Arxiv
9 Yanvar 2012, 16:35 | MÜSAHİBƏ
Sərdar Cəlaloğlu: “İsa Qəmbərin gedişi ilə Müsavat darmadağın olacaq”

ADP sədri hesab edir ki, Müsavat partiyasını indiki vəziyyətdə saxlaya biləcək ikinci şəxs yoxdur

Müsavat Partiyasının yanvarın 7-də keçirilən Məclisində növbəti qurultayın keçiriləcəyi vaxt müəyyənləşdirilib. Mart ayının 3-4-də keçirilməsi planlaşdırılan qurultayda İsa Qəmbərin başqanlığa namizəd olmayacağı və yerinə başqasının seçiləcəyi nəzərdə tutulur. Partiya daxilində əksəriyyət İ.Qəmbərin təkidlə başqanlıqdan getmək niyyətinin əleyhinədir. Müxalifət düşərgəsində təmsil olunan bəzi partiyalarda da düşünürlər ki, İsa bəyin bu addımı Müsavatın zərərinə işləyəcək. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Modern.az saytına deyib ki, İsa Qəmbərin indiki halda Müsavat başqanlığından getməsinin heç bir zəruri şərti yoxdur:

- Bu, sadəcə olaraq nizamnamədə öz əksini tapan formal bir məsələdir. Məsələ burasındadır ki, partiya nizamnamələri normal şəraitdə işləyir. Əgər doğrudan da bir lider nizamnamədə nəzərdə tutulan öhdəliklərin öldəsindən özündən asılı olan səbəblərə görə gəlmirsə, nizamnaməyə uyğun da müəyyən addımları atmalıdır. Tutaq ki, mənim iradəmdən kənar olan müəyyən bir uğursuzluqla üzləşmişiksə, buna cavabdehliyi mən daşımıram. İkinci tərəfdən, açığını deyim ki, Müsavat Partyiyası üzvlərinin bir qismi ideologiyaya görə ordadır. Amma uzun illər İsa Qəmbərin özünün bu ideologiyanı özü ilə bərabərləşdirməsi ona gətirib çıxarıb ki, əksəriyyət ideologiya ilə İsa Qəmbərin şəxsiyyətini eyni görür. Ona görə də İsa Qəmbər ordan gedəcəyi təqdirdə Müsavat Partiyasının darmadağın olacağı fikrindəyəm. Biz bu cür situasiya ilə bir neçə dəfə üzləşmişik. Məsələn, Etibar Məmmədov AMİP-dən gedəndən sonra bu partiya ümumiyyətlə əvvəlki gücünü cəmiyyətə təqdim edə bilmədi. Eyni aqibətlə Lalə Şövkətin sədrlikdən getməsi ilə Liberal Partiyası da üzləşib. İsa Qəmbər də eynilə həmin yolu gedir. Ona görə də mən bunu Azərbaycandakı siyasi partiyaların ən təhlükəli yollarından biri hesab edirəm. Yəni az-çox nüfuzlu partiya sədri lider kimi qalır, onun yerinə başqası gəlir və nəticədə partiya məhv olur. Lider formal olaraq qalır. Fikir verin, bu gün Etibar bəyin, Lalə xanımın nüfuzu var, amma partiyaları yoxdur.

İsa Qəmbəri də eyni tale gözləyir. Ona görə mən bunu zərərli, müxalifətlə yanaşı, Müsavatın əleyhinə yönələn addım kimi dəyərləndirirəm. Düşünürəm ki, İsa Qəmbərdən sonra Müsavat Partiyasını bu vəziyyətdə saxlaya biləcək ikinci bir şəxs yoxdur. Çünki bu partiyanı İsa Qəmbər özü formalaşdırıb. Sonradan partiyaya gələn adamları da özünə münasibətdə formalaşdırıb. O gedəcəyi təqdirdə dezinteqrasiya mütləq olacaq və kiminsə partiyanı saxlaya biləcəyini düşünmürəm.

- Siz bununla bağlı İsa Qəmbərlə söhbət etmisinizmi?

- İsa bəyə, hətta onun ən yaxınlarına partiyanı gözləyən təhlükə ilə bağlı sözümü demişəm. Mən dönə-dönə bildirmişəm ki, bu cür addım atmaq Azərbaycanda siyasi partiyaların məhv edilməsinin bir yoludur. Bunu kənardan kimsə etmir, əksinə könüllü özümüz seçirik. İsa bəyə AMİP və ALP-nin sədrlərinin lider statusu alandan sonrakı aqibətini də nümunə kimi göstərmişəm. Bu gün Əli Kərimli AXCP-dən getsə, həmin təşkilat da indiki gücə malik ola bilməyəcək. Biz etiraf etməliyik ki, anti-demokratik şəraitdə partiyalar lider partiyası kimi formalaşır. Məsələn, bizim partiya ideoloji partiyadır, amma etiraf edirəm ki, bizim qüvvəmiz AXCP və Müsavatdan xeyli azdır. Çünki onlar lider ətrafında formalaşan partiyadır, məhz bu səbəbdən onların daha çox üzvləri var. İndi təsəvvür edin ki, həmin kütlə dağıldı, həmin kütləni qırdın, ortalıqda nə qalacaq? Heç nə qalmayacaq, ideologiya yoxdur. İdeologiya və lider yoxdursa, deməli partiya da olmayacaq. Ona görə partiyaları ideoloji müstəviyə çevirmək lazımdır. O halda Müsavat və AXCP indiki kimi güclü olmayacaq. Bunun əksi də mümkündür. Ölkədəki siyasi situasiyanın dəyişməsini gözləmək lazımdır. Belə olan təqdirdə artıq siyasi partiyaların cəmiyyətdə önəmi artacaq, partiya da dövlət tərəfindən maliyyələşərsə, proporsional seçki sistemi tətbiq olunarsa, fəaliyyət üçün azad şərait yaradılarsa, onda liderin o qədər önəmi qalmayacaq. Amma bu şərtlər olmadığı təqdirdə və bütün bu şərtləri də bir lider özü öz simasında təmsil edirsə, onun getməsi demək olar ki, partiyanın ölümü deməkdir.

- Müsavatın da təmsil olunduğu İctimai Palatanın Koordinasiya Şurasının tərkibi yenidən seçilib. Sizin İctimai Palatada təmsil olunmağınız dəfələrlə gündəmə gəlib. İctimai Palatanın sessiyası ərəfəsi yenidən belə təklif edilmişdimi?

- Əvvəla, ADP-nin 10 üzvü İctimai Palatada təmsil olunur. Amma onların heç biri Koordinasioya Şurasına namizədliklərini irəli sürməmişdilər. Bunun əsas səbəbi İctimai Palatanın müxalifətin vahid güc mərkəzi kimi çıxış etməməsi ilə bağlıdır. Biz Koordinasiya Şurasında təmsil olunacağımız təqdirdə müxalifətin birliyi ilə bağlı geniş müzakirə apara bilməyəcək və İctimai Palatanın qərarlarına tabe olacağıq. Mənim təmsilçiliyimə gəldikdə, sadəcə olaraq bu gün də o fikirdəyəm ki, İctimai Palata təşkilat olaraq başlanğıcdan fərqli səmtə getməyib və bununla da cəmiyyətin gözləntilərini doğrultmayıb. İctimai Palata çox qısa müddətdə AXCP ilə Müsavatın ittifaqına çevrildi. Bu ittifaqın ətrafında isə həmin partiyalara yaxın olan adamlar toplaşıb. Yəni İctimai Palata fakrtiki olaraq iki partiyanın bir blokudur. Bu, bizim müxalifətin bir araya gəlmə forması kimi düşündüyümüz model deyil. Ona görə İctimai Palataya qoşulmaq fikrim yoxdur. Bir müddət əvvəl mən Ümid Partiyasının sədri İqbal Ağazadəylə İsa Qəmbər və Əli Kərimli ilə görüşdük. Həmin görüşdə bir daha gördüm ki, İctimai Palatada faktiki olaraq heç bir dəyişiklik gözlənilmir. Həm İsa bəy, həm də Əli bəy əvvəlki fikirlərindədirlər. Bunu nəzərə alıb orada təmsil olunmağımızı məqsədə müvafiq hesab eləmədik.   

Azər Hüseynbala

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanın XİN rəhbəri Moskvada 21 Oktyabr 2020, 05:03 Ali Baş Komandan və Ordumuz “Qordi düyünü”nü birdəfəlik kəsib atır! 21 Oktyabr 2020, 02:43 Cəbhə gündəliyi: 20 oktyabrda nələr oldu... 21 Oktyabr 2020, 01:37 “Barselona” Çempionlar Liqasına darmadağınla başladı 21 Oktyabr 2020, 01:09 Futbol matçı zamanı atışma oldu 21 Oktyabr 2020, 00:58 Japarov Qırğızıstan Prezidentinin səlahiyyətlərini qəbul etdi 21 Oktyabr 2020, 00:47 Azərbaycanda əkiz və üçəmlərin sayı artıb 21 Oktyabr 2020, 00:38 Azərbaycanda general vəfat etdi 21 Oktyabr 2020, 00:20 Messi Çempionlar Liqasında rekorda şərik oldu 21 Oktyabr 2020, 00:15 İsveçrədə hər bir vətəndaşa 7500 frank verilə bilər 21 Oktyabr 2020, 00:04 Daha bir ölkədə koronavirusa yoluxanların sayı 1 milyonu ötdü 20 Oktyabr 2020, 23:52 Tanınmış özbək şairinin Azərbaycan həqiqətlərini vəsf edən kitabı nəşr edilib 20 Oktyabr 2020, 23:39 Türkiyədə daha 1512 nəfər koronavirusdan sağaldı 20 Oktyabr 2020, 23:29 “Yuventus” və “Brügge” qalib gəldilər - Çempionlar Liqası 20 Oktyabr 2020, 23:18 UEFA Avropa çempionatını ləğv etdi 20 Oktyabr 2020, 23:10 Roma Papası Qarabağ üçün dua etdi 20 Oktyabr 2020, 23:03 UEFA-dan millimizin və “Qarabağ”ın ev oyunlarına QADAĞA 20 Oktyabr 2020, 22:54 ABŞ-dan müttəfiqlərinə çağırış: Müdafiə xərclərinizi artırın 20 Oktyabr 2020, 22:49 İsveçrəli jurnalist Ermənistanın müharibə cinayətlərindən yazdı 20 Oktyabr 2020, 22:37 Teledərslərin sabaha olan CƏDVƏLİ 20 Oktyabr 2020, 22:24 “Azərbaycana dəstək verdik və verəcəyik” - Ərdoğandan Qarabağ mesajı 20 Oktyabr 2020, 22:18 Qələbələrdə əməyi olan hərbçilərimiz - FOTOLAR 20 Oktyabr 2020, 22:01 Fransa millisinin keçmiş qapıçısı vəfat edib 20 Oktyabr 2020, 21:57 “Azad olunmuş torpaqların tam bərpası olduqca böyük masştablı proqramdır ” – Baş bankir 20 Oktyabr 2020, 21:49 İranda bir gündə 322 nəfər koronavirusdan öldü 20 Oktyabr 2020, 21:39 Gürcüstanda sosial layihələrə 100 milyon dollar sərmayə qoyulub - Rövnəq Abdullayev 20 Oktyabr 2020, 21:25 Azərbaycan vacib olan hücum və müdafiə sistemlərinə malikdir - İtalyan professor 20 Oktyabr 2020, 21:15 "Azərbaycanla müharibə Ermənistan iqtisadiyyatını çökdürər" - Elman Rüstəmov   20 Oktyabr 2020, 20:59 Casusluq məqsədi üçün istifadəyə verilən VPN tətbiqi barədə XƏBƏRDARLIQ 20 Oktyabr 2020, 20:45 Xalqımız Qələbəyə günbəgün yaxınlaşır 20 Oktyabr 2020, 20:34 Peşəkar jurnalist Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib 20 Oktyabr 2020, 20:26 Ermənistan qoşunları Qubadlı istiqamətində darmadağın edildi - VİDEO 20 Oktyabr 2020, 20:14 Goranboyda düşmən PUA-sı məhv edildi 20 Oktyabr 2020, 20:05 Rusiya və Fransa prezidentləri Qarabağdakı vəziyyəti müzakirə etdi 20 Oktyabr 2020, 20:01 Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib - VİDEO 20 Oktyabr 2020, 19:46