Arxiv
25 mart 2021, 18:26 | ANALİTİKA
Rusiya Minsk Qrupunu Qarabağ məsələsinin həllindən uzaqlaşdırıb - ŞƏRH

Uzun müddətdir ki, dünya dövlətləri  Rusiya və ABŞ arasında gərginliyi müşahidə etməkdədir. Hazırda ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq etməsi ehtimalı da gündəmdədir. Bu sanksiyalar hansı sahələri əhatə edə bilər və qlobal güclər arasında gərginlik regiona hansı təsiri göstərə bilər?

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə hesab edir ki, gözlənilən sanksiyalar Rusiyaya o qədər də güclü təsir etməyəcək:

 

“Siyasətçilər ABŞ tərəfindən ehtimal edilən yeni cəza tədbirlərini müzakirə edirlər. Burada iki ehtimal nəzərdən keçirilir. Birincisi, ola bilər ki, Rusiyanın xarici borcları ilə bağlı cəza tədbirləri olsun. Lakin Rusiyanın xarici borcları çox azdır və bu, Rusiya üçün təhlükəli deyil. İkincisi, Rusiyanın bank sisteminin beynəlxalq ödəmələr sistemindən çıxarılması ilə nhağlı ola bilər. Lakin Rusiyaya 5-6 il bundan əvvəl bu təhlükə barəsində xəbərdarlıq olunmuşdu. Ona görə də Rusiya o qədər də təkmil olmayan, amma işlək bir mail sistemi yaradıb. Odur ki, bu məsələ də Rusiya üçün ölümcül təhlükəli deyil”.

 

Politoloq qeyd edir ki, ABŞ özünün Çinə qarşı  mübarizəsində Rusiyanı müttəfiq görmək istəyirdi. Lakin Rusiya əksinə, Çinə müttəfiq olmağı daha üstün tutduğundan, ABŞ belə təzyiqlərə əl atır. Z.Əlizadə dünyanın 1/7-ni tutan Rusiyaya qarşı bu cür təzyiqlərin mənasız olduğunu hesab edir:

 

“Əvvəla, Rusiyanın  zəngin təbii ehtiyatları, 145 milyonluq əhalisi var. Rusiya az-çox işləyən iqtisadiyyata malikdir. Üstəlik, nüvə silahları var. Ona görə Amerikanın sanksiyaları Rusiya üçün ölümcül deyil.

 

Amerika-Rusiya arasında gərgin münasibətlərin regiona təsirinə gəlincə, politoloq yaranmış durumun Azərbacan üçün müsbət olduğunu da vurğulayır: “ABŞ-ın Rusiyaya qarşı təzyiqləri artırdıqca, bu ölkənin dünya miqyasında xarici siyasət imkanları da məhdudlaşır. Belə olan halda Rusiya sabiq sovet respublikalarına diqqəti artırır. Rusiya Qarabağ məsələsində çox uğurlu əməliyyatla Minsk Qrupunu, Fransanı, Amerikanı Qarabağ məsələsinin həllindən uzaqlaşdırıb. Bundan sonra da Rusiya Azərbaycanla birlikdə çalışacaq ki, Minsk qrupu öz burnunu Qarabağ münaqişəsinə soxmasın”.

 

Fidan Əli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55