Modern.az

“Azərbaycanın ətrafını toz-duman basıb” - Politoloq ŞƏRHİ

“Azərbaycanın ətrafını toz-duman basıb” - Politoloq ŞƏRHİ

Analitika

21 İyun 2019, 17:38

Azərbaycanın qonşuları İran və Gürcüstanda vəziyyət gərgindir. Amerikanın İrana sanksiyaları və Gürcüstandakı mitinqlər bölgədə vəziyyətin pisləşməsinə işarədir. Bəs görəsən qonşu ölkələrdə baş verənlərin Azərbaycana hansı təsiri olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycanın ətrafı toz-dumandır:

“Ermənistanla müharibə vəziyyətindəyik, İranda gərginlikdir.. Amerikanın cənub qonşumuza sanksiyaları sərtləşdirməsi fonunda müharibə təhlükəsi və Gürcüstanda vəziyyətin gərginləşməsi... Biz bu təhlükələrdən özümü qorumağı bacarmalıyıq. Gürcüstanda əslində mitinqlərin haqlı səbəbləri var, bir ölkə sənin torpaqlarını işğal edə və həmin ölkənin deputatı parlament sədrinin yerində otura... Bu hərəkət Tbilisidə ciddi narazılıqlara səbəb oldu. Oradakı vəziyyət parlament və hökumət böhranı yarada bilər. Təəssüf ki, Gürcüstanın indiki hökuməti Azərbaycana qarşı müəyyən iddialar irəli sürmüşdü. Bu iddiaları getdikcə gücləndirirdi, həmin münasibətlər müsbət bir hadisə kimi yadda qalmadı, gərginlik artdı. İndi görürük ki, özlərində gərginlik var”.

 

Elxan Şahinoğlu deyib ki, Azərbaycan Gürcüstanda gərginliyin tərəfdarı deyil:

“Gürücüstanda elə hökumətin formalaşmasını istəyirik ki, Azərbaycanla strateji müttəfiqliyə sadiq qalsın. İrana gəldikdə isə bu məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Heç bir zaman bölgədə müharibə istəmirik, çünki bunun Azərbaycana da mənfi fəsadları ola bilər. Ümid edirik ki, Amerika və İran geri addımlar atacaq. İran nə Suriya, nə İraq, nə də Liviya deyil. İrana qarşı müharibə başlasa, bu bütün Avrasiya bölgəsində gərginlik yaradacaq. Bu məsələlər elədir ki, bizdən asılı deyil, biz sadəcə məsələlərə diqqətlə yanaşıb, özümüzü təhlükələrdən qorumalıyıq. Bunun üçün öz sərhədlərimizi gücləndirməliyik, prosesləri yaxından izləməliyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır