Arxiv
19 Aprel 2021, 08:58 | ANALİTİKA
Sivilizasiya düşmənləri

Mürtəce hay kilsəsinin (mərkəzi qərargahlarından biri Qərbi Azərbaycanın Ü(İ)çmüəzzin şəhərində yerləşir) qonşu dövlətlərə qarşı ərazi iddialarına hədəf olan Gürcüstan Respublikasının inzibati-ərazi vahidlərindən biri Cəvahirli bölgəsidir (haylar Cavaxk adlandırır), guya bu bölgənin əhalisinin 90%-dən çoxu haylardır. Şeytani əməllərə yuva olan hay kilsəsi tərəfindən  bu ərazi təsadüfi seçilməyib, bu coğrafi məkan həm Türkiyə Cumhuriyyəti ilə həmsərhəddir, həm də Qara dənizə qısa məsafədə çıxış üçün sərfəlidir (arada Acarıstan durur, onu da məngənəyə salıblar).

  
Gürcüstan Respublikasının ayrı-ayrı bölgələrində (Kvemo-Kartli, Kaxetiya, Quriya, İmereti, Abxaziya...) ibtidai insan-hay sürüsünün sayının artırılması, onların məskunlaşma miqyasının düşünülmüş şəkildə genişləndirilməsi, ad və soyadlarının dəyişdirilərək “gürcüləşdırılməsi” (ölkə prezidenti Salome Zurabaşvilinin timsalında)... bu istiqamətdə həyata keçirilən sui-fəndlər hay kilsə mürtəce siyasətinin əsas tərkib hissəsidir.

  
Hay kilsəsi iddia edir ki, “Cavaxk” toponimi e.ə. IX əsrdə, Van çarlığı dövründə gil kitabələrdə qeyd edilib, çar II Argiştinin (II əsrdə) Xarxar salnaməsində “Zabaxa” kimi xatırlanmış, “Böyük Ermənistan”ın şimal-qərb qurtaracağında yerləşən ərazi olmuşdur.

 
Daha sonra, bildirilir ki, Gürcüstan Respublikası ərazisindəki 600 “erməni” kilsəsi və məbədi geri qaytarılmalıdır (bu iddia 1995-ci ildə İrəvan şəhərində çap edilmiş “Gürcüstanda erməni kilsələri” kitabında geniş şərh edilib).

 
Bu məlumatlara əvvəllərdə “erməni” mənbələrində yer verilmişdir (1968-cu ildə Ermənistan SSR EA-nın “İctimai elmlər Xəbərləri” jurnalında professor  Paruyr Muradyanın “ Cvari məbədlərində erməni yazısı” məqaləsində),

 
Tarixi-coğrafi ərazilərdəki maddi-mədəni irsə qarşı özəl iddiaların dövlət siyasəti səviyyəsində irəli sürülməsi əslində həmin ərazilərin ələ keçirilməsi üçün atılan fəndlərdir ki, bütün dövrlərdə hay kilsəsi bundan yararlanmışdır, indi də davam edir.

   
Bu hücumlara baxmayaraq gürcü ziyalılarının timsalında müasir dövrdə tarix elmləri doktoru Aleksandr Abdaladze (“Gürcüstan və Ermənistan”, (2008), “Gürcüstanın erməni problemi” (2011) əsərləri – “gürcü soyadlı çoxsaylı ermənilər Ermənistan cəsuslarıdr”), iqtisad elmləri doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının  müxbir üzvü, yazıçı-publisist, rəssam Vaja Kakabadze (“Məkr, yalan və əxlaq”, (2020) kitabı - “ermənişünas tarixçi-dilçi alim, Gürcüstan EA-nın müxbir üzvü, Tbilisi Ruhani Akademiyasının professoru Zaza Nikolayeviç Aleksidzenin (1935) “Qafqaz Albaniyasının yazılı mənbələri” əsərində yazmışdır ki, Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisindəki XIII əsrə aid Gəncəsər məbədinin daş yazılı lövhəsini oxuyaraq, məbədin Alban mənşəli olduğunu sübut etmişdir”), professor Bondo Arveladze (“Gürcüstanda gürcü, yoxsa erməni kilsəsi?” əsəri (1996) – “1995-ci ildə İrəvan şəhərində ermənicə nəşr edilən “Gürcüstanda erməni kilsələri” kitabına kəskin elmi-tarixi dəllillərlə cavab verilmişdir”) və Abxaziya EA-nın prezidenti Teymuraz Mibçuani ilə birlikdə Tbilisi şəhərində işıq üzü görən “Baqramyan adına batalyonu və Abxaziya gürcülərinin etnik təmizlənməsi” (2009) toplusu – “arxiv materialları və çahidlərin ifadələri əsasında (bu faktlar Gürcüstan Baş Prokurorluğunda saxlanılır) 1992-1993-cü illərdə baş vermiş Gürcü-Abxaz münaqişəsində “erməni” silahlı quldur-nizami dəstələrinin yerli gürcülərə qarşı törətdiyi soyqırım qətliamları geniş şərh edilmişdir”)... hay kilsəsi tərəfindən gözlənilən təhlükəyə qarşı tutarlı tarixi faktlarla ardıcıl müqavimət göstərirlər.

  
V.Kakabadze yazır ki, “Hayastan” adlandırılan yerə çar Rusiyası dağıldıqdan sonra köçürülən “erməni”lərin Cənubi Qafqazın kökənli gürcü və azərbaycanlı xalqları ilə heç bir tarixi-mədəni bağlılığı olmamışdır, “erməni”lər Hind-Avropa dil ailəsinin qərb qoluna aid olan etnik toplum olmaqla e.ə. I minillikdə Balkan yarımadasından Şərqi Anadoluya köçürülmüşlər.

 
Nəticədə türkdilli xalqlarla qaynayıb-qarışaraq Qafqaz regionu üzrə intensiv miqrasiya prosesinə  qoşulmuşlar.

  
Gürcüstan ərazisində məskunlaşmaları isə çar IV David Qurucunun hakimiyyəti illərinə (1089-1125) təsadüf edir, çünki XIII əsrdə italiyalı səyyah Marko Polo Tiflis şəhərində “erməni”lərə rast gəldiyini yazmışdır.

  
Tarixən gürcü və Qafqaz albanlarının yaşadığı və idarəetmədə hakim olduğu dövrlərdə olduğu kimi, XIV əsrdə hayların Gürcüstana axını çoxalmışdır.

   
XIX əsrdən etibarən (çar Rusiyasının himayəsi altında) Pravoslav təriqətli gürcü əhalisinin zorla qriqoryanlaşdırılması hay kilsəsinin siyasəti olmuş, müqavimət göstərənlər isə tarixi məskənlərindən müxtəlif yollarla köçürülmüşlər.

  
Təsadüfi deyil ki, 1990-cı illərin əvvəllərində S.Karapetyan “Gürcüstanın dövlət siyasəti və ermənistanın mədəni abidələri” kitabında yazmışdır ki, “Gürcülər və Azərbaycanlılar sivilizasiya düşmənləridir.”

  
Bu həyasıza tarixçi Bondo Arveladze “Gürcüstanda və ermənistanda gürcü abidələri” əsərində (“Merediani” nəşriyyatı, 2016) cavab vermişdir:

   
-1801-ci ilədək Gürcüstan ərazisində erməni kilsələrinin tikintisi qadağan edilmişdir;

   
-Quru ağac da həyat həqiqətinin ifadəsidir;

    
-əgər Gürcüstan ərazisində 600 “erməni” kilsəsi və məbədi varsa, onda bu ölkə artıq “Ermənistan”dır;

    
-Ağıllı insanın haqqa söykənməsi-bütün dövrlərdə ən güclü silahdır;

    
-Gürcülər və Azərbaycanlılar cəngəllik qanunları ilə yaşamırlar, amma qədim və yeni tarixdə bir çox səhvlər buraxmışlar, bu səhvlər hər iki xalqı birləşdidr;

   
-Sivilizasiya düşmənləri cəngəllik qanunları ilə yaşayan “erməni”lərdir;

   
P.S. 16 aprel 2021-ci il tarixdə Moskva şəhərində RF-nın Xarici İşlər naziri S.Lavrov-Kələntəryan serbiyalı həmkarı Nikola Selakoviçlə görüşdən sonra keçirilən mətbuat konfransında son vaxtlar beynalxalq dövriyyəyə buraxılan “Böyük Albaniya” səslənməsindən dərin narahatçılıq keçirdiyini, bu terminin qətiyyən qəbuledilməzliyini bəyan etmişdir. Həyacanla bildirmişdir ki, bu cür ifadələr təxribat səciyyəlidir, Avropa dövlətlərinin sərhədlərinin dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına təsir edən siyasi-hərbi cəhdlər yolverilməzdir, bu istək gələcəkdə Albaniya dövlətinin Yunanıstana, Makedoniyaya, Çernoqoriyaya...qarşı  ərazi iddialarının yaranmasına səbəb ola bilər. Daha sonra, bu cür yanaşmalar  BMT TŞ-nın 10 iyun 1999-cu il tarixli 1244 saylı qətnaməsinin (Yuqoslaviya Respublikası İttifaqının ərazi bütövlüyünü və suverenliyini ehtiva edən) siyasi məzmunlu ruhuna da uyğun deyil.

 
Axırda bir cümlə də işlətmişdir ki, bu narahatçılığı RF-nın prezidenti V.Putin də keçirir...



Qismət  Yunusoğlu, 
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyni əqli zəiflikdən necə qoruyaq? - TƏBİİ ÜSUL 8 May 2021, 09:05 Sumqayıtda yaşayış binasında YANĞIN 8 May 2021, 08:59 Sərbəst güləşçimiz bürünc medal qazandı 8 May 2021, 08:52 Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş katibi vəfat etdi 8 May 2021, 08:41 Arterial təzyiqin göz damarlarına təsiri 8 May 2021, 08:26 Şuşanın azad olunmasından 6 ay ötür - İşğal tarixini unutmayaq! 8 May 2021, 08:22 Azərbaycan və ATƏT-in 10 ölkəsindən birgə BƏYANAT 8 May 2021, 08:14 Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19