Arxiv
7 Dekabr 2020, 09:00 | REPORTAJ
İsti kabinetini soyuq səngərə dəyişən kapitan - Ədliyyə zabitinin şəhidlik YOLU

44 günlük Vətən Müharibəsində 2783 şəhid verdik... Onların şücaəti, vətənpərvərliyi, fədakarlığı dillərə dastan olub... 2783 şəhid öz qanı ilə şərəfli tarix yazdı. Kimisi könüllü idi, kimisi həqiqi hərbi xidmətçi... Aralarında həm zabitlər var, həm də sıravilər...

Onlar öz övladlarını, həyat yoldaşlarını, valideynlərini uğrunda canlarından keçdikləri bu Vətənə əmanət etdilər... Döyüşlərdə hər kəndi düşməndən geri alıb bayrağımızı ucaldanda bizə dünyaları verdilər, məğlub xalq töhmətindən xilas olduq.. 

Modern.az-ın haqqında bəhs etdiyi kapitan Ruhin Müzəffər oğlu Xəlilov da onlardan biridir...

İndi bu ad-soyad çoxlarına tanışdır... Rahat işini, isti kabinetini soyuq səngərə dəyişən könüllü vətən fədaisi...

1987-ci ilin 13 martında Cəbrayıl rayonunun Məzrə kəndində doğulmuşdu Ruhin Xəlilov... 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu işğal olunanda onu cəmi 6 yaşı vardı...
Ailədə bir bacı, bir qardaş idilər... Onda kim bilərdi ki, 6 yaşında doğulduğu rayonu məcburən tərk edən bu uşaq vaxt gələcək Vətən torpağının xilaskarlarından birinə çevriləcək...

Ailəsi Cəbrayılın işğalından sonra Xırdalan şəhərində məskunlaşmışdı. Ruhin Xəlilov orta məktəbə Xırdalanda getdi, təhsilini də elə burada bitirdi. Xırdalan şəhər 1 saylı tam orta məktəbin2005-ci ildəki məzunları arasında Ruhin Müzəffər oğlu oğlu Xəlilov da vardı...

Vaxtilə təhsil aldığı məktəbin müəllimləri deyirlər ki, Ruhin məktəbin ağıllı, tərbiyəli və savadlı şagirdlərindən biri olub və bu keyfiyyətlərinə görə də həmişə fərqlənib.

Doğulduğu Cəbrayılı azad etmək eşqi ilə yaşayan Ruhin yaşa dolduqca, Vətən nisgilini də içində böyüdürdü... İnanırdı ki, nəhayət bir gün doğma rayonun azad olunması uğrunda savaşan əsgərlərdən biri məhz o özü olacaq. Bu arzu-istəklə ali təhsil aldı, hüquqşünas ixtisasına yiyələndi...

Ali təhsilini Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirib, ədliyyə sistemində işə qəbul olundu.


2011-ci ilin 14 oktyabrında Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən ədliyyə orqanlarına dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə yekun vurulanda, uğurlu nəticəyə nail olan 56 namizəd arasında Ruhin Müzəffər oğlu Xəlilovun da adı var idi.

Ədliyyə işçisi kimi Biləsuvarda, İmişlidə çalışdı, 10 ilə yaxın müddətdə vəzifə pilləsində addım-addım yüksəldi. Çalışdığı yerlərdə prinsipallığı, haqq-ədalətin müdafiəçisi kimi hörmət-izzət qazandı.

İmişli Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışanda ədliyyə qulluğunu nöqsansız yerinə yetirməsi onu rəhbərliyin gözündə daha da ucaltdı..

Bacarığına, dürüstlüyünə, məsuliyyətli olmağına, peşəkarlığına inanıb irəli çəkdilər – Bakıya Ədliyyə Nazirliyinə işə gətirdilər. Ədliyyə kapitanı rütbəsinə yüksəldi..

Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olanda artıq bıçağın sümüyə dirəndiyini, daha geriyə yolun qalmadığını düşünən kapitan Ruhin Xəlilov ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə getmək üçün yazıldı.

Səbri tükənmiş və hər şeyi göz önünə almışdı... Sevdiyi qadını, üç azyaşlı uşağını, yaşlı ata-anasını, isti kabinetini, rahat işini soyuq səngərə dəyişmək, Vətən uğrunda könüllü yazılan minlərdən biri olmaq...

Vətən sevgisi ilə alışıb-yanan ədliyyə məmurunun uzun illər sonra müsəlləh əsgər kimi döyüşlərə qatılmasına fürsət yaranmışdı. Ruhin Xəlilov bu fürsəti qaçırmaq istəmirdi. İndi onun üçün məqam idi - nə olursa olsun, düşmənin sinəsinə dağ çəkmək, şəhidlərin, dağıdılıb viran edilmiş yurd yerlərinin intiqamını almaq lazımdır...


33 yaşlı ədliyyə kapitanının bu istəyindən xəbər tutan həyat yoldaşı Günel Xəlilova ona “istəmirəm gedəsən, azyaşlı uşaqlarımız var” deyəndə Ruhinin cavabı “yox, getməliyəm, gedib qayıdacağam” olmuşdu.

O, xanımını zəfərlə dönəcəyinə əmin etmiş, “İnşallah, qələbə bizim olacaq” söyləmiş və rahat olmağını istəmişdi.

Beləcə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsləhətçisi, kapitan Ruhin Xəlilov işindən istefa verərək, Vətən Müharibəsi başlayandan 3 gün sonra - oktyabrın 1-də könüllü cəbhəyə getmişdi...

O, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan Şanlı Ordunun minlərlə əsgərindən biri oldu... Nə yaxşı ki, Ruhin Xəlilov doğulduğu və 6 yaşına kimi yaşadığı Cəbrayılın düşmən tapdağından azad olunduğu günü görə bildi...

Bacısı Gülnar Xəlilova: “Tovuz hadisələrindən sonra könüllü yazılmışdı. Bu haqda ailədən heç kimə deməmişdi, Sonradan bilmişdik...
Cəbhədən zəng edəndə deyirdi hər şey yaxşıdı, çox şey söyləmirdi... Öz rayonumuz – Cəbrayıl alınanda mesaj yazmışdı ki, doğma torpaqdayam. Sizi bura gəzməyə gətirəcəm”.

Ədliyyə zabitinin döyüş yolu 21 gün sürdü... Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fərqləndi, şücaət göstərdi. Döyüşən Ordunun tərkibində Laçın rayonu ərazisinədək irəliləyə bildi...

Təəssüf ki, bacısına verdiyi sözə əməl etmək ona qismət olmadı... Ruhin Xəlilov oktyabrın 21-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu...

Onu Bakıda – indi Üçüncü Fəxri Xiyaban adlandırılan məzarlıqda – şəhid olan döyüş yoldaşlarının əhatəsində dəfn etdilər...


Atası Müzəffər Xəlilov üçün oğul itkisi çox ağırdı. Qəhrəman, vətənpərvər oğul atası indi Ruhinin qoxusunu nəvələrindən alır... Müzəffər kişinin arzusu oğlunun uğrunda şəhid olduğu doğma torpaqlara getmək, orada ölməkdir...

Ruhin Xəlilov keçdiyi şərəfli döyüş yolu ilə xalqının və dövlətinin adını uca tutdu, qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəldi.

O üç övladına – qızları - 7 yaşlı Qönçə və 5 yaşlı Melisaya, oğlu - 1 yaşlı Tunara şərəf və layaqətlə anılacaq bir yol qoyub getdi...

Ruhun şad olsun, Ruhin qardaş...




Əfqan Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə açıq havada maska qadağası ləğv edildi 11 May 2021, 01:07 Lavrov İlham Əliyevlə görüşdə: "Qorxuram nəyisə unudum" 11 May 2021, 00:58 Revanşizm qoxusu verən bəyanatlar Ermənistan üçün təhlükəlidir - İlham Əliyev 11 May 2021, 00:45 1600-ə yaxın erməni hərbçisinin cəsədləri qarşı tərəfə təhvil verilib - Prezident  11 May 2021, 00:36 İlham Əliyev Lavrovu qəbul etdi - FOTO - YENİLƏNİB 11 May 2021, 00:27 Bakıya dolu yağdı - VİDEO 11 May 2021, 00:20 General Muradov Xankəndi ermənisinin evinə niyə getdi? - FOTO 11 May 2021, 00:11 İsrail Qəzzanı bombaladı - 9 fələstinli uşaq öldü 10 May 2021, 23:54 Lənkəranda piyadanı maşın vurdu - FOTO 10 May 2021, 23:43 Noyer Kanın rekordunu təzələdi 10 May 2021, 23:28 Çavuşoğlu Lavrovla Qarabağ və Qüdsü müzakirə etdi 10 May 2021, 23:14 Bakıda 7 maşın bir-birinə çırpıldı - FOTO 10 May 2021, 23:00 Türkiyə səfiri Qubadan paylaşım etdi - FOTO 10 May 2021, 22:44 Ermənistan parlamenti buraxıldı - yeni seçkilər elan olundu 10 May 2021, 22:30 Putinin Əliyevə zəngi: Lavrov Bakıya nə gətirib? - TƏHLİL 10 May 2021, 22:20 Türkiyədə daha 282 nəfər virusdan öldü 10 May 2021, 22:06 Deputat Bakı-Xankəndi qatarının işə düşəcəyini yazdı 10 May 2021, 21:39 Heydər Əliyevin ildönümü münasibətilə orduda silsilə tədbirlər keçirilib - FOTO 10 May 2021, 21:22 Gürcüstanın müxalifət lideri azadlığa çıxdı 10 May 2021, 21:03 Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə döndü - FOTO 10 May 2021, 20:49 Parlament ikinci dəfə Paşinyanın namizədliyini rədd etdi 10 May 2021, 20:38 Lavrov Bakıya gəldi 10 May 2021, 20:25 İlham Əliyev Ordubadda ictimaiyyət nümayəndələri ilə görüşdü - FOTOLAR 10 May 2021, 20:20 Qusara bolluq qarı yağıb - FOTOLAR 10 May 2021, 20:14 Prezident Culfa-Ordubad avtomobil yolunun AÇILIŞINDA 10 May 2021, 20:14 Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi - FOTOLAR (YENİLƏNİB) 10 May 2021, 20:10 Prezident Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında - FOTOLAR 10 May 2021, 20:04 Ölkə başçısı Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub - FOTOLAR 10 May 2021, 20:00 Prezident hərbi aerodromun AÇILIŞINDA (YENİLƏNİB) 10 May 2021, 19:57 Ordubad dəmir yolu stansiyası istifadəyə verildi - FOTOLAR 10 May 2021, 19:54 “Azərxalça”nın Naxçıvan filialının açılışı oldu - FOTOLAR 10 May 2021, 19:47 Naxçıvanda olan hərbi texnika bəzi qabaqcıl ölkələrin texnikalarından üstündür - Prezident 10 May 2021, 19:40 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu - FOTOLAR 10 May 2021, 19:35 Bakıda külək binanın dam örtüyünü uçurdu 10 May 2021, 19:30 "TBK" TV-də  Heydər Əliyevdən bəhs edən film göstərilib 10 May 2021, 19:22