Arxiv
19 İyun 2012, 12:36 | MÜSAHİBƏ
Deputat: “Milli Məclisdə öz qanun layihəmlə çıxış etmişəm” - MÜSAHİBƏ

Leyla Abdullayeva “Hakimiyyətin 48 qanunu” ilə tanış olub

Milli Məclisin üzvü, 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Leyla  Abdullayevanın Modern.az-a  müsahibəsi

Dosye:  Naxçıvanda hərbçi ailəsində anadan olub. Orta məktəbi Sumqayıtda bitirib.  Orta təhsil aldıqdan sonra M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstituna (İndiki Bakı Slavyan Universiteti) daxil olub. Ali təhsili başa vurduqdan sonra Sumqayıtda bitirdiyi məktəbdə rus dili müəllimi işləyib. 2003-cü ildə ikinci ixtisasa – Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib. 2005-ci ildə Sumqayıt şəhər 18 nömrəli məktəbə direktor təyin olunub. 2009-cu ildə Prezident sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 2010-cu ildə rəhbərlik etdiyi məktəb İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Elə həmin ildə parlament seçkilərinə qatılaraq IV çağırış Milli Məclisə deputat seçilib.

 – Heç əvvəllər düşünmüşdünüz ki, nə vaxtsa deputat ola bilərsiniz?

– Bilirsiniz, həyatın gedişatını, taleyin işini bilmək olmaz. Əlbəttə, mən
də vətənini, millətini və dövlətini sevən, qiymətləndirən hər bir insan kimi qarşıma böyük məqsədlər qoymuşam, çalışdığım sahədə uğurlara nail olmaq istəmişəm. Böyüdüyüm ailədə də belə tərbiyə görmüşəm. Atam uzun illər Sumqayıtda dövlət
vəzifələrində işləyib, Yuyucu Tozlar zavodunun qurucusu və ilk
direktoru, şəhər sovetinin deputatı olub. Ailədə aldığım tərbiyə və bu tərbiyədən irəli gələn məsuliyyət hissi məni öz üzərimdə daim işləməyə, yüksək nəticələr əldə etməyə sövq etmişdir. Deputat seçilənə qədər artıq prezident İlham Əliyev tərəfindən “Tərəqqi medalı” ilə təltif olunmuşdum. Rəhbərlik etdiyim məktəb prezident sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdu. Şəhərin ictimai həyatında fəal iştirak etmişəm, bu baxımdan deputat seçilməyim, gələcəkdə xalqıma daha yaxından xidmət etməyim üçün bir stimul oldu.

Necə oldu ki, seçkilərə qatıldınız? Bu qərar partiyadan gəldi, yoxsa özünüzdən?

– Bu təklif üzvü olduğum YAP tərəfindən irəli sürüldü. Təbii ki, bu mənim üçün böyük
şərəf və məsuliyyət idi. Mən də məmnuniyyətlə bu təklifi qəbul etdim. Bugünkü fəaliyyətimdə də bu etimadı doğrultmağa çalışıram.

– Deputat seçiləndən sonra məktəbdə direktorluq vəzifəsindən çıxmısınız, ya vəzifənizdə qalırsınız? Əgər qalırsınızsa, onda iki vəzifəni bir arada yerinə yetirmək çətin deyil ki?

–Konstitusiya Milli Məclisin üzvlərinə deputatlıqla yanaşı, elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa imkan verir. Bu baxımdan məktəb direktoru fəaliyyətimi davam etdirirəm. Hesab etmirəm ki, bu o qədər də çətin işdir. Deputatlar arasında rektorlar da, şirkət prezidentləri də var. Bu baxımdan 2 vəzifəni yerinə yetirmək heç də çətin sayıla bilməz.

 – Hansı iş Leyla Abdullayevanın xarakterinə daha yaxındır? Niyə?

– Əlbəttə, hər şeydən əvvəl mən müəlliməm. Ulu Öndərin sözləri ilə desək, müəllim peşəsindən daha böyük ad yoxdur. Lakin deputatlıq da böyük bir şərəfdir, məsuliyyətdir, etimaddır. Hər 2 vəzifəni layiqincə yerinə yetirməyə çalışıram.

– Artıq 2 ilə yaxındır ki, deputat mandatı daşıyırsınız. Sumqayıtlılarla bağlı gördüyünüz hansı  mühüm işləri saya bilərsiniz?

– Bilirsiniz ki, parlamentin əsas vəzifəsi qanunvericilik hakimiyyətini həyata keçirməkdir. Mən də, o cümlədən, Sumqayıtla bağlı olan məsələlərin həll olunmasında aktivlik göstərməyə çalışıram. Məsələn, dövlət büdcəsinin qəbulu zamanı çıxışlarımı qeyd edə bilərəm. Bu gün Sumqayıta dövlət tərəfindən böyük maliyyə ayrılır. Qəbul edilən qanunlar həm də Sumqayıtda gedən inkişafı əks etdirir. Bir sözlə, deputatın səlahiyyətləri çərçivəsində öhdəmə düşən sumqayıtlı millət vəkili olaraq vəzifələrimi yerinə yetirirəm.

– Seçiciləriniz əsasən hansı məsələlərlə bağlı sizə müraciət edir? Məsələn, maddi yardım da istəyən olurmu?

– Seçici müraciətlərinin məzmunu müxtəlif olur. Sosial, iqtisadi, hüquqi yardım və s. Maddi yardım istəyənlər də olur. Lakin bunun deputat səlahiyyətlərinə aid olmadığını onlara izah edirik.  

– Yəqin ki, işlə bağlı müraciətlər daha çoxdur...

– Bəli, olur. Deməzdim çoxdur, amma olur. Sumqayıtda mini-əmək yarmarkası da keçirmişik.

– Seçici problemlərini həll etmək çoxmu çətinlik yaradır?

– Səlahiyyətlərim daxilində bütün imkanlardan istifadə edirəm. Deputat sorğusu göndərirəm, özüm şifahi müraciət edirəm, telefon edirəm. Bütün müraciətlər tərəfimdən qeydiyyata götürülür, axıradək məsələlərin nəylə yekunlaşacağını izləyirəm.

– Bəzi deputatlar seçicilərin problemlərinin həllinə bir sıra məmurların maneçilik törətdiyini deyirlər. Bəs siz necə, belə problemlə üzləşmisinizmi?

– Yox, elə ciddi bir hal olmayıb. Əgər müraciət əsaslıdırsa, qanunauyğundursa,onun həlli də asan olur.

– Sumqayıt şəhərinin icra başçısının fəaliyyətini necə qiymətləndirisiniz?

– Müsbət qiymətləndirirəm. Sumqayıtda böyük işlər görülür. Eldar müəllim Sumqayıtda xeyli iş görüb.

– Özünüzu aktiv deputatlar sırasında görürsünüzmü?

– Niyə də yox. Amma yəqin ki, bunu  mən deyə bilmərəm, başqaları deməlidir. Seçicilər, mətbuat, ictimaiyyət.

– Xanım deputatların bəziləri şikayətlənir ki, kişi deputatlar istər qanun yaradıcılığında, istərsə də qərarların qəbulunda onlara imkan yaratmırlar. Siz necə düşünürsünüz?

– Mən bu cür bölgü ilə razı deyiləm. Hər bir deputatın hüquq və vəzifələri eynidir. Yaşından, cinsindən, mövqeyindən asılı olmayaraq. Hər halda, mən belə bir halla rastlaşmamışam.

– Deputatın əsas funksiyalarından biri qanun yaradıcılığı prosesində iştirak etməkdir. Sizin qanun layihəsi hazırlayıb təqdim etməklə bağlı təşəbbüsünüz olub, yoxsa müzakirələrdə iştirakla kifayətlənirsiniz?

– Olub. Mən “Milli mətbəx mədəniyyəti haqqında” qanunun qəbulu təklifi ilə çıxış etmişəm. Mədəniyyət Komitəsinin üzvləri bu təklifimi dəstəkləyiblər. Belə bir qanun az ölkələrdə ola, ya olmaya. İndi materialların toplanması ilə məşğulam. Mümkündür ki, payızda konkret layihəni hazırlayıb ortaya qoyum. Eyni zamanda bir sıra qanunlara əlavə və dəyişikliklərin qəbulunu təklif etmişəm. Bu təkliflərimlə Milli Məclisin rəsmi saytında tanış ola bilərsiniz. Orada mütəmadi olaraq, çıxışların stenoqramları yerləşdirilir.

– Mədəniyyət komitəsinin üzvüsünüz. Azərbaycan mədəniyyət sahəsində əsas problemlər nədən ibarətdir?

– Bu sahədə kifayət qədər mükəmməl qanunlarımız var. Yəni parlament öz üzərinə düşən vəzifələri yerinə yetirir. Dövlət mədəniyyətə böyük məbləğdə maliyyə ayırır . Müvafiq nazirlik də vəzifəsinin öhdəsindən yaxşı gəlir. Heydər Əliyev Fondunun gördüyü böyük işlər də xüsusilə vurğulanmalıdır. Problemlər isə hər sahədə olur. Məsələn, kitaba, mütaliəyə marağın azalması məni çox narahat edir. Bu, doğrudan da ciddi məsələdir. Milli mədəni dəyərlərimizin ermənilər tərəfindən mənimsənilməsi isə ən böyük problemdir. Bununla hamımız mübarizə aparmalıyıq.

– Bir Sumqayıt müəllimi kimi, sumqayıtlı şagirdlərin bilik səviyyəsindən hansı dərəcədə razısınız?

– Sumqayıt həmişə təhsili ilə fərqlənən şəhər olub. Hər il şəhərimiz tələbə qəbulunun nəticələrinə görə ilk sıraları tutur. Mən bunu fəxrlə deyirəm. Rəhbərlik etdiyim məktəb də hər il Sumqayıt  təhsilinin uğurlarına yeni-yeni uğurlar qatmaqdadır.  Qəbul imtahanlarının ötənilki nəticələrinə görə, məktəbimiz tam orta ümumtəhsil məktəbləri arasında birinci nəticəni göstərmişdir.

– Sumqayıtda  yaxın gələcəkdə  hansı yenilikər ola  bilər? Siz hansı yenilikərin olmasını istərdiz?

– Bu məsələdə məqsəd prezidentin ”Sumqayıt Bakı standartlarına uyğun şəhər olmalıdır” prinsip-müddəası ilə bağlıdır. Sumqayıt yaxın gələcəkdə nəinki ölkənin, bütün regionun gözəl, inkişaf  etmiş şəhərlərindən birinə çevriləcək. Sumqayıta böyük  maliyyə yardımı ayrılır, böyük planlar var. Texnologiya parkının inkişafı, şəhər stadionunun rekonstruksiyası,  Dənizkənarı parkın genişləndirilməsi, bir sözlə, layihələr çoxdur.

– Sumqayıtda deputat qərargahınız varmı?

– Yox, qərargahım yoxdur. Amma məktəbdə konfrans zalı var,orada seçiciləri qəbul edirəm. Təbii ki,  tədris prosesinə mane olmamaq şərtilə.

– Milli Məclisin hansı xanım deputatları ilə dostluq edirsiniz?

– Bütün həmkarlarımla normal münasibətim var. Kimisə ayırmaq  istəməzdim.

– Kitab oxumağa vaxt tapırsınız? Ən son oxuduğunuz hansı əsərdir?

– Bəli, çalışıram ki, oxuyum, mütaliəni çox sevirəm. Robert Qrinin “Hakimiyyətin 48 qanunu” və Çexovun hekayələrini bu günlərdə oxuyuram.

– Deputatlıqdan yorulmamısınız ki? Növbəti seçkilərə də qatılmaq niyyətiniz var?

– Bunu vaxt göstərər. Hələ ki,mən 4-cü çağırış üçün millət vəkiliyəm və bu etimadı doğrultmağa çalışıram.

Nihadə Eyyubova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45 AZAL Kiyevdən 189 azərbaycanlını vətənə gətirdi - FOTOLAR 9 İyul 2020, 23:27 Çin daha bir rabitə peykini orbitə çıxardı 9 İyul 2020, 23:15 Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00