Modern.az

Prezidentin səs verdiyi dairədən qalib olan Nigar Arpadarai: “Böyük planlarım var”

Prezidentin səs verdiyi dairədən qalib olan Nigar Arpadarai: “Böyük planlarım var”

Parlament

10 Fevral 2020, 15:07

Mərkəzi Seçki Komissiyası 29 saylı Səbail Seçki Dairəsindən Nigar Arpadaraini 42.3 % səs çoxluğu ilə qalib elan edib.

 

İlk təəssüratlarını Modern.az-la bölüşən Nigar Arpadarai çox böyük planlarının olduğunu bildirib:

“Seçki kampaniyası boyunca mənimlə görüşən, dərdini bölüşən hər kəsə öz təşəkkürümü bildirirəm.

Təbliğat-təşviqat prosesi ərzində mən yüzlərlə ailə ilə tanış oldum, qapı-qapı dolaşıb seçilərimlə tanış oldum. Maksimum çalışdım ki, Səbailin bütün məhlələrində olum, insanlarla yaxından ünsiyyət saxlayım.

 

İnsanlarla yaxından ünsiyyətimin olması mənim üçün böyük şərəf idi, çünki elə platformamı da bunun üzərində qurmuşdum.

Kim ki, bu soyuq havada gəldi və mənən səs verdi, hamısına öz minnətdarlığımı bildirirəm. Bütün gücümlə xalqıma, Səbail camaatına xidmət etmək niyyətindəyəm. Çox böyük planlarım var var, çox böyük həvəslə də xalqıma xidmət edəcəm”.

 

Qeyd edək ki, Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəridir.  Prezident İham Əliyev 9 fevral seçkilərində ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səs vermişdi. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı