Arxiv
30 mart 2020, 13:44 | ANALİTİKA
Dəyişən dünyada SANKSİYALAR…

Modern.az saytı “Atlas” Araşdırmalar Mərkəzinin analizini təqdim edir.

BMT baş katibi Amerika Birləşmiş Ştatlarına müraciət edərək müxtəlif dövlətlərə qarşı sanksiya rejimini dayandırmağa çağırıb. Çünki dünyada təhlükəli koronavirus tüğyan edir və sanksiyalarla üzləşən bir neçə dövlət qadağalar səbəbindən insanlarını xilas etməkdə çətinlik çəkirlər. ABŞ hazırda bir neçə dövlətə qarşı, o cümlədən Kuba, Venesuella, Şimali Koreya, Rusiya və İrana qarşı sanskyalar tətbiq edir.

Kubada səhiyyə yüksək səviyyədədir. Digər tərəfdən koronavirus Kubada hələ ki, geniş yayılmayıb. Venesuella da ağır iqtisadi durumdadır. Amerika Venesuellaya qarşı sanksiyalar tətbiq edir və bu ölkənin prezidenti Nikolas Maduronu axtarışa verib. Hələ ki, Venesuellada virus geniş yayılmayıb. Ancaq əgər virus Venesuellaya yol taparsa, bu ölkə indikindən daha ağır vəziyyətə sürüklənəcək. Şimali Koreya qapalı ölkədir və burada virus barədə səhih məlumat yoxdur. Ancaq müxtəlif mənbələrdən gələn məlumatlara görə, Şimali Koreya da beynəlxalq aləmdən kömək gözləyir. Sanksiyalar Rusiyanın səhiyyəsinə təsir etməyib. Buna görə də Rusiya mövcud sanskiya rejimində də virusla mübarizəni aparmağa qadirdir. Ən mürəkkəb vəziyyət İrandadır.

İran dünyanın aparıcı neft ölkələrindən biri sayılsa da, hazırda iki böyük çətinliklə üzləşib. Birincisi, neftin qiyməti xeyli aşağı düşüb və ölkənin gəliri azalıb. İkincisi, İran Amerikanın sanksiyalarına görə ucuzlaşmış neftini də satmaq üçün bazarlar tapmaqda çətinlik çəkir. Bunların üstünə İranda koronavirusun geniş yayılmasını da əlavə etsək, qonşu dövlətin hansı ağır durumla üzləşdiyi bəlli olar.

Çindən sonra virus İranı vurdu. Virusun İranda yayılmasının mənbəyi Qum şəhəri oldu. Tehranın səhvi virus yayılan günlərdə Qum şəhərini karantin altına almaması idi. Rəsmi Tehran bununla bağlı Ankaranın çağırışını qulaqardına vurdu. Halbuki, Türkiyənin səhiyyə naziri iranlı həmkarı ilə telefon danışığında Qum şəhərini vaxt itirmədən karantin altına alınmasını rica etmişdi. Tehran nəinki Qumu karantin altına almadı, İranda geniş qeyd edilən Novruz bayramı günlərində milyonlarla insanın bayramlaşmasına və ölkə ərazisində daxili yerdəyişmələrinin qarşısını almadı. Bunun nəticəsidir ki, hər gün İranda yüzlərlə insan həlak olur.

Tehran vəziyyətin nəzarədən çıxdığını anladıqdan sonra karantin tədbirlərini ciddiləşdirdi. Ancaq hələ ki, virusun miqyasını azaltmaq müvəffəq olmayıb. Eyni səhvi İtaliya da etdi. İtaliya da ilk günlər virusun yayılmasına diqqət etmədi və nəticədə bu gün koronavirusdan ölən ən çox insan İtaliyada qeydə alınıb. Ancaq İrandan fərqli olaraq İtaliyaya qarşı hər hansı dövlət sanksiya tətbiq etmir və Roma virusla mübarizədə müxtəlif dövlətlərin maddi və tibbi dəstəyinə ümid edə bilər. Eyni səzləri İran haqqında demək mümkün deyil.

İran rəsmiləri açıq etiraf edirlər ki, Amerikanın sanksiyalarına görə aşağıdakılardan məhrumdurlar:

Birincisi, sanksiyalara görə İran koronavirusla mübarizədə gərəkən maliyyəyə malik deyil. Amerika İranın öz mallarını ixrac etmə imkanlarını məhdudlaşdırıb. ABŞ sanksiyalarına görə İrana yatırım edən ölkələrin və şirkətlərin sayı xeyli azdır. Bu səbəbdən İran iqtisadiyyatı tənəzzül içərisindədir.

İkincisi, ABŞ sanksiyaları İrana gərəkli dərman və tibbi ləvazimatlar almağa mane olur. Məsələ burasındadır ki, Amerika sanksiyaları İranın bank sektorunu iflic edib. Bank sektoru başqa ölkələrə pul köçürə bilmirsə, xarici ölkələrdən dərman və tibbi avadanlıqlar almaq mümkün deyil. ABŞ sanksiyalarından çəkinən Avropanın aparıcı dərman və tibbi avadanlıqlar istehsal edən şirkətləri İrana öz məhsullarını satmaqdan ehtiyat edirlər.

Belə vəziyyətdə ABŞ sanksiayalarının müvəqqəti dayandırılmasına – moratoriuma ciddi ehtiyac var. Onzus da İranın bu gün nüvə texnologiyası ilə məşğul olmağa nə həvəsi, nə də maliyyəsi var. Amerikanı İranın siyasəti ilə bağlı başqa məsələ də narahat edir. İran bölgədəki müxtəlif silahlı qruplara maliyyə və hərbi dəstək verir. Bu gün Tehran üçün əsas məsələ öz vətəndaşlarını gözə görünməz düşməndən qorumaqdır. Ona görə də əgər Tehran ətrafdakı silahlı qruplara dəstəyi dayandıracağına dair beynəlxalq aləmə ciddi siqnal göndərsə, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci arqumenti də zəifləmiş olacaq.

Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiayaların virus təhlükəsi ortadan qaldırılana qədər dayandırılması zəruridir. Vaşinqtonun virus təhlükəsi ortadan qaldırıldıqdan sonra sanskiya rejiminə yenidən qayıtması aktuallaşa bilər. Halbuki, virus bəşəriyyətə və bir-biri ilə mübarizə aparan dövlətlərə sübut etdi ki, dünyada müharibələrdən, silahlı qruplara dəstəkdən və nüvə çalışmalarından daha vacib mövzu – dünyanı və insanlığı gözəgörünməz düşməndən xilas etmək üçün əməkdaşlığa və yardımlaşmaya ehtiyac var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnsanları işə düzlətmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:19 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16 Qubadlını azad edən hərbçilərə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 12:10
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?