Modern.az

Vitse-spiker bu gün iclas keçirəcək

Vitse-spiker bu gün iclas keçirəcək

Parlament

16 Sentyabr 2020, 11:52

Sentyabrın 16-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçiriləcək.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ilasda “2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə Hesabat” dinləniləcək. Sonra komitənin 2020-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq. (Əlavə məlumat veriləcək.)

 

Qeyd edək ki, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir