Arxiv
6 Fevral 2012, 14:52 | MÜSAHİBƏ
Siyavuş Novruzov: “YAP-ın İdarə Heyəti məmur özbaşınalığı ilə bağlı məlumatları sədrə çatdırır” - MÜSAHİBƏ

Hakim partiyanın icra katibinin müavini: “…Bu dəfə  Rəsul Quliyev üçün ondan da betər olacaq”

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun Modern.az saytına müsahibəsini təqdim edirik.

- Siyasi oppenenləriniz artıq 2013-cü ilin prezident seçkilərinə hazırlıağa start verirlər. Müxtəlif siyasi bloklar yaranır, mesajlar ötrülür, namizədlər barədə müzakirə açılır. Məsələn, eks-spiker Rəsul Quliyev artıq prezidentliyə namizəd olacağını élan edib, müsavatçılar qurultayda İsa Qəmbərin namizədliyini irəli sürməyə hazırlaşır. Yeni Azərbaycan Partiyası özünün namizədi barədə müzakirələrə başlayıbmı?

- Əlbəttə müzakirələr gedir. Altı ay əvvəl partiyanın icra katibi Əli Əhmədov bildirdi ki, YAP 2013-cü il üçün partiyanı sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürür. Bizim hər yerdə güclü yerli strukturlarımız  və geniş seçki texnologiyalarına malik seçki qruplarımız var. Biz artıq namizədimizi müəyyən etmişik. Namizədimiz bəllidir. Müxalifətə gəlincə, onlar hələ indiyə qədər namizəd müəyyən edə bilmirlər. Heç edə də bilməyəcəklər.  Elə son parlament seçkilərini götürün. Marafona start verilməsinə baxmayaraq, müxalifət liderləri hələ hansı dairədən öz namizələrini verəcəklərini müəyyənləşdirə bilməmişdi. Elə hardan gəldi namizdliklərini irəli sürmək o demək deyil ki, o elə uğur qazanacaq.

- Bəzən belə xəbərlər yayılır ki, hakimiyyət daxilində YAP-ın namizədilə bağlı birmənalı fikir yoxdur.    

- Bu söhbətlərin heç bir əsası yoxdur. Hakimiyyət birdir, qərar da birdir. Vəssalam. Guya hansısa fərqli mövqeyin olması barədə yazılanlara gəlincə, bu hansısa qəzetlərin reytinq xətrinə yazdığı yazılardı. Elə bir məsələ yoxdur. Bunların hamsı yalan və böhtandır.

- Bəs bütün bu kimi xəbərlər sizcə nədən qaynaqlanır?

- Bu əsasən xarici kəşfiyyat orqanlarının ortaya atdığı terminlərdir. Onlar bu terminləri müəyyən müxalifət nümayəndələri və qəzetlərin vasitəsi ilə irəli sürürlər.

- Müxalifətlə iqtidar arasında siyasi münasibətləri normal sayırsınızmı?

- Dünyanın hər yerində iqtidarla müxalifət arasında mübarizə gedir və bu təbiidir.  Müxalifət hakimiyyətə gəlmək istəyir, iqtidar isə hakimiyyətdə qalmaq. Burada dostluq, qardaşlıq münasibətlərindən söhbət gedə bilməz. İqtidar və müxalifət siyasi rəqiblərdir. Əgər eyin partiyada, məsələn Müsavatda başqan olmaq üçün müxtəlif qüvvələr arasında hansı gərgin mübarizə getdiyini nəzərə alsaq, o zaman düşünmək olar ki, onlarla bizim aramızda hansı münasibət var.

- Hakimiyyətin monolitliyi barədə sualı təsadüfən vermədim. Çünki eks-spiker Rəsul Quliyevin əsas tezislərindən biri də iqtidar daxilində hansısa qüvvələrin ona dəstək verəcəyi ilə bağlı şərhlər və məlumatlardır.  Sizcə burada hər hansı bir həqiqət payı varmı?

- Qətiyyətlə deyirəm ki, belə bir məsələ yoxdur. Rəsul Quliyev 1996-cı ildən artıq Azərbaycanda yoxdur. O, ölkədəki real ictimai-siyasi vəziyyəti lazımınca nə qiymətləndirə bilir, nə də onun Azərbaycanda bir tərəfdarı var. Heç bir siyasi qüvvə arasında onun dəstəyi yoxdur. Bu onun bir neçə mənasız bəyanatından başqa bir şey deyil. Rəsul Quliyev 2005-ci ildə də eyni sözləri deyirdi və hətta təyyarəyə minib gələcəyini vəd etmişdi. O zaman nəticəsi nə oldusa, indi ondan da betər olacaq.

- YAP gələnilki seçkilərə özünün hansı yeni baxışları ilə getməyə hazırlaşır?

- Seçkilərə 2 ildən çox müddət qalır. Amma biz bu istiqamtdə işləyirik. YAP-ın bir nömrəli funksiyası seçicilərlə işləməkdir. Biz mütəmadi olaraq bununla məşğuluq oluruq. Qeyd edim ki, YAP-ın artıq kompüterdə seçici bazası var. Azərbaycanda olan seçicilərin 90 faizinin bütün məlumatları bizim kompüter bazasında yerləşdirilib. Bu bazanın üzərində biz daim iş aparırıq.  İdeyasını dəyişən varsa, o avtomatik olaraq baza sistemdən çıxarılır, hərbi xidmətdən qayıdanlar avtomatik olaraq daxil edilir.  Biz ilboyu işləyirik. Yeni texnologiyalar əsasında biz bu sistemi qurmuşuq.

- Yəqin seçicilərinizin yaşadığı ərazilərdəki problemlərdən də xəbərdarsınız?

- Təbii.. Biz ərazinin öyrənilməsi praktikasından istifadə edirik. Nümayəndələrimiz tərəfindən seçicilərin problemləri mütəmadi öyrənilir. Hər məntəqəyə YAP-ın 3 fəalı təhkim olunub. Onlar problemləri toplayır. Bu problemlərdən eləsi var ki, rayon miqyasındadır, eləsi var ki respublika... Həlli  mümkün olan problem dərhal həllini tapır. 

- Hakimiyyətin idarəetmə sistemində qəribə bir amil diqqəti çəkir. Artıq 90-cı illərdə olduğu kimi, bütün problemlərin səbəbkarı və məsuliyyəti birbaşa prezidentin üzərinə qoyulmur. İqtidar ayrı-ayrı məmurların nöqsanlarına, özbaşınalığına və ya səriştəsizliyinə məsuliyyəti birbaşa cavabdeh olaraq həmin məmur üzərində qoyur.  Buna münasibətiniz?

- Tamamilə doğru qeyd edirsiniz. Sahəyə məmur rəhbərlik edir. Hər məsələyə görə dövlət başçısını günahkar bilmək və müraciət etmək düzgün yanaşma deyil. Birinin suyu gəlmirsə, toyuğu itirsə, buna görə prezident cavabdehlik daşımır, o sahəyə təhkim edilmiş məmur cavabdehlik daşıyır. O baxımdan həmin məmurlar rəhbərlik etdikləri işlərə cavabdehlik daşıyırlar. Əgər o sahədə böyük problemlər varsa, dəyişiklik edilir, icra başçısı və ya aidiyyatlı strukturun rəhbəri dəyişdirilir.

- Siz parlamentin iclaslarında məmur özbaşınalığı və bürokrtatiyası ilə bağlı çıxış edirsiniz. YAP belə məmurlarla bağlı müzakirələr aparırımı?

- YAP-ın İdarə Heyətində belə məsələlər mütəmadi müzakirə olunur. Əgər hardasa ciddi problemlər varsa, partiyanın sədrinə bu barədə məlumat çatdırılır.   

Xaqani SƏFƏROĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 30 Sentyabr 2020, 00:54 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 30 Sentyabr 2020, 00:43 UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi 30 Sentyabr 2020, 00:29 Gəncədə ağır qəza: 1 ölü, 4 yaralı 30 Sentyabr 2020, 00:12 Gürcüstanda koronavirusdan daha 2 nəfər ölüb 29 Sentyabr 2020, 23:59 Baş nazirdən 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR 29 Sentyabr 2020, 23:46 Gürcüstan ermənilərindən TƏXRİBAT - Türkiyə ilə sərhədi bağladılar 29 Sentyabr 2020, 23:42 Niderland cəbhədəki vəziyyətlə bağlı məlumatlandırılıb 29 Sentyabr 2020, 23:38 Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq” 29 Sentyabr 2020, 23:26 Prezidentdən suriyalı muzdlularla bağlı iddialara CAVAB 29 Sentyabr 2020, 23:22 “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan” - İlham Əliyev 29 Sentyabr 2020, 23:21 Ermənistan ordusunun mövqeləri darmadağın EDİLDİ 29 Sentyabr 2020, 23:13 Ölkəmizdəki xarici hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırılıb 29 Sentyabr 2020, 23:09 Erməni hərbçi belə yalvardı  - VİDEO 29 Sentyabr 2020, 22:59 Qətərin Əmiri İlham Əliyevə telefonla zəng edib 29 Sentyabr 2020, 22:26 “Röyters” ermənilərin yalanını ifşa etdi 29 Sentyabr 2020, 22:24 İlham Əliyev: “Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” 29 Sentyabr 2020, 22:19 Xocalıda qətliam törədən “Arabo” batalyonunun komandiri Qarabağa GƏLİR 29 Sentyabr 2020, 22:17 Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı PAYLAŞIM 29 Sentyabr 2020, 22:05 Litva Dağlıq Qarabağdakı gərginlikdən narahatdır 29 Sentyabr 2020, 21:51 Ermənilər Zobucuq qəsəbəsindəki xəstəxananı atəşə tutdu 29 Sentyabr 2020, 21:40 Baş Prokurorluqdan Rusiyaya müraciət: 20 minədək erməninin Qarabağa göndərilməsi... 29 Sentyabr 2020, 21:32 BMT Təhlükəsizlik Şurası 27 il sonra Qarabağ üçün TOPLAŞIR – 15 ÜZV ÖLKƏ 29 Sentyabr 2020, 21:21 Ədliyyə işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürdü 29 Sentyabr 2020, 21:13 Fuad Oktay Əli Əsədova zəng etdi 29 Sentyabr 2020, 21:07 Teledərslərin sentyabrın 30-u üçün cədvəli müəyyənləşib - FOTO 29 Sentyabr 2020, 20:57 Putin Paşinyanla DANIŞDI: “Qarabağda döyüşlərin davam etməsindən narahatıq” 29 Sentyabr 2020, 20:56 “Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza 29 Sentyabr 2020, 20:53 Bakıda növbəti polis reydi keçirilib 29 Sentyabr 2020, 20:41 “Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Ömər Çelik 29 Sentyabr 2020, 20:30 Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! - Mehriban Əliyeva 29 Sentyabr 2020, 20:23 Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub 29 Sentyabr 2020, 20:13 Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşüb 29 Sentyabr 2020, 20:00 İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu 29 Sentyabr 2020, 19:50 Müdafiə Nazirliyi Ermənistanın məhv edilən yüksək rütbəli zabitlərin adlarını AÇIQLADI 29 Sentyabr 2020, 19:30