Modern.az

ABŞ Türkiyəni “Barış çeşməsi”nə görə cəzalandırır? - Konqres “erməni soyqırımı”nı tanıdı

ABŞ Türkiyəni “Barış çeşməsi”nə görə cəzalandırır? - Konqres “erməni soyqırımı”nı tanıdı

Analitika

30 Oktyabr 2019, 11:23

Ötən gecə ABŞ Nümayəndələr Palatası 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələri “erməni soyqırımı” kimi tanımlayan qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, Nümayəndələr Palatasının 405 üzvü qətnamənin lehinə, 11-i əlehinə və 3-ü isə bitərəf mövqe bildirib.

 

Konqresin aşağı palatasının “erməni soyqırımı”nı tanıması barədə qətnaməsi Senat və ölkə prezidentinin təsdiqini tələb etməyəcək.

Sənədin qəbulunda xüsusilə Demokratlar partiyasından olan konqresmenlərin aktivliyi qeyd olunmalıdır. Belə ki, N296 saylı qətnamə (erməni soyqırım) demokrat Adam Şif tərəfindən hazırlanıb. Sənəd hələ aprelin 8-də Palatanın gündəliyinə salınmışdı. Aprelin 9-da isə analoji sənəd demokrat senator Robert Menendes tərəfindən Senatın gündəliyinə salınıb.

 

Qətnamənin gündəliyə salınmasından 7 ay sonra qəbulu bu məsələdə Türkiyədən “Barış çeşməsi” əmələiiyatına görə narazı qalan konqresmenlərin tarixi hadisəyə deyil, siyasi maraqlara üstünlük vermələrini aydın müşahidə etmək olar.

Sənədin müəllifi, ermənipərəst mövqeyi ilə tanınan Adam Şif eyni zamanda Nümayəndələr Palatasinin Kəşfiyyat Komitəsinin sədridir. Prezident Trampın impiçmenti ilə bağlı məsələnin gündəmə gəlməsində də o xüsusi aktivliyi ilə seçilirdi. Bu aktivliyinə görə Tramp onu “fırıldaqçı” adlandırmışdı.

 

Ümumilikdə, qətnamənin qəbul olunmasında demokratların aktivliyi həddən çox yüksək olub.

“Bu sənəd Türkiyəyə qarşı deyil, Osmanlı imperiyasında baş verən tarixi hadisəyə reaksiyadır”-deyə Nümayəndələr Palatasındakı Demokratik çoxluğun rəhbəri Sten Hoyer açıqlama vermişdi.

 

Amma bundan sonra verdiyi digər açıqlamada Hoyer də sənədin qəbulunun Türkiyənin Suriyada keçirdiyi “Barış çeşməsi” əməliyyatı ilə bağlılığına işarə edirdi.

“Qətnamə bizim erməni bacı və qardaşlarımıza,  kürd bacı və qardaşlarımıza ABŞ-ın onları tək qoymayacaqları ilə bağlı siqnaldır”-deyə konqresmen deyib. Maraqlıdır ki, Respublikaçı konqresmenlərin də əksəriyyəti qətnaməni dəstəkləsələr də, sənədin əlehinə səs verən  11 konqresmenin hamısı bu partiyanın üzvüdür.

 

Sənədin qəbulu Türkiyə ilə ABŞ arasında onsuz da hamar olmayan münasibətlərin pisləşməsinə xidmət edəcək.

Ankara ilə gərginliyə getmək istəməyən prezident Tramp belə Nümayəndələr Palatasının qərarına qarşı heç bir addım ata bilməyəcək. Bununla belə, Konqresin üst palatası sayılan Senatda səsvermə keçiriləcəyi halda, Respublikaçıların çoxluq təşkil etdiyini nəzərə alanda “erməni soyqrımı” ilə bağlı qətnamənin qəb ul olunmaması ehtimalı yüksəskdir.

Xatırladaq ki, “erməni soiyqırımı” ABŞ-ın 49 ştatı tərəfindən rəsmən tanınır. Yalnız Missisipi ştatı bu barədə qətnaməni qəbul etməyib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir