Modern.az

Təhsil naziri məktəb direktoruna tapşırıq verdi - Zənginləşdirin

Təhsil naziri məktəb direktoruna tapşırıq verdi - Zənginləşdirin

Təhsil

21 Fevral 2020, 12:35

Təhsil naziri Ceyhun Bayramov Hacıqabul şəhər 10 nömrəli Texniki-Təbiət Fənlər Təmayüllü məktəb-liseydə olub. 

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil müəssisəsinin ümumi şəraiti, dərs otaqları, kitabxanası, idman və akt zalı ilə tanış olub, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb.

 

Daha sonra nazir məktəb-liseyin 5-ci sinfində tarix və alman dili dərslərinin tədrisi prosesini izləyib. 

 

Nazir şagidlərə elektron resurslardan daha fəal istifadəni tövsiyə edib, həmçinin təhsil ocağının rəhbərliyinə məktəb kitabxanasının zənginləşdirilməsinə dair tapşırıq verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə