Arxiv
13 May 2021, 23:53 | ANALİTİKA
Ermənistan-Azərbaycan sərhədində gərginliyin izi hara aparır? - TƏHLİL

Ermənistanın torpaqlarımızı işğal dövründə qanunsuz irəli çəkdiyi dövlət sərhədini indi Azərbaycan Ordusunun bərpa etməsi qarşı tərəfdən gərginlik ocağına çevrilir. Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı, Ermənistan XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrova, ATƏT-in fəaliyyətdə olan sədrinə zəng etdi, daha sonra rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına “dövlət sərhədimizə müdaxilə var” iddiası ilə müraciət ünvanladı.


İrəvanın zəng trafikinin ardınca Sergey Lavrovla Ceyhun Bayramov məsələni müzakirə etdi, Bayramov ATƏT sədri Ann Linde ilə də eyni mövzudan danışdı.


Baş verənlər suallar yaradır və diqqəti prosesin təkcə İrəvandan idarə olunmadığı fikrinə yönəldir.


- Dövlət sərhədinin bərpa edilməsi ilə bağlı şifahi razılaşmalar var, Ermənistan niyə indi məsələni bu qədər gərginləşdirdi?


- Bütün bunların Lavrovun bölgəyə səfərindən sonra olması təsadüfdürmü?


- Ermənistanın KTMT-yə müraciətini əslində necə oxuya bilərik?


Gərginliyin yaradılmasının Ermənistan hakimiyyətinin maraqları kontekstində birdən çox səbəbi görünür:

  • a) Müharibədən sonra dövlət sərhədinin bərpası ilə razılaşan Paşinyan seçkilərə getdiyi vaxt Ermənistan cəmiyyətində ajiotaj yaradan bu məsələdə geri çəkilmək istəmir və prosesin sonunda istədiyinə nail ola bilməsə belə, ən azından çalışdığını göstərə biləcək;
  • b) Sərhədin bərpası qaçılmaz olacaqsa, KTMT-yə müraciət nəticəsiz qalacaq, lakin Paşinyan bundan seçki öncəsi Rusiyaya sığınan əsas rəqiblərinə qarşı istifadə edə bilər;

  • c) KTMT-yə müraciət nəticə verməyəcəksə, Nikol seçkidən sonra bu faktı Rusiyadan uzaqlaşmaq üçün səbəb kimi göstərə bilər.

  • Lakin gərginliyin Lavrovun bölgəyə gəlişindən dərhal sonra yaşanması və məsələnin KTMT-nin gündəliyinə çıxarılması prosesdə rusların izinə diqqət çəkir. Mümkündür ki, Rusiya xarici işlər naziri regiona səfərində, xüsusilə Bakıda istəyinə nail ola bilmədi, görüşdə səslənən fikirlər və rəsmi Bakının mövqeyi də bu fikri gücləndirir. Və Rusiya bölgədə zəifləyən təsir vasitələrini gücləndirmək üçün yeni gərginlik ocağı yaradır və bunun dövlət sərhədində olmasının uzaqmənzilli hədəfləri var.

  • 1. 30 il ərzində Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün istifadə edən Rusiyaya yeni münaqişə ocağı, ən azı mübahisəli məsələ lazımdır. Üçtərəfli razılaşmalar və Azərbaycanın israrlı mövqeyi Qarabağda sülhməramlıların nəzarətindəki bölgələrin uzunmüddətli perspektivdə rıçaq olaraq istifadə etməyi çətinləşdirir.

  • 2. Niyə Laçın-Gorus sərhədindəki Qaragöl hövzəsi? İstisna deyil ki, Lavrov sərhədlərin demarkasiyası məsələsini İrəvanda və Bakıda müzakirə edib və İrəvanda Ermənistanın, Bakıda Azərbaycanın mövqeyinə uyğun mövqe sərgiləyib. Bu, həmin bölgədə hər iki tərəfin öz mövqeyində israrlı olmağa həsəvləndirmək gedişi ola bilər. Rusiya yaxşı bilir ki, bu bölgə SSRİ vaxtında da mübahisəli ərazi olduğu üçün iki ölkə tərəfindən müştərək qərarla qoruq kimi istifadə edilirdi. İndi bu bölgə Azərbaycan və Ermənistan sərhədində mübahisəyə çevrilə biləcək ən optimal ərazilərdən biri ola bilər.

  • 3. Yeni mübahisənin dövlət sərhədində yaradılması, prosesə KTMT-nin qoşulması Qarabağdan fərqli olaraq, məsələnin hərbi yolla həllini çətinləşdirir və bu, Rusiyanın “hakim” roluna şərait yaradan amildir.

  • 4. Prosesə KTMT-nin qoşulması həm də təşkilata üzv olan türkdilli ölkələrini Bakı və Ankara ilə münasibətdə çətin vəziyyətə sala, Rusiyanın “zəif qarnı” olan Mərkəzi Asiyada güclənən türk birliyinin önündə maneələr yarada bilər.

  • Lavrovun gedişindən sonra sərhəddə yaranmış gərginlik və Ermənistanın KTMT-yə müraciəti Paşinyanın seçki planından daha çox, 30 ildə ilk dəfə Cənubi Qafqazda mövqeləri bu qədər zəifləyən rusların oyunu kimi görünür.

    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    "Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05