Arxiv
23 Sentyabr 2020, 08:53 | MÜSAHİBƏ
İordaniyalı jurnalist: “Qarabağ bölgəsində baş verən hadisələrə yaxşı bələdəm” - MÜSAHİBƏ

Qlobal Jurnalistlər Şurasının İordaniya təmsilçisi, İordaniya Xəbər Agentliyinin (PETRA) Mədəniyyət və Gənclik şöbəsinin rəhbəri, redaktor Majdi Tall Modern.az-a müsahibə verib.

Majdi Tall əməkdaşımızla söhbətində dünyada, o cümlədən İordaniya və Azərbaycanda jurnalistikanın durumu, müsbət və mənfi məqamlar haqqında fikirlərini bölüşüb.


- XXI əsrin jurnalistikasına nəzər saldıqda, hansı yeniliklərin, dəyişikliklərin şahidi oluruq?


- Qısaca onu deyə bilərəm ki, söz azadlığının rəsmi olaraq basdırılması, müxtəlif ölkələrdə baş verən terror aktları, elektronik aləmdəki sürətli yeniliklər dünyanın hər yerində jurnalistika üçün gərgin bir vəziyyət yaradıb.


- Bəs, İordaniyada jurnalistika sahəsinin hansı üstünlükləri, perspektivləri var?


- İordaniya media cəmiyyətinin ümid və gözləntiləri yuxarıda bəhs etdiyim vəziyyətə görə dünyadan heç də uzaq deyil.


- Ölkənizdə jurnalistikanın üzləşdiyi problemlər, jurnalistlərin qarşılaşdığı çətinliklər nələrdir?


- Ən önəmlisi söz azadlığına gətirilən məhdudiyyətlərdən başqa, elektron medianın inkişafı ilə çap mediasında, xüsusilə qəzet istehsalında yaranan çətinliklərdir. Amma bir məqamı qeyd etməliyik. Özünü dünyanın ən demokratik ölkəsi hesab edən Amerikada belə jurnalistika bir çox məhdudiyyətlə üzləşdiyi halda bizim ölkəmizdə də bu hala rast gəlinməsi normaldır.


- Dünya media nümayəndələrinin bir araya gəlməsində Qlobal Jurnalistlər Şurası kimi regional və qlobal platformaların rolunu necə qiymətləndirirsiniz?


- Fikrimcə, bu təcrübələri mühakimə etmək üçün hələ tezdir. Amma jurnalistlərin müxtəlif mövzuları tərəfsizlik və peşəkarlıqla ələ alan obyektiv bir media qurumu yaratmaları müsbət bir addımdır.


- Azərbaycanla bağlı qlobal problem hamıya məlumdur. Ermənistanla Azərbaycan arasında 30 ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Bu barədə bir məlumatınız varmı və Azərbaycan mediasına, jurnalistlərinə nə tövsiyə edərdiniz?


- Qarabağ bölgəsində baş verən hadisələrə yaxşı bələdəm və məncə, bu cür məsələlər dünya müharibələrindən, sosialist ölkələrin yıxılmasından qalan köhnə problemlərlə bağlıdır. Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq təşkilatların quruluş səbəbi siyasi məsələlərə həll yolları tapmaq olsa da, təəssüf ki, bu qurum son otuz ildə milyonlarla miqrantla nəticələnən müharibələrə dəstək verib. Bunların arasına Ermənistan- Azərbaycan, Suriya məsələsi, Əfqanıstanın işğalını da daxil etmək olar.


- Müasir jurnalistikanın inkişafından danışdıq. Bəs bu sahədə problemlər varmı?


- Jurnalistika və modern mediadan danışarkən, qeyd edim ki, son iyirmi ildə qlobal dünyanın dəyişməsinin nəticəsi olaraq yaranmış yeniliklərlə qarşılaşırıq və bunu Suriya, Misir, “Ərəb baharı” kimi məsələlərdə gördük. Məncə, qlobal aləmdə media nümayəndələrinin yaşadığı çətinlikləri bir neçə sətirdə ifadə etmək yetərli olmaz. Müxtəlif faktorlar - texnologiya sahəsində inkişaf, ard-arda baş verən siyasi problemlər, terror, müharibə, bu zaman ərzində media sahəsinin təhrif olunmasına gətirib çıxardı. Bu dəqiqə tərəflər arasında gedən “soyuq müharibə” üçün media ən təhlükəli silah hesab olunur.


- Bu günün jurnalisti hansı keyfiyyətlərə, üstünlüklərə sahib olmalıdır?


- Hazırda jurnalist  maraqların toqquşduğu və iç-içə keçmiş bir dünyanın işığında vəzifəsini daha dərin, daha peşəkar və obyektiv bir formada yerinə yetirmək, yeni xəbər mənbələri tapmaq üçün daha çox çalışmalıdır.


- Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir vəziyyətdə, mətbuatın, jurnalistlərin üzərinə hansı vəzifələr düşür?


- Pandemiya şəraitində medianın vəzifəsi, hökumətləri artıq heç bir mənası olmayan siyasi rəqabətlərdən uzaqlaşdırıb, kütləvi ölümlərə səbəb olan bu virus üçün yeni müalicə üsulları tapmağa səsləməsidir.



Aysel Aslan

Fidan Əli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri 26 Oktyabr 2020, 17:48 Ermənistanın kvadrokopteri məhv edilib 26 Oktyabr 2020, 17:42 Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək 26 Oktyabr 2020, 17:38 Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək 26 Oktyabr 2020, 17:32 Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06