Azərbaycanda direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin sayı açıqlanıb.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 3 403 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib.
Müsabiqənin növbəti mərhələsi-test imtahanlarının tarixi barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.