Modern.az

Türkiyəni tərk etmək istəyən FETÖ-çülər ələ keçirildi

Türkiyəni tərk etmək istəyən FETÖ-çülər ələ keçirildi

18 Yanvar 2021, 00:54

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda qanunsuz yollarla ölkə ərazisini tərk etmək istəyən 13 FETÖ terrorçusu ələ keçirilib.

 

Modern.az xəbər verir ki, Marmaris Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan terrorçuların qayıqlar vasitəsilə Yunanıstana keçmək istədikləri müəyyən edilib.

 

Saxlanılan terrorçulardan 11-i həbs edilib. Onların arasında FETÖ ilə əməkdaşlıqda şübhəli bilinərək işdən azad olunan və araşdırmaları davam edən hərbçi, polis və müəllimlər də var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi