Modern.az

1 milyarda yaxın insan virus səbəbilə evdən çıxmır

1 milyarda yaxın insan virus səbəbilə evdən çıxmır

Dünya

22 Mart 2020, 12:05

Dünya boyu bir milyarda yaxın insan şənbə günü evlərindən bayıra çıxmayıb. Koronavirusdan ölənlərin sayı 11.000-i keçib. Bəzi ABŞ ştatları da Avropa boyu tətbiq olunan karantin tədbirlərini görməyə başlayıb.

 

Pandemiya insanların həyatlarını dəyişib, hərəkətlrini məhdudlaşdırıb, məkətblərin bağlanmasına, milyonalar isnanın evdən işləməsinə səbəb olub.

 

Prezident Donald Tramp Birləşmiş Ştatlar virusa qarşı müharibədə “ qalib gəldiyini" təkid etsə də, individual ştatlar məhdudiyyətləti artırıb, Nyu York və İllinoyts ştatı da Kaliforniya ştatı kimi sakinləri evdən bayıra çıxmamalarına dair göstəriş verib.

 

Dünya boyu ölüm halları 11.000-i keçib, onların 4.000-i İtaliyada qeydə alınıb. Orada son bir həftədə ölənlərin sayı sürətlə artıb.

 

Hazırda dünyanın 35 ölkəsində təxminən 900 milyon insan evlərində ilişib qalıb. Onların 600 milyonunu hökümətləri tərəfindən məcburi karantinə alınıb.

 

Virusun ən pis təsirinə məruz qalanlar yaşlılar və xəstəlikləri olan insanlar olsa da, Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, virus gənclər üçün də təhlükəli ola bilər.

 

“Bu gün mənin mesajım gənclərədir: siz yenilməz deyilsiniz. Siz bu virus səbəbilə həftələrlə xəstəxanada qala hətta ölə bilərsiniz,” Ümumdünya Səhiyyə Təşkilatının sədri Adhanom Ghebreyesus bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü