Arxiv
22 May 2019, 10:35 | ANALİTİKA
“Sülh və barış resepti”ni təqdim edən Sammit - Dini rəhbərlər Bakıdan dünyaya hansı çağırışlar edəcək?

Prezident İlham Əliyevin sərəncamı ilə noyabrda ölkəmizdə keçiriləcək “Dini liderlərin ikinci Bakı Sammiti” Azərbaycanın ictimai-siyasi həyatında  əhəmiyyətli yerini tutacaq.  Hazırda  sərəncam müxtəlif aspektlərdən təhlil edilir, tanınmış ictimai-siyasi şəxslər tərəfindən rəylər açıqlanır.


Qloballaşmanın hakim olduğu bu dövrdə multkultural inteqrasiya  beynəlxalq siyasətin vacib detalına çevrilib. Bu baxımdan dövlətimiz  tolerantlıq prinsiplərini  önə çıxarmaqla  dünyaya Azərbaycanın multkultural inteqrasiya üçün yeni çağırışlarını bəyan edib. 


Bunun ən önəmlisi “Bakı Prosesi” adı verilmiş beynəlxalq platformadır.  Bakı prosesi” mulkultural əməkdaşlıq təklif etməklə humanist ideyaların təbliğatçısı kimi çıxış edir.  


Bu sırada dinlərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. 


Dini liderlərin Bakı sammiti bu baxımdan öz əhəmiyyətinə görə  fərqlənir, mötəbər tədbir  ölkəmizi dini zəmində əməkdaşlıq formatı kimi  müzakirə meydanına çevirir.  Sammit  “Bakı  Prosesi”nin davamı kimi də mühümdür.  Eyni zamanda, ölkəmizin üzləşdiyi Qarabağ probleminin dünyaya çatdırılması üçün bir imkandır.


Sammit təkcə dini cameəni əhatə edəcək bir hadisə deyil.
  İmzalanan sərəncama eyni zamanda prezident İlham Əliyevin düşünülmüş siyasətinin tərkib hissəsi kimi baxmaq lazımdır.


Azərbaycan bir neçə ildir ki, iri nəqliyyat, idman, musiqi, humanitar layihələrə evsahibliyi etməklə eyni zamanda regionun əməkdaşlıq mərkəzinə çevrilib. 


Ölkəmizin müstəqilliyinin rəmzinə çevrilən Bakı-Tiblisi-Qars, bizi dünyanın nəqliyyat dəhlizinə çevirən Şərq-Qərb layihəsi bunun bariz göstəricisidir.  Birinci Avropa Oyunları, İslam Oyunları, “Formula 1” yarışları Azərbaycanın dünya idman vitrinində sambalının nümayişinə çevrilib. “Avroviziya”, Qəbələdə beynəlxalq musiqi festivalı, “JARA” nufuzulu estrada festivalı mədəni əməkdaşlığın təntənəsi kimi yadda qalıb.


Uğurla keçirilən böyük miqyaslı tədbirlər beynəlxalq müstəvidə Bakıya olan etimadı nümayiş etdirməklə yanaşı dövlətimizin müstəqil mövqeyini təcəssüm etdirir.


Belə tədbirlər həm də özlüyündə siyasi mesaj daşıyır
.  Bakı üçün beynəlxalq arenada nüfuzunu möhkəmləndirmək və ictimai rəyi formalaşdırmaq baxımından  uğurlu əməkdaşlıq perspektivləri yaradır.


Dini liderlərin sammiti də bu qəbildən olan toplantı kimi  Azərbaycanın bu gün dini-etnik zorıkılıq girdabına düşən ölkələrə  tolerant dövlət nümunəsi kimi təqdimatında əvəzsizdir.  


Müxtəlif dini konfessiyaların və xalqların yaşadığı Azərbaycan üçün xaricdən ixrac olunan təhlükəli tendensiyalar  dövlətdən xüsusi həssaslıq tələb edir. Dinləri bir-birinə qarşı qoymaqla siyasi  dividend qazanmağa çalışan qüvvələrin  at oynatdığı bir dünyada tolerantlıq prinsipləri, birgəyaşayış mesajları sülh və barış üçün əsas resept sayılır.  Azərbaycanın da bəyan etdiyi çağırışlar dünya üçün öz aktuallığını saxlayır. Beynəlxalq ictmaiyyət belə çağırışlara laqeyd deyil.  Azərbaycanın təqdim etdiyi dinlərarası münasibətlərdə əməkdaşlıq formulu məqbuldur və öyrəniləsi nümunədir.  Mötəbər kürsülərdə tanınmış din xadimlərinin dövlətimizin  əldə etdiyi nailiyyətləri sadalaması bu siyasətin təbliğində çox yaxşı müstəvidir.  


Odur ki, Bakı sammiti dövlətimizin regionda dini əməkdaşlıq mərkəzinə çevrilməsinə hədəflənib
. Bunun da siyasi altyapısında  prezident İlham Əliyevin dünyaya bəyan etdiyi tolerantlıq prinsipləri dayanır. Məlum olduğu kimi din həm də bir mədəniyyət hadisəsidir. Odur ki, müxtəlif mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan üçün bu sammit dünyaya öz prinsiplərinin təbliği və nümayişi üçün yaxşı imkandır.


Sərəncamda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazədənin personasının önə çəkilməsi incə bir mesajı nümayiş etdirir. Belə ki, dövlət rəsmi qurumlarını deyil, QMİ-ni aparıcı olaraq göstərməklə  öz siyasətində inzibati resurslara yox, mənəvi dəyərlərin gücünə istinad etdiyini və bunların bir biri ilə qarşılıqlı harmoniyada olmasını göstərmək istəyir. 


Şeyxülislam Allahşükür Paşazadənin ta SSRİ-dən bu tərəfə olan fəaliyyəti, nüfuzlu dini təşkilatlarda tutduğu vəzifələri, əlaqələri bu məsələdə nəzərə alınıb.


QMİ sədrinin beynəlxalq sammitin təşkilatçıları sırasında olması Şeyxülislamı ayrıca bir məzhəb rəhbəri kimi deyil, dünyanın etimad göstərdiyi nüfuzlu din xadimi kimi təqdim edir. Bununla QMİ sədri dünya çapında qəbul olunan  din xadimləri cərgəsində  yerini tutur. Bu isə dövlətin din sahəsindəki prioritetləri üçün mühüm rıçaqdır.


A.Paşazadənin dünyanın tanınmış dini xadimləri ilə dostluq əlaqəsi, əldə etdiyi nüfuz və etimad Azərbaycanın bu yöndə siyasətinin yürütməsinə çox kömək edir.


QMİ sədrinin əlaqələri böyük bir müstəvidə Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği üçün yaxşı imkanlar açır.  A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, MDB dinlərarası Şurasında tutduğu vəzifə, istərsə də müxtəlif dinlərin  rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın istinad etdiyi dəyərlər sisteminin dünyaya müncər olunmasında töhfələrini verir və körpü rolunu oynayır.


QMİ sədrinin təşkilatçılığı ilə İspaniyada, Almaniyada baş tutmuş beynəlxalq konfranslar dövlət siyasətinin təbliği üçün uğurlu tribunaya çevrilib.


Odur ki, Qafqaz Müsəlmanları İdarəsi  və onun sədri prezident İlham Əliyevin tolerantlıq siyasətinin aparıcı  fiqurlarındandır.  Şeyx  məzhəbləri özündə birlşədirən bir dini lideri olaraq tolerantlıq numunəsini yarada bilib.  Şeyx həzrətlərinin Azərbaycandakı ictimai-siyasi proseslərdə, dövlətçiliyin formalaşmasında, müsəlmanlarla digər dinlərin mənsubları arasında xoş münasibətlərin qurulmasında rolu böyükdür və sərəncam bütün bunlara verilən qiymətdir.


Elə Rusiyada bir neçə ay əvvəl baş vermiş çeçen-azərbaycanlı münaqişəsinə kənardan dini fon verilməsi cəhdlərini qətiyyətlə dəf edən QMİ sədri bununla da anlaşılmazılığın genişlənməsinin qarşısını almağa çalışan dövlətin apardığı işə böyük töhfələrini verdi. Məsələ sülhlə bitdi, bu davanın alovlanmasını arzulayanların niyyəti ürəklərində qaldı. Bu gün Gürcüstanın Azərbaycanın dini-mədəni abidəsi olan “Keşiçidağ” məbədi ətrafında aparılan spekulyativ siyasətə bəzi gürcü dairələrinin dini rəng verməsi luzumsuz gərginlik yaradıb. Gürcü patriarxı ilə çox isti münasibətləri olan QMİ sədrinin bu məsələnin həllində köməyi də istisna oluna bilməz.


Prezident sərəncamında da qeyd olunduğu kimi, bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərən Allahşükür Paşazadə həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir.


Sammitin gözləntiləri kifayət qədərdir.


İlk növbədə belə mötəbər  tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün həm də Dağlıq Qarabağ məsələsi ilə bağlı yaxşı bir fürsətdir
.  Zorən münaqişəyə cəlb edilmiş bir ölkənin belə bir sammitdə təşkilatçı rolunda çıxış etməsi də ciddi hadisədir. Müxtəlif dinlərin rəhbərlərinin Qarabağda sülhə çağırış bəyanatları  münaqişəni “xristian-müsəlman davası” kimi təqdim etməyə çalışanlara sərt sillədir. Bu mövqe onu göstərir ki,  bu münaqişəd dini zəmin yoxdur,  sadəcə  separatizmdir.


Bakının bu sammitin təşkilatçı olması  ev sahibinin dünyaya mesajını ortaya qoyur.  Bakı dünyaya barış şəhəri olduğunu nümayiş etdirir.


Dünyanın dini liderlərinin Bakıya toplaşması onların Azərbaycandakı vəziyyəti, müxtəlif dinlərə mənsub insanların bir yerdə necə rahat yaşadığını, dini konfessiyaların problemsiz fəaliyyət göstərdiyini öz gözləri ilə görmələri baxımından əhəmiyyətlidir. 



A.SƏFƏRLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident bu hərbçilərə “Vətən uğrunda” medalı verdi - SİYAHI 24 İyun 2021, 16:55 Azərbaycanda son sutkada rekord sayda peyvənd VURULDU 24 İyun 2021, 16:40 Bu günə olan yoluxma sayı AÇIQLANDI 24 İyun 2021, 16:34 Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək 24 İyun 2021, 16:26 31 yaşlı kişi itkin düşüb 24 İyun 2021, 16:20 Bir qrup hərbçiyə ordenlər verildi - SİYAHI 24 İyun 2021, 16:14 Ceyhun Bayramov Baş katiblə görüşüb 24 İyun 2021, 15:56 Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR 24 İyun 2021, 15:50 Əmək pensiyasına əlavə ilə bağlı qaydalar dəyişir 24 İyun 2021, 15:44 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzəltmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?