Modern.az

YAP-çı deputat internet provayderləri SUÇLADI

YAP-çı deputat internet provayderləri SUÇLADI

17 Sentyabr 2020, 10:36

YAP-çı deputat Hikmət Məmmədov Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında ölkədə internet xidmətinin yarıtmazlığından şikayət edib.

 

Modern.az xəbər verir ki, o bildirib ki, bu yaxınlarda ZOOM proqramı vasitəsilə konfransa qatılmaq istəsə də, bu baş tutmayıb:

 

“ Mən dərhal texniki işçiləri çağırdım. Məlum oldu ki, həmin provayder müqavilədə göstərildiyindən çox internet verirlər, ancaq bu trafik faktiki olaraq yoxdur. Müqaviləni elə kiçik şriftlərlə yazırlar ki, başa düşmək olmur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır