Arxiv
19 Aprel 2021, 09:20 | MÜSAHİBƏ
Bizim əsgər: “Həkimlər ayağımı amputasiya etmək istəyəndə onlardan xahiş etdim ki…” - MÜSAHİBƏ

Modern.az-da “Bizim əsgər” rubrikasnın budəfəki müsahibi Vətən müharibəsinin qazisi  Ceyhun Salmanovdur.
Qeyd edək ki, Ceyhun Salmanov deputat İlham Məmmədovun bacısı oğludur.


- Mən Salmanov Ceyhun Qurban oğlu, Yevlax şəhərində anadan olmuşam. Orta təhsilimi tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollandım. Daha sonra isə könüllü olaraq müddətdən artıq hərbi xidmətə qəbul olundum və MAXE kimi öz vətənimə xidmət etməyə başladım. Mən uşaqlıqdan hərbiyə həvəsli idim, həqiqi hərbi xidmətdə olanda anladım ki, ömrümün qalan hissəsini məhz bu işə həsr edəcəyəm. Çox xoşbəxtəm ki, gənc yaşımda  vətənimin keşiyində duran bir hərbçi kimi həm 2016-cı ilin Aprel döyüşlərinin, həm də ikinci Qarabağ müharibəsinin iştirakçısı oldum


- Döyüş yolunuz haralardan keçib?..

- Tərtər istiqamətində gedən döyüşlərə qatıldım. 530  yüksəkliyi,  Ağdərə və Suqovşan uğrunda gedən savaşda iştirak etdim. Düşmən strateji cəhətdən daha əlverişli mövqedə idi ,ona görə ilk vaxtlarda güclü müqavimət göstərirdi. Lakin bizdəki  əzmi və iradəni görəndən sonra düşmən ciddi sarsıldı. Döyüşlər zamanı 14 yaralı və bir şəhidimizi atəş altından çıxardım.


- Döyüşlər zamanı əhval-ruhiyyə necəydi?

- Döyüşlərə gülərək qatılmışdım və məndə böyük ruh yüksəkliyi vardı. Çünkü  haqqımız olan və bizim torpaqlar uğrunda döyüşürdüm. Qaldı ki, yaralılarımızın döyüş meydanından çıxarılmasına, bu həqiqətən də şərəfli bir missiya idi. Mən mənim olan bir canı təhlükəyə ataraq 14 can xilas etdim. Bir gizir üçün bundan böyük xoşbəxtlik ola bilməz. Məhz indi həmin əsgərlərin bir çoxu gəlib mənə təşəkkür edirlər. Mən isə düşünürəm ki, bu mənim vətən və kişilik borcum idi. Əgər mən həmən vaxt yaralansaydım belə, son damla qanıma kimi öz işimi davam etdirəcəkdim.


- Bəs necə oldu ki yaralandınız?

- 530 yüksəkliyini və Suqovşanı azad etdikdən sonra biz kəndin içərilərinə  doğru irəllilədik. Kəndi təmizləmə əməliyyatı keçirən zaman düşmənin vurulmuş tankı arxasında gizlənən terrorçu düşmən qruplaşması tərəfindən bizə qəfil atəş açıldı. Biz iki nəfər idik. Düşmənə yetərincə müqavimət göstərərək, cavab atəşi ilə susdursaq, təəssüf ki, hər ikimiz yaralandıq. Bizdən 70-80 m kənarda isə hadisə yerinə bölük gəlməkdə idi və əsgərlərimiz tezliklə hadisə yerinə gəlib bizi yaralı halda oradan uzaqlaşdırdı, düşmən isə tam olaraq zərərsizləşdirildi.


- Hazırda özünüzü necə hiss edirsiniz?


- Baldır hissəmdən iki güllə yarası aldım. Ümumilikdə 5 dəfə əməliyyat keçirdim. Sümüklərim 18 yerdən sınıb. 6-sı topuğumdan, 6-sı isə dizimdən olmaq şərti ilə hazırda ayağımda 19 mil var. Kastil olmadan yeriyə bilmirəm və ev şəraitində müalicəmi davam etdirirəm.

 
- Belə məsəl var: Düşmənin olanda da, gərək mərd olsun. Ammaz bizim düşmənlərimiz namərdlər idi…


- Bəli. Düşmən məni  7.62 kalibrli yandırıcı güllə ilə yaraladı. O, bununla bir daha namərdliyini təsdiq etdi. Çünkü bu güllə ilə zirehli texnikaya atəş açılır, yəni insan üçün istifadəsi nəzərdə tutulmayıb. Həmçinin, müharibə müddətində düşmən tərəfinin törətdiyi Bərdə və Gəncə terroru isə düşmənin hansı xislət sahibi olduğunu bütün dünyaya göstərdi. Cənab prezidentimizin də dediyi kimi, çox təəssüf ki, belə bir mənfur düşmənlə üz-üzəyik.

 
- Siz yaralı olanda dayınız, deputat İlham Məmmədovdan müsahibə almışdıq. Haqqınızda danışmış, qürür duyduğunu vurğulamışdı…


- Həmin müsahibəni oxumuşam. Müsahibə yayımlanandan üç gün sonra Bakıda əməliyyata girdim və insanların reaksiyası çox müsbət oldu. Bir çox millət vəkilləri zəng vurub mənimlə maraqlandılar. Anamın bu vaxtadək heç yerdə görmədiyim qohumları xəstəxanaya gəlib məni ziyarət etdilər. Müsahibədən əvvəl demək olar ki, ailəm və yaxın qohumlarımdan başqa heç kim mənə zəng vurub necə olduğumu soruşmurdu .İnsanların mənə bu cür diqqət göstərmələri məni həqiqətən çox sevindirdi.
Hamısının adı yadımda deyil, çünki o zaman əməliyyat ərəfəsi idi, amma Milli Məclis sədrinin  birinci müavini, 49 saylı Yevlax-Mingəçevir dairəsinin deputatı Əli Hüseyinli şəxsən mənə zəng vurub vəziyyətimlə maraqlandı ,daha sonra isə xəbər bilmək üçün öz köməkçisini bizə göndərdi və hər hansı bir ehtiyacımın olub-olmadığı ilə maraqlandı. Bir daha Əli müəllimə diqqəti üçün təşəkkür edirəm.

Dayım da ixtisasca həkim olduğu üçün mənə bəzi məsləhətlər verirdi. İmkan olduqca baş çəkirdi. Səmimi olaraq etiraf edim ki, bu müddət ərzində dayım deputat seçildiyi bölgədə olan digər qazilərlə mənim aramda heç bir fərq qoymadı. Hamımıza eyni tərzdə yanaşdı. Heç kimdən diqqətini əsirgəmirdi və bu məni çox sevindirdi. Təbii ki şəhid ailələrinə daha böyük diqqət göstərirdi və məncə də doğru olanı edirdi.
Qaldı ki, xüsusi diqqət məsələsinə mən buna ehtiyac görmürəm. Mən öz vətən borcumu yerinə yetirmişəm və buna görə də istəmirəm ki, kimsə özünü mənə borclu bilsin.


- Sağalandan sonra yenə hərbiyə qayıdacaqsınız?


- Bu mənim ən böyük arzumdur və hər gün Allahdan diləyirəm. Geyindiyim hərbi formanın dəyərini ondan uzaqda olanda daha çox anlayıram. Düzünü etiraf edim ki, hərbi formam üçün çox darıxmışam. Həkimlər ilk dəfə məni əməliyyata alanda ayağımı amputasiya etmək istəyirdilər. Onda mən onlardan xahiş etdim ki, başqa mümkün həll yolunu tapsınlar. Düzü, hələ də ağrılarım çoxdur, amma ümidimi itirmirəm. İnanıram ki, tezliklə sağalıb öz işimə qayıdacağam.


- Hazırda vətənimizin keşiyində duran əsgərimiz üçün "Əsgər salamınızı"eşidək.


- Salam Əsgər. İndi sənin əynində olan hərbi formanı mən bir daha geyinə biləcəyim günü həsrətlə gözləyirəm. Formanın üzərində daşıdığın bayraq bizim qürur yerimizdir. O bayraqda şəhidlərimizin qanı, qazilərimizin isə harayı yaşayır. Məhz o bayrağın tarixi torpaqlarımızda yüksəlməsi üçün biz var gücümüzlə vuruşduq. İndi sənin qoruduğun torpaqlar  da xalqımızın qürur mənbəyidir. Başını uca tutaraq, torpaqlarımızı göz-bəbəyin kimi qoru.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reza Deqatinin dərc olunmamış FOTOLARI 1 Avqust 2021, 12:36 Türkiyədəki yanğının peyk götüntüləri - FOTO 1 Avqust 2021, 12:30 Fransanın azərbaycanlı boksçusu hakimləri təhqir etdi - VİDEO 1 Avqust 2021, 12:25 Belçika karantini yumşaltdı 1 Avqust 2021, 12:19 Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi - FOTO-VİDEO 1 Avqust 2021, 12:15 Jirinovskinin düşüncə kasadlığı və psixolojik vəziyyəti... 1 Avqust 2021, 12:14 Rusiya iki ölkə ilə birgə hərbi təlimlərə başladı 1 Avqust 2021, 12:08 “Jirinovski yeni reallığı qəbul edə bilmir” - Tural Gəncəliyev 1 Avqust 2021, 12:00 MEDİA ekstremal jurnalistlər üçün təlim təşkil etdi 1 Avqust 2021, 11:45 Azərbaycanlı aktrisa özündən 6 yaş kiçik türk aktyora ərə gedir 1 Avqust 2021, 11:40 Sabah 37 dərəcə isti olacaq   1 Avqust 2021, 11:35 Ermənistanda virusdan ölənlərin sayı yenə artdı 1 Avqust 2021, 11:30 Atletimiz finala vəsiqə qazana bilmədi 1 Avqust 2021, 11:21 Jirinovskinin növbəti sərsəmləməsinə CAVAB 1 Avqust 2021, 11:14 Ərdoğan yanğınlarla bağlı son məlumatları açıqladı - VİDEO 1 Avqust 2021, 11:11 Gürcüstanda yoluxma və ölüm sayı artdı 1 Avqust 2021, 11:09 Bir gündə 8,5 milyard ton buzlaq əridi 1 Avqust 2021, 11:08 Mersində daha iki yanğın söndürüldü 1 Avqust 2021, 11:05 Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü 1 Avqust 2021, 11:04 Sabahdan bağçalar elektron qəbula keçir   1 Avqust 2021, 11:01 Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldular  1 Avqust 2021, 10:58 Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər 1 Avqust 2021, 10:51 İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ 1 Avqust 2021, 10:47 Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı 1 Avqust 2021, 10:38 Dostların içki məclisi qanla bitdi   1 Avqust 2021, 10:30 Toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu 1 Avqust 2021, 10:27 İsraildə 80 min vaksin məhv ediləcək 1 Avqust 2021, 10:18 “Tokio-2020”: daha 18 nəfərdə virus aşkarlandı 1 Avqust 2021, 10:08 Göygöldə gənci bıçaqlayan 20 yaşlı oğlan tutuldu  1 Avqust 2021, 10:04 Gədəbəydə “Xaş-xaş-2021” əməliyyatı 1 Avqust 2021, 10:00 Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar... 1 Avqust 2021, 09:59 İordaniya Suriya ilə sərhədi bağladı 1 Avqust 2021, 09:58 Qaxda 39 yaşlı kişini bıçaqlayan qandallandı 1 Avqust 2021, 09:51 Yoluxma sayı 530 mindən çox artdı 1 Avqust 2021, 09:47 Vahid Əhmədov: Jirnovski anlamalıdır ki... 1 Avqust 2021, 09:39