Modern.az

Ermənistanda hindistanlı terrorçular saxlanıldı

Ermənistanda hindistanlı terrorçular saxlanıldı

22 Avqust 2019, 12:10

Ermənistan Milli Təhlükəsizlik Xidməti terror aktları planlaşdıran 2 Hindistan vətəndaşını saxlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Hindistanda terrorizm, qətl və s. cinayətlərdə ittiham olunurlar.

Onlardan biri avqustun 8-də İstanbul-Yerevan reysi ilə gələn zaman Zvartnots aeroportunda, digəri isə Ermənistan-Gürcüstan sərhədində yerləşən Baqrataşen gömrük-keçid mərhələsində saxlanılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı