Modern.az

Sahibə Qafarova növbədənkənar sessiya barədə SƏRƏNCAM imzaladı

Sahibə Qafarova növbədənkənar sessiya barədə SƏRƏNCAM imzaladı

31 İyul 2020, 17:00

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  məlumat verilib.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il avqustun 4-dən etibarən Milli Məclisin növbədənkənar sessiyası çağırılır.


Qeyd edək ki, üç gün davam edəcək sessiyada 6 məsələyə baxılacağı gözlənilir. Bunlardan ən əsası "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir