyəvi əhəmiyyəti baxımından rolu böyükdür. Hesab edirəm ki, məktəblərdə də uşağın psixoloji durumunu araşdırılması, valideynlə əlaqənin saxlanması, müəllim-valideyn əməkdaşlığının təşviq edilməsi olduqca vacibdir.

- Sevinc xanım, özünüz ailədə necəsiniz? Siz özünüz də karyera qurmuş qadınsınız. Bəs öz uşaqlarınızla necə maraqlana bilirsiniz? Ailədə bu dediklərinizi tətbiq edə bilirsinizmi?

- Uşaqlarla keçirilən vaxtın kəmiyyəti deyil, keyfiyyəti önəmlidir çünki vaxt kəmiyyətlə deyil, keyfiyyətlə hesablanır. Əgər, məsələn, mən uşaqları gündə 2 saat görürəmsə, tam olaraq 2 saatı onlara həsr etməliyəm. Bəzən elə güman edilir ki, əgər valideyn evdədirsə, ev işləri ilə məşğuldursa,  nəticə etibarı ilə uşaqlarla birlikdə sayılır. Uşaqlar üçün önəmli olan valideynin evdə olduğu zaman, onlara sərf olunan vaxt çərçivəsində göstərilən  qayğı və maraq dairələrinin əhatə olunmasıdır. Çalışıram ki, uşaqlarla qarşılıqlı ünsiyyət saxlayıb, hansısa məsələdə  onların da  mövqelərini öyrənim. Onlarla davamlı ünsiyyətin saxlanması və seçimlərinə hörmət edilməsi uşağın bir şəxsiyyət kimi formalaşması və vətənpərvər ruhda böyüməsi üçün başlıca amillərdəndir. Bunlar mənim üçün olduqca vacibdir.

- Uşaqlarınızı müasir texnologiyalardan uzaq tuta bilirsinizmi?

- Arzuolunan səviyyədə olmasa da, məktəbdə çox sayda ev tapşırığı aldıqlarına,  vaxtlarının əksəriyyətini  dərsə  sərf etdiklərinə görə, texnologiya ilə vaxt keçirə bilmirlər. Təbii ki, asudə vaxtlarını hansısa oyun oynamaq və ya televiziyada maraqlı veriliş izləməyə də da sərf edirlər.


- Sevinc xanım, müqayisə etmək istərdim. Avropada imkanlıların uşaqları daha çox təhsilə meyilli olurlar, lakin bizdə bu, əksinədir. Bizdə məktəbdə nə problem yaranırsa, bunun altından imkanlı övladı çıxır.


- Qeyd etdiyim kimi, bu, dəyərlərlə bağlı olan bir şeydir. Bizdə müxtəlif məktəblər var. Elə qənaətə gəlmişəm ki, insanların təhsildən nə gözlədiyi məsələsi vacibdir. Elələri var ki,  uşaqlarının prestijli məktəbdə oxumasını istəyir. Məsələn, elə məktəblər var ki, səhər saat 9-dan axşam 6-ya kimidir. Elə valideyn var ki, məktəbin nizam-intizamlı olmasını istəyir. Gözləntilər və istəklər fərqlidir. Burada keyfiyyətli təhsilin əldə olunmasını unutmamalıyıq.  Bu, yalnız məktəblərə deyil, həm də universitetlərə şamil edilir. Valideyn tələbə olan övladını  universitetə yollayarkən onun yaxşı mütəxəssis olmasını istəyirsə, bunun üçün düzgün seçim etməli və övladını bu məqsədlə hazırlamalıdır.

- Hazırda siz Bakı Slavyan Universitetində ingilis dili  kafedrasının müdirisiniz.  Bəs, olubmu ki, kimsə sizdən övladı üçün xahiş eləsin, tapşırmaq istəsin.

- Bu gün mən ixtisas fənni  üçün güzəştə getsəm, deməli uşaq öz ixtisasını, ingilis-dilini bilməyəcək. Valideynlər çox yaxşı başa düşrlər ki,  uşağının peşəkar mütəxəssis olması üçün ona yaxşı şərait yaratmaq lazımdır. Ən nəhayət  övladınızı yaxşı oxumağa cəlb etməlisiniz. 

- Siz Azərbaycanı Avropada təmsil edən millət vəkilisiniz. Digər oələlərin deputatlarıyla Azərbaycanın deputatları arasında hansı oxşar və ya fərqli cəhətlər mövcuddur.

- Bir çox hallarda, Avropa ölkələrinin millət vəkillərinin özlərini piar etmək üçün hansısa üsuldan istifadə etdiklərinin şahidi oluruq. Burada yenə də lobbiçilik fəaliyyəti ilə məşğul olan qüvvələrə, hansısa dairələrə xidmət etməyi də sevirlər. Biz bunun Azərbaycana qarşı istifadə ediliyinin də görmüşük, indi də müşahidə edirik. Bizim ilkin fərqimiz odur ki, biz dövlət mövqeyindən, xalqımızn maraqlarından çıxış edirik. Lakin Avropa deputatları daha çox özlərinin və xidmət etdikləri qüvvələrin mövqeyindən çıxış edirlər.

- Elə bir Avropa deputatı olurmu ki, hazırlıqsız iclaslara gəlsin?

- Eləsi var ki, heç iclasda danışmır, mövqe bildirmir.

- Bizim deputatlar Avropa deöutatlarının düşüncəsini bilirlərmi?

- Yəqin ki... Hamısı təcrübəli insanlardır. Məndən də əvvəl Avropa Şurasında fəaliyyət göstərirlər. Düşünürəm ki, həm Avropa düşüncəsini, həm də sistemi kifayət qədər dərk edirlər.

- Sizin Avropa Şurasında təmsil olunduğunuz andan bu vaxta kimi Qarabağ məsələsi, oradakı insan faciələriylə bağlı qeyri-adi məsələ qaldırılıbmı?

- Hansısa bir tədbirlər keçirilir. Avropa Şurası Assambleyasında çıxışa 3 dəqiqə vaxt verilir. Biz orada ölkədə cərəyan edən əsas hadisələrdən danışırıq. Əsas istiqamətimiz  erməni yalanlarını olduğu kimi çatdırmaqdır. Avropa Şurasında bəzən bu mövzular heç qaldırılmır.. Düşünürəm ki, çıxışlarımızda yeniliklər etməli, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırarkən ərazilərimizin işğala məruz qalmasına baxmayaraq, ölkəmizdə hər gün əldə edilən nailiyyətlərdən bəhs etməliyik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23 Şagirdləri “Bakı Metropoliteni”nə apardılar - FOTOLAR 17 Noyabr 2019, 11:05 Siyasətin Əliləri... - Həsənovlardan Kərimliyədək... 17 Noyabr 2019, 10:56 Akademik Əhliman Əmiraslanovun doğum günüdür 17 Noyabr 2019, 10:51 Nənə və 4 nəvəsi dəm qazından boğulub öldü 17 Noyabr 2019, 10:39 Qol.az saytı 11 yaşına çatdı 17 Noyabr 2019, 10:28 Belarusda parlament seçkisi keçirilir 17 Noyabr 2019, 10:22 Azərbaycan “Tokio 2020” Olimpiadasına 10 vəsiqə qazanıb 17 Noyabr 2019, 10:17 Avro-2020-nin seçmə mərhələsində 9-cu tur yekunlaşdı - NƏTİCƏLƏR 17 Noyabr 2019, 10:08 Ermənistan atəşkəsi 23 dəfə pozub 17 Noyabr 2019, 10:05 Mehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun! 17 Noyabr 2019, 10:02