Arxiv
20 Noyabr 2019, 12:29 | HADİSƏ
8-ci km bazarında əhaliyə iyrənc ət satılırmış - Agentlik reyd keçirib - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.

Modern.az xəbər verir ki, Agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb.


Məlum olub ki, ümumi çəkisi 226 kiloqram mənşəyi məlum olmayan, sümükdən ayrılmış ət və ət məhsulları tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalarda qablaşdırılaraq Cəlilabad rayon sakini Həsənov Rövşən Yunus oğlu tərəfindən həmin rayondan tədarük edilir. Araşdırma zamanı bəlli olub ki, orqanoleptik göstəricilərinə görə, istehlaka yararsız olan ət və ət məhsulları 15-BP-575 dövlət nömrə qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil vasitəsilə bazarda fəaliyyət göstərən “Bolluq” marketə gətirilərək satılır.


Eyni zamanda həmin ünvanda fəaliyyət göstərən “Vüsal” marketə məxsus “Samrac 1001 xırdavat” adı altında pərdələnmiş anbarda Beyləqan rayon sakini Cəfərov Rəvan Faiq oğluna məxsus mənşəyi məlum olmayan, sümükdən ayrılaraq tullantılar üçün nəzərdə tutulmuş polietilen torbalara qablaşdırılmış orqanoleptik göstəricilərinə görə istehlaka yararsız olan, satış məqsədli, ümumi çəkisi 153 kiloqram ət aşkarlanıb. Həmin ətlərin qiymə halına salınaraq, 5 manat 50 qəpiyə satıldığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək, laborator analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Ət məhsulları isə dövriyyədən çıxarılıb. Faktla bağlı araşdırmalar davam edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hicaran Hüseynova seçiciləri ilə görüşdü 26 Yanvar 2020, 10:24 Yelena Eyvazlı namizədliyini geri götürüb?! 26 Yanvar 2020, 10:20 Gülməyin, musiqiyə qulaq asmayın: Məscidin, qəbiristanlığın yanından keçəndə niyə belə edirik... 26 Yanvar 2020, 09:55 Yenə atəşkəs pozuldu: 23 dəfə  26 Yanvar 2020, 09:40 Azərbaycan karateçiləri ilin mükafatı ilə təltif olunublar – PARİSDƏ 26 Yanvar 2020, 09:34 Türkiyədə zəlzələ qurbanlarının sayı 31 nəfərə çatıb 26 Yanvar 2020, 09:17 Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilir 26 Yanvar 2020, 09:14 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 09:00 Ermənistanda silahlı insident 26 Yanvar 2020, 00:47 Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə olunur - RƏSMİ 26 Yanvar 2020, 00:31 Uğursuz Daşaltı əməliyyatından 28 il ötür 26 Yanvar 2020, 00:12 Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşıladı - FOTO, VİDEO 25 Yanvar 2020, 23:57 Vüqar Bayramov Qəhrəmanlar parkında Horadiz sakinləri ilə görüşdü - FOTO 25 Yanvar 2020, 23:39 Türkiyədə yenə zəlzələ oldu 25 Yanvar 2020, 23:18 Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO 25 Yanvar 2020, 22:36 Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO 25 Yanvar 2020, 22:29 Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var 25 Yanvar 2020, 22:11 Cavanşir Paşazadənin seçicilərlə izdihamlı görüşü - FOTOLAR 25 Yanvar 2020, 21:53 Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ 25 Yanvar 2020, 21:34 Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31
SORĞU Yeni parlamentdə kimlər olsun?