Arxiv
20 Aprel 2020, 22:29 | MÜSAHİBƏ
Qatillərin daha çox əziyyət çəkdiyi qəribə “soyqırımı” - MÜSAHİBƏ

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regiondakı  sülhə və təhlükəsizliyə ciddi təhdiddir.

 

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada səfiri Eldar Həsənovun Serbiyanın məşhur "Politika" qəzetinə müsahibə verib. Modern.az həmin müsahibəni oxuculara təqdim edir.
 

- Eldar müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə məlumat verə bilərsinizmi?

- İlk öncə qeyd etmək istərdim ki, Dağlıq Qarabağ bölgəsi tarix boyu hər zaman Azərbaycanın ərazisi, ayrılmaz hissəsi olub. “Карабах” adının özü Azərbaycan sözü olmaqla,  "Qara bağ" kimi hərfi tərcümə olunur. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, “sazişin mətni internetdən əldə etmək mümkündür”, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da, həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik Respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin, tarixi faktdır. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdi. Beləliklə, bu, tarixdir. Sonralar, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı indiki Ermənistan ərazisindən zorla qovuldu. Daha sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. 1992-ci ilin fevral ayında Ermənistan Silahlı Qüvvələri insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri hesab olunan Xocalı soyqırımını törətdi. Xocalıda soyqırımı nəticəsində aralarında 106 qadın, 70 qoca, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü.

1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımaqla 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edərək, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pislədi, bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasını tələb etdi. Hazırda Serbiya da daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı qurumu qeyri-qanuni hesab edir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regiondakı  sülhə və təhlükəsizliyə ciddi təhdiddir, habelə gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir. Ermənistanın silahlı təxribatı və təhrikləri nəticəsində baş verən 2016-cı ilin aprel hadisələri buna bariz nümunədir.

 

- Ermənistanın Serbiyadakı səfirinin son müsahibəsində danışılan erməni soyqırımı haqqında nə deyə bilərsiniz?

- Məlumdur ki, o dövrün hadisələrini təsvir edən məşhur tədqiqatçı, alim Castin Makkarti "Ermənilər Osmanlı İmperiyasında və müasir Türkiyədə (1912-1926) adlı kitabında yazırdı: “Həlak olan erməniləri nəzərdən keçirəndə ölən müsəlmanları da nəzərdən keçirməlisiniz. Statistika göstərir ki, ölən ermənilərlə birlikdə əksəriyyəti türk olan 2,5 milyon Anadolu müsəlmanı da həlak olmuşdur”. Bununla, müəllif nəticə çıxarır: "Əgər bu, soyqırımıdırsa, ən azından qatillərin qurbanlardan daha çox həlak olduğu qəribə soyqırımıdır".

 

 

- Sizcə, niyə Ermənistan Kosovonun müstəqilliyini tanımayıb, burada bir incəlik varmı?

- Ermənistanın Kosovo və Metohiya ilə bağlı siyasəti çox açıqdır. Nəzərinizə çatdıraq ki, erməni tərəfinin son illərdə Kosovo "hakimiyyəti" ilə əlaqələri daha yüksək səviyyəyə qalxmışdır. Buna, 2018-ci ildə Ermənistanın Müdafiə naziri David Tonoyanın Kosovo və Metohiyaya səfərini və eyni ildə Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Kosovonun “baş nazirinin müavini, “Xarici İşlər Nazirliyinin" rəhbəri Behcet Patsolli ilə Nyu-Yorkdakı görüşünü misal gətirmək olar. Hətta iki il əvvəl rəsmi Yerevan Kosovonun “prezidenti” və “xarici işlər naziri”ni də öz ölkəsində qəbul etdi. İnternet resursları bu görüşlərin fotoları ilə doludur. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı qurumu qanuniləşdirmək və bundan sonra Azərbaycanın bu ərazilərini ilhaq etmək cəhdlərindən əl çəkmir. Bu baxımdan, erməni tərəfi zamanla Kosovo və Metohiya münaqişəsinə istinad edir. Ermənistan rəhbərliyi Kosova və Metohiyanı başqa bir dövlətin ərazisini zəbt etmək üçün yaxşı bir presedent kimi görür. Eyni mövzuda ermənilər məqalə və kitab da yazırlar. Bu mənada, Serj Sarkisyanın Ermənistan prezidenti olan dövründə Rusiyanın "Kommersant" qəzetinə verdiyi müsahibədə, Kosovo və Metohiyanın Serbiyadan qanunsuz olaraq ayrılması sevincini gizlətməməsi mövqeyinə təəccüb etmək lazım deyil. Belə ki, jurnalistin S.Sarkisyana “bu halda niyə Ermənistan Kosova ilə bağlı qəti mövqeyini bildirmir sualına”, keçmiş erməni prezident Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müttəfiqi tərəfindən icazənin verilmədiyini etiraf etmək məcburiyyətində qalmışdır. Buna görə, Kosovo və Metohiya, həmçinin, Ermənistan-Serbiya dostluğundan bəhs edən erməni diplomatlar hər hansı mövzu ətrafında boşboğazlıq edə bilər, lakin bu bölgəni Serbiyanın tərkib hissəsi hesab etdiklərini və Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini heç zaman söyləmirlər.

 

- Bu yaxınlarda Dağlıq Qarabağda “parlament və prezident seçkiləri”nin keçirildiyini öyrəndik. Bu barədə hansı fikirlərinizi bölüşə bilərsiniz?

- Xüsusilə qeyd etmək lazımdır ki, dünya koronavirus pandemiyası ilə mübarizə apararkən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində "seçkilər" adlı şou keçirdi. Lakin onlar bu dəfə də siyasi iflas yaşadılar. Bunun səbəblərdən biri kimi qondarma "seçkilər"in heç bir dövlət tərəfindən tanınmaması və tanınmayacığıdır. Biz illərdir bunun şahidi oluruq. Əksər dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər"ə münasibət bildiriblər. Bu dövlətlər və təşkilatlar, o cümlədən. Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT Parlament Assambleyası, Qoşulmama Hərəkatı, GUAM və digərləri "seçkilər"in qanunsuz və qeyri-legitim olduğunu elan ediblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda daha bir İNTİHAR - Gənc oğlan özünü öldürdü 26 Yanvar 2021, 14:57 Çingiz Qənizadə polis əməkdaşları haqqında çəkilən videoya bir daha aydınlıq gətirdi 26 Yanvar 2021, 14:44 UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib 26 Yanvar 2021, 14:38 Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   26 Yanvar 2021, 14:33 İlham Əliyev fransalı dövlət katibini qəbul edib 26 Yanvar 2021, 14:28 "Azərbaycanda internet azaddır" - İlham Əliyev 26 Yanvar 2021, 14:22 İlham Əliyev azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağını AÇIQLADI 26 Yanvar 2021, 14:16 Prezident işdən çıxardığı nazirdən DANIŞDI 26 Yanvar 2021, 14:10 Prezident yeni naziri qəbul etdi - “Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız” 26 Yanvar 2021, 14:04 Şamaxıda püskürən vulkanın səbəbi açıqlandı 26 Yanvar 2021, 13:58 Pensiyaçılara şad xəbər - artımlar bu tarixdən veriləcək 26 Yanvar 2021, 13:52 Yeni rabitə naziri kimdir? - DOSYE 26 Yanvar 2021, 13:46 Lavrov-Zərif görüşü başladı – Qarabağ müzakirə olunur 26 Yanvar 2021, 13:40 Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq - Deputat   26 Yanvar 2021, 13:37 Ərdoğan türk hərbçilərin Azərbaycanda fəaliyyətini müzakirə edəcək 26 Yanvar 2021, 13:32 Baxçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - FOTO 26 Yanvar 2021, 13:26 Naxçıvana reyslərin sayı həftədə 3 dəfəyə qaldırıldı 26 Yanvar 2021, 13:22 İlham Əliyev “Azərkosmos”un sədrini vəzifəsindən azad etdi 26 Yanvar 2021, 13:20 Xırdalandakı partlayışla bağlı cinayət işi AÇILDI 26 Yanvar 2021, 13:19 Dollar bu il 10-15% devalvasiyaya uğraya bilər – PROQNOZ 26 Yanvar 2021, 13:16 Rəşad Nəbiyev nazir təyin edildi - SƏRƏNCAM 26 Yanvar 2021, 13:10 Nazir Ramin Quluzadə işdən çıxarıldı 26 Yanvar 2021, 13:05 Sabah hava necə olacaq? 26 Yanvar 2021, 13:00 Sergey Prixodko vəfat etdi 26 Yanvar 2021, 12:56 Ermənistan parlamenti bu gün buraxıla bilər – Təcili İCLAS 26 Yanvar 2021, 12:50 Bu gün Dünya Ekoloji Təhsil Günüdür 26 Yanvar 2021, 12:45 Övladlarını məktəbə göndərməyən valideyinlər sənəd imzaladılar 26 Yanvar 2021, 12:40 SOCAR-ın adından istifadə edən dələduzlar kimlərdi… 26 Yanvar 2021, 12:34 Polis 36 nəfəri saxlayıb 26 Yanvar 2021, 12:28 Bakıda məhkum öldü 26 Yanvar 2021, 12:22 Azərbaycan 1200 erməni hərbçinin cəsədini qaytarıb - Prezidentin köməkçisi 26 Yanvar 2021, 12:16 Bu rayonlarda 2200 hektardan çox ərazi minalardan təmizlənib 26 Yanvar 2021, 12:10 Rusiya səfiri Koçaryan və Sarkisyanla danışıqlar aparacaq 26 Yanvar 2021, 12:04 Əsgərə məktub 26 Yanvar 2021, 12:00 Kənd təsərrüfatı və turizm - Qarabağ üçün prioritet sektorlar 26 Yanvar 2021, 11:54