 
                                Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 6-na olan statistik göstəriciləri açıqlayıb.
Modern.az  xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 612 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər  963 104  test aparılıb. İndiyədək  548  nəfər COVID-19-dan dünyasını dəyişib, 37 329  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 076 nəfərdir. Hazırda 130  nəfər reanimasiyada müalicə alır. 11  nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 137 yoluxma, 140 sağalma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib.