Modern.az

Kolleclərə sənəd qəbulun vaxtı uzadıldı

Kolleclərə sənəd qəbulun vaxtı uzadıldı

Təhsil

11 Mart 2020, 19:09

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu vaxtı uzadılıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, sənəd qəbulunun vaxtı 12 mart saat 11:00-a qədər uzadılıb.

 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

 

Hazırki məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 18739-dur “Azərbaycan bölməsi üzrə 18169, rus bölməsi - 570”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır