Modern.az

Ermənistan iqtisadiyyatında DARMADAĞIN...

Ermənistan iqtisadiyyatında DARMADAĞIN...

1 Dekabr 2020, 15:38

Qarabağın işğaldan azad edilməsi qarabağlı ermənilərlə bahəm, Ermənistana da çox böyük zərbədir. 


Siyasi, mənəvi, həm də iqtisadi.


Nədənsə proseslərdən bəhs edəndə Ermənistanın iqtisadi itkisini unuduruq.


Halbuki...


Hazırda Ermənistanın xarici dövlət borcu təqribən 8,1 milyard dollar, valyuta ehtiyatlarının toplam həcmi isə 0,95 milyard dollardır. Ölkənin xarici dövloət borcu ümumdaxili məhsulun (ÜDM) 60,32 faizinə çatıb.


Bu ilin yanvar-sentyabr aylarında - İkinci Qarabağ Savaşının sonucları nəzərə alınmadan - Ermənistan iqtisadiyyatında geriləmə 6,6 faiz olub. İqtisadiyyata sərmayə qoyuluşu cəmi 99 milyon dollar təşkil edib. 


Milli valyuta olan dram sürətlə qiymətdən düşür: hazırda 1 dollar 525 dramdır.


Qarşıda isə nağd pul çatışmazlığı, hiperinflyasiya, vergi ödənişlərinin kəskin azalması, işsizlik və yoxsulluq səviyyəsinin artımı var.


Ehtiyatda olan 500 milyon dollar isə savaş günlərində dramın çökməsinin qarşısını almaq üçün valyuta intervensiyalarına sərf olunub.


İkinci Qarabağ Savaşının sonucları isə Ermənistan üçün ümumiyyətlə, fəlakətlidir.


Belə ki, Ermənstanda 10 ən iri vergiödəyicilər arasında "GeoMining Gold", "İnternational Masis Tobacco", "Alex Holding" var. Bu şirkətlərin üçü də Zod, Vejnəli və s. yataqların istismarı, Hadrut, Fizuli və Qubadlı rayonlarındakı tütün plantasiyaları, habelə Kəlbəcər rayonunun təbii ehtiyatlarının istismarı hesabına fəaliyyət göstərirdilər.


Ermənisanın elektroenerjiyə tələbatının 11,3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənirdi. Həmin stansiyaların 3-ü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi də Laçındadır. 


Yəni Ermənistan 5 hidroelektrostansiyadan aldığı elektroenerjini birdəfəlik itirib.


Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənirdi. Artıq bu, mümkün deyil, çünki Hadrut, Fizuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan ermənilər məşrum oldular.


Və ən nəhayət, Ermənistan dünya şərab bazarına çıxardığı, 8 ölkədə satdığı "Kataro" şərab brendini də itirdi.


"Kataro" şərabları Hadrutun Tuğ kəndində istehsal olunur.


Həmin kəndsə erməni işğalından qurtulub.


... Qarabağlı tiqranoidlər bu qışı yayın məhsulu hesabına başa vuracaqlar.


Gələn ilin yayında isə onlar çox ciddi, çox ağır ərzaq qıtlığı ilə qarşılaşacaq və bütünlüklə yardımlardan asılı olacaqlar.


Çünki onların əkin-biçin üçün yararlı torpaqlarının toplam sahəsi əvvəlki illərlə müqayisədə 87 faiz azalıb.

Elçin Alıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...