Arxiv
15 İyun 2019, 10:49 | ANALİTİKA
“Bu atəşkəs rejimini, Allah kəssin”

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Düşmənə yeri və göyü dar etmək üçün göydə axtarlan fürsət, artıq yerdə ələ düşüb və buna görə heç baş sındırıb çox düşünməyə ehtiyac yoxdur

 

Hələ bir il bundan öncə 11 iyun 2018-ci ildə "Novosti-Armeniya" nəşrinə  müsahibəsində "Realist" xəbər agentliyinin  baş redaktoru Sarkis Saturyan - "Ermənistan dərhal Dağlıq Qarabağla hərbi ittifaq bağlamalıdır" - deyərək, güya bu hərbi ittifaqın yeni Paşinyan hökuməti ilə Xankəndi arasında Serj Sərkisyanın buraxdığı səhvini düzəltmiş olacağını, həmçinin, "iki erməni dövləti” arasında hərbi sazişin Dağlıq Qarabağa qarşı növbəti təcavüzə hazırlaşan Bakı və Ankaranı ayıldacağını söyləmişdi. O, Qarabağda təmas xəttində ən təhlükəli dövrün iyunun 12-dən iyunun 24-dək olacağını qeyd edərək, bunu həmin vaxt Türkiyədə seçkilərin başlanması və TANAP boru qaz kəmərinin açılışı ilə əlaqələndirirdi.

 

Doğrudur, Saturyanın ötən il verdiyi "hava proqnozu" doğru çıxmasa da, amma bu il son günlər Ermənistan hərbçilərinin təmas xəttində "kəsilmiş atəşi" yenidən alovlandırmaları, Azərbaycan hərbçilərini ard-arda şəhid etmələri, bu azmış kimi yerdə ürəkləri soyumayıb raketlə göyə "təpik" atmaları, Makedoniyalı İsgəndərin "Ən yaxşı müdafiə - hücumdur" - deyimini tamamilə təsdiqləyir. Baş verən olayların fonunda təəssüf ki, rəsmi Bakının hələ də dözüm nümayiş etdirib - "bütün baş verənlərə görə Ermənistan tərəfi məsuliyyət daşıyır" deməkdən başqa heç bir tutarlı cavab verməməsi, Azərbaycan cəmiyyətini əməlli-başlı "havalandırır".

 

Cənablar, heç olmasa bu ifadəni dəyişəsiniz, çünki məsuliyyətə qalsa, Ermənistan 30 ildir ki, bu məsuliyyətin daşıyıcısıdır. Bütün Azərbaycan xalqı, həmçinin, dünya yaxşı bilir ki, "pazı, pazla çıxarırlar". Niyə heç kim düşünmür ki, xalq bu "yumşaqlıqdan" artıq cana doyub və neçə illərdir "bu atəşkəs rejimini, Allah kəssin" - deyir. Çünki hər bir sıradan olan Azərbaycan vətəndaşı bu məsələdə diplomatların yalnız sözçülüklə məşğul olmasını və yeganə çıxış yolunun yalnız müharibə olduğunu yaxşı bilir. İndiyədək Azərbacana qarşı ermənilər nələr deməyiblər?! Niyə torpağı işğal olunmuş Azərbaycan diplomatları sükanı ermənipərəst ölkələrin - Rusiya, ABŞ və Fransanın "üç muşketyorunun" əlindən alıb öz yolunu özü müəyyən etmir?!

 

Baxın, bu "muşketyorların" dəstəyi ilə siyasi gedişlərini hücum üzərində quran hayların Qarabağın tarixi erməni torpaqları olması və guya sovet ordusunun köməyi ilə Azərbaycan tərəfindən "işğal edilməsi" kimi açıq böhtanların qəsdən ortaya atmaları, məgər onların yeni bir hücum xarakterli siyasəti deyilmi? Belə olan halda əlbəttə ki, indiyədək müdafiə mövqeyində dayanan Azərbaycan diplomatiyası qarşısında illərdir Rusiyanın əli ilə Azərbycanın başına bir bəla kimi qondurulmuş "dqr"nın "xin"i - "Qarabağın yüzdə əlli hissəsi hələ də Azərbaycanın işğalı altındadır" - deyə, bəyanat verəcək. Bu azmış kimi, hələ bu bəyanatda Azərbaycanın güya "işğal etdiyi" ərazilərdə "qanunsuz məskunlaşdırma" işi aparılması ifadəsi də yer alır. Sizcə bu ermənilərin diplomatik hücumu deyil, bəs nədir?

 

Şübhəsiz ki, ermənilər Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, Şuşanın Pənahəli xan tərəfindən inşa edildiyini, Qarabağ xanı İbrahim Xəlil xanla çar Rusiyası arasında 1805-ci ildə "Kürəkçay müqaviləsi"nin bağlamasını, bundan əlavə, 1828-ci ildə "Türkmənçay müqaviləsi" bağlandıqdan sonra bu yerlərə İran və Türkiyədən "at ilxısı, köpək sürüsü" kimi gətirildiklərini yaxşı bildikləri halda, "kardaşyanlıq" edib güya bu əraziləri 1923-ci ildə sovet hökuməti onlardan alıb Azərbaycana verib demələri tamami ilə əsassızdır.   

 

Bəzi media ekspertləri bu işlərdə media sahəsində lazımi addımların atılmasını, xüsusən xarici auditoriyaya hesablanmış analitik yazıların yazılmasını vacib olunduğunu hesab edirlər. Doğrudur, Ermənistanın son günlər Azərbaycana nümayiş etdirdiyi yeni həyasız siyasətinə qarşı media sahəsində lazımi addımların atılması, xüsusən xarici auditoriyaya hesablanmış analitik yazıların yazılması çox vacibdir. Amma bu məsələ yalnız media ilə bitmir. Çünki Qarabağ məsələsində media təkbaşına deyil, diplomatiya ilə paralel işləməlidir. Bu üzdən də Azərbaycan mediasını hərəkətə gətirmək üçün, məhz rəsmi Bakı mütləq kəskin diplomatik siyasi addımlar atmalıdır ki, yerli media onu tutarlı arqumentlərlə həm daxildə,  həm də başqa ölkələrə yayaraq xaricdə dəstəkləyə bilsin!

 

Azərbaycan rəsmi qurumlarının erməni və ermənipərəst qüvvələrin "oyunbazlığına" indiyədək müdafiə xarakterli yüngül bəyanatlar verməsi, artıq indiki halda keçərli deyil. Sözsüz ki, indiyədək istər Azərbaycan hakimiyyəti, istərsə də mediası dünya ölkələrinə öz həqiqətlərini - Dağlıq Qarabağın məhz Ermənistan tərəfindən işğal olundunu bəyan edib və bu, bir fakt kimi dünya ölkələri, həmçinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul olunub. Təəssüf ki, bu problemə heç kim tutarlı reaksiya vermir, yəni Ermənistanı yetərincə qınamır, ona işğalçı olduğuna görə sanksiya tətbiq etmir və bu gedişlə heç verməyəcək də! Bu üzdən də, ermənilər həm yerdə yerlə, həm də göydə göylə əlləşib Azərbaycana qarşı bildiklərini edirlər. Odur ki, düşmənə yeri və göyü dar etmək üçün göydə axtarlan fürsət, artıq yerdə ələ düşüb və buna görə heç baş sındırıb çox düşünməyə ehtiyac yoxdur.

 

Bəzi Azərbaycan siyasətşünasların Qarabağda baş verən son hərbi olayların səbəbini, Qarabağ klanı ilə İrəvan arasındakı siyasi qarşıdurmada və iyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədlərinin vasitəsi ilə təşkil olunacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə əngəl olmaq üçün süni şəkildə yaradıldığı demələrinə gəlincə isə, bu barədə heç danışmağa dəyməz. Çünki ermənilər bir-birilərinin ətini nə qədər yesələr də, sümüklərini atan deyillər. O ki qaldı danışıqlara, bu danışıqlar ermənilərin xeyrinə olan vaxt udmaqdan başqa bir şey deyil. Yəni, bu danışıqlarda zaman açıq-aşkar Ermənistanın xeyrinə işləyir. Məgər, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın jurnalistlərə müsahibələrində - "Siz necə təsəvvür edirsiniz, hakimiyyət Ermənistanın, erməni xalqının və Dağlıq Qarabağın maraqlarına uyğun gəlməyən hansısa addım ata bilərmi?" - deməsi buna sübut deyilmi? Bundan başqa, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın işğal altındakı Füzuli rayonunda olarkən Arazboyu ərazilərin qaytarılmayacağını, əksinə, orada yeni məskunlaşma aparılacağı deməsi, ümumiyyətlə, Paşinyan hökumətinin Azərbaycana "bir qarış da torpaq verməmək" kimi bəyanatları, Qarabağın sülh yolu ilə geri  qaytarılmasının inandırıcı olmadığını və Azərbaycan üçün vaxt itkisi olduğunu təsdiqləyir.

 

Bakı sülhdən danışdığı halda, artıq Ermənistanın müdafiə naziri David Tonayan erməni xüsusi təyinatlılarının Azərbaycanla "sərhəddə" cəmləşdirildiyini, habelə dronlar vasitəsi ilə ərazini nəzarətdə saxladıqlarını bildirərək, Azərbaycana vur-vurum - deyir. 

 

Ona görə də, əslində iyunun 12-də Füzuli istiqamətində planlı təlim uçuşları həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Ermənistan silahlı qüvvələrinin OSA zenit-raket kompleksi vasitəsilə vurulması cəhdi, Azərbaycan tərəfinin dediyi təxribaxt yox, məhz onların hücumu kimi qiymətləndirilməli və bu hücuma hücumla cavab verilməli idi. Çünki rəsmi Bakının yerdə verdiyi bəyanatlar Qarabağda "göylə gedənlərə" çatmır. "Göylə gedənləri" yerə çırpmaq üçün isə, gərək başını bir az yuxarı qaldırıb göyə baxmağı bacarasan!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni FOTOSU  8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?