Arxiv
7 Aprel 2021, 11:33 | MÜSAHİBƏ
Xanımını itirən Şahlar Əsgərov: “Bundan sonrakı həyatım necə olacaq, deyə bilmərəm” - MÜSAHİBƏ

Sabiq deputat, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun ömür-gün yoldaşı Almaz xanım martın 24-də dünyasını dəyişib.


Bu hadisədən sarsılan Şahlar Əsgərov keçirdiyi hissləri Modern.az-la bölüşüb.

- Şahlar müəllim, kişilər üçün bu yaşda xanımını itirmək çox ağırdır. Şübhəsiz ki, siz bu ağır itki sizə çox təsir edib. Almaz xanımdan sonrakı həyatınızı necə təssüvvür edirsiniz?

- Bəli, çox çətindir. Almaz xanımı itirdikdən sonra mən bir daha başa düşdüm ki, kişilərin xanımlarından sonra vəfat etməsi məqsədəuyğundur.

Biz onunla həyatımızı bölüşmüşük. Almaz xanımla ər-arvad yox, dost-sirdaş  münasibətimiz var idi. Övlad övlad yerindədir, həyat yoldaşı tamam fərqli yerdə…

Heç kəsə arzuolunmaz bir dərddir. Bundan sonra həyatım necə olacaq, deyə bilmərəm. Amma onsuz çox çətin olacaq. Oğul ana itirir, qardaş bacı itirir, amma  ən ağır itki ömür-gün yoldaşına düşür. Çünki bunu yaşayanlar daha gözəl anlayar, həyatını bölüşdüyün birini itirmək, nə bilim...


- Şahlar müəllim, hər kəsə xanımını itirmək bir cür təsir edir, bunu fərqli duyğularla ifadə edir. Qocaman jurnalist Məzahir Süleymanzadə həyat yoldaşını itirdikdən sonra hisslərini sətirlərdə ifadə etdi. Bəs siz Almaz xanımın yoxluğunu necə ifadə edəcəksiniz?

- Hər bir insane belə itki müxtəlif cür təsir göstərir. Mənim yadımdadır ki, akademik Rafiq Əliyev də xanımının yoxluğunu və keçirdiyi hissləri yazılarında büruzə verirdi. Amma mən bir az qapalı insan olduğum üçün keçirdiyim ağır duyğuları ifadə edə bilmirəm. Hər bir hissi gizli yaşayıram.

Təxminən 5-6 ay olar ki, bir kitab üzərində işləyirəm. Kitab üzərində çalışdıqca, Almaz xanımın dediyi sözlər yadıma düşür. Çox güman ki, bu kitabı Almazın əziz xatirəsinə həsr edəcəm.


- Həyat yoldaşınızın ölüm səbəbi barədə danışılmadı… Almaz xanımı hansı səbəbdən itirmisiniz?


- İnsult keçirdi və məni tək qoyub, işıqlı dünyadan köçüb getdi.

- Yəqin ki, bu itkidən sonra övladlarınızın sizə münasibəti də dəyişəcək.

- Almaz xanımı itirdikdən sonra fikir verirəm ki, övladlarım mənə daha çox zaman ayırır. Tez-tez gəlib baş çəkirlər, darıxmağıma icazə vermirlər. Amma anlamırlar ki, Almaz xanım hər saniyə ağlımdadı…

O, hər işimdə mənə dəstək idi. Mən elmi fəaliyyətdə olan zaman bir müddət Almaz xanımın yanında olmadım, evin yükü onun öhdəsində qalmışdı. Amma o, çox asanlıqla bu işin öhdəsindən gəlirdi.

Akademik Teymur Bünyadovun bir gözəl sözü var idi. Mən də sizin vasitənizlə hamıya deyirəm: Həyat yoldaşınızdan muğayət olun!


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva qardaşını təbrik etdi: “Nə yaxşı ki, varsan!”   3 Avqust 2021, 00:34 Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı 3 Avqust 2021, 00:23 Deputatlar Eldəniz Səlimova görə toplanır - Son qərar veriləcək 3 Avqust 2021, 00:11 Ronaldo “Real”a qayıtmaq istəyir 3 Avqust 2021, 00:01 Bill Qeyts boşandı   2 Avqust 2021, 23:50 “YAŞAT” 8163 nəfəri öhdəliyə götürüb 2 Avqust 2021, 23:39 Türkiyədə beş gündə 132 yanğın olub   2 Avqust 2021, 23:33 Putin Paşinyanı belə təbrik etdi 2 Avqust 2021, 23:24 Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Yaylaqda köməksiz qalan şəxs xilas edildi   2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56