Modern.az

“ABŞ Cənubi Qafqazda daha fəal rol oynamaq istəyir” - Fərid Şəfiyevin ŞƏRHİ

“ABŞ Cənubi Qafqazda daha fəal rol oynamaq istəyir” - Fərid Şəfiyevin ŞƏRHİ

Analitika

29 Aprel 2021, 12:22

“Amerika yenidən bizim regionda fəal xarici siyasət aparmaq niyyətindədir.  Bayden adminstatiyasının xarici siyasətinin əsas hədəfi Amerikanın aparıcı rolunu bölgədə və dünyada yenidən bərpa etməkdir”.


Bu sözləri Modern.az-a açıqlamasında  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ-ın dövlət katibinin Prezident İlham Əliyevə geçikmiş zəngindəki əsas məqamlar barədə danışarkən deyib.


Onun sözlərinə görə, yeni fəal siyasət Amerikanın baxışıdır və bu baxış tam vaxtında yerinə yetirilməlidir:

“O cümlədən Cənubi Qafqazda daha fəal rol oynamaq istəyirlər. Təbii ki, Cənubi Qafqazda ən əsas siyasi, iqtisadi və hərbi güc Azərbaycandır. Ona görə Azərbaycanla dialoqların davam etdirilməsinə və digər dövlət səviyyəli məsələləri müzakirə etməyə çalışırlar”.


F.Şəfiyev həmçinin qeyd edib ki, Amerikanın 90-cı illərdən bəri  regionda üç əsas məsələsi var:


“Birincisi  ölkələrin suverənliyinin güclənməsi və təhlükəsizlik, ikincisi iqtisadi, üçüncü isə insan hüquqları və humanitar məsələlərdir. Dünənki danışıqda da əsas bu üç məsələ müzakirə olunub.

Aydındır ki, müəyyən bir fikir ayrılığı var, xüsüsən Amerikanın Azərbaycanla bağlı açıqlamalarına və mesajlarına baxsaq, bunu görərik.  Biz Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti artıq postmünaqişə dövrü kimi görürük, Amerika isə əksinə, prosesi yenidən bərpa etmək niyyətindədir, xüsusən status məsələsində.

Amma digər məsələlərdə bu zəng vacib idi ki, Baydenin 1915-ci il bəyanatından sonra gerçəkləşdi. Bu da göstərir ki, biz də Baydenin “erməni soyqırımı”  ifadəsinə etiraz etmişik. Amerika bizimlə işləmək, əlaqələr qurmaq və inkşaf etdirmək niyyətindədir”.


Aysel Məhərrəmova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır