Arxiv
7 Avqust 2019, 10:42 | ANALİTİKA
Elxan Şahinoğlu: “Ankara ABŞ-la bağlı ən pis ssenariyə hazırlaşmalıdır”

“Ankara ABŞ-ın dediyini etməsə də, bu ölkə ilə ipləri tam qırmır. Türkiyə  prezidenti Rəcəb Təyyub Ərdoğan və xarici işlər naziri Mövlüd Çavuşoğlu son günlər düşünülmüş incə siyasət yürüdürlər. Hər ikisinin dediklərini ümumiləşdirsək bu alınır: “ABŞ prezidenti Donald Tramp yaxşıdır, Konqres isə pis və ümid edirik ki, Ağ Evin yaxşı sahibi Türkiyə əleyhinə sanksiya qərarlarının qüvvəyə minəcəyinə şərait yaratmayacaq”.

 

Modern.az xəbər verir ki, bu fikirləri  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Siyasi ekspertin sözlərinə görə,  Tramp Türkiyəyə simpatiya ilə yanaşsa da, hansı qərarı verəcəyini söyləmək çətindir:

 

“Ərdoğanla Çavuşoğlu haqlıdır, Trampın açıqlamalarından hiss olunurur ki, o Ankaranın Rusiyadan raketlər almasına və Vaşinqtonun rəyinə nəzərə almadan Suriyaya hərbi müdaxiləyə hazırlaşmasına baxmayaraq, Türkiyəyə simpatiya ilə yanaşır. Ağ Ev sahibi Rusiya və Çindən fərqli olaraq keçmiş müttəfiqinə qarşı sanksiya tətbiq etmək istəmir. Ancaq Konqresin Türkiyəyə sanksiya mövzusunda Trampa təzyiqi getdikcə artır və konqresmenlərin əsas arqumenti budur: ”Bu gün sözümüzə baxmayan Türkiyəni cəzalandırmasaq, sabah digərləri də sözümüzə baxmayacaq”.

 

Trampın bu çətin vəziyyətdə hansı qərar verəcəyini söyləmək çətindir. O Türkiyənin Rusiyadan raketlər almasını unutmaq istəyir, ancaq qarşıda prezident seçkisi var və o Konqresdəki tərəfdarlarının rəyini də qulaqardına vura bilməz. Ona görə də Ankara ən pis ssenariyə hazırlaşmalıdır. Təsadüfi deyil ki, Mövlud Çavuşoqlu Türkiyənin xarici ölkələrdəki səfirləri ilə birgə toplantıda çıxışı zamanı xarici siyasətdə yeni istiqaməti göstərdi: “Asiya açılımı”. Başqa sözlə “Qərbdəki müttəfiqlərimizdən bir şey çıxmadı və onlar düşmənlərimizin (PKK, FETÖ) yanında yer aldılar, ona görə yeni dostlarımızla əlaqələri genişləndirək”. Ancaq Rusiyanın və Çinin timsalında bu yeni dostlara etibar etmək olarmı? Bu suallar gələcək illərdə daha da aktuallaşacaq”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəmil Quliyev yeni vəzifəyə təyin olundu 18 Sentyabr 2019, 11:01 Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatını Bakıya dəvət etdi 18 Sentyabr 2019, 10:57 Maşınla adam vurub öldürən sürücü tutuldu 18 Sentyabr 2019, 10:55 Ötən gün yol qəzalarında 7 nəfər ölüb 18 Sentyabr 2019, 10:51 BANM-da “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi 18 Sentyabr 2019, 10:33 “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi Heydər Əliyev Mərkəzində 18 Sentyabr 2019, 10:27 Azərbaycan dilinin izdivac və idxal prosesində gücü 18 Sentyabr 2019, 10:27 Ermənistan atəşkəsi 20 dəfə pozdu 18 Sentyabr 2019, 10:24 AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Sədr İZAH ETDİ 18 Sentyabr 2019, 10:18 Mahir Emrelinin evini yaranlar tutuldu - FOTOLAR 18 Sentyabr 2019, 10:14 Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA: “Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki...” 18 Sentyabr 2019, 09:55 “Sosial evləri alıb “mənzil kolleksiyası” yaradırlar” - ETİRAZ 18 Sentyabr 2019, 09:40 Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ 18 Sentyabr 2019, 09:36 Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09