Arxiv
7 İyun 2021, 12:10 | ANALİTİKA
Ermənistanda seçki “müharibəsi” başladı: əsas döyüş Zəngəzurda olacaq - TƏHLİL

Bu gün Ermənistanda seçkiqabağı təşviqat başlayır. 20 iyuna qədər indiyə kimi müşahidə etdiyimiz toqquşmaların iki qatını görə biləcəyik, xüsusilə “Gallup”un son sorğusunun nəticələri bu gözləntini artırır.


Paşinyan və Koçaryan: sorğu həlledici mübarizənin bu ikili arasında olacağını göstərir.


“Gallup”un mart ayında keçirdiyi sorğuda Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyası respondentlərin 33,1 faiz səsini toplamışdı, Koçaryan dördüncü yerdə idi. Mayın son günlərində “Mənim addımım” partiyasının səsi 22,9 faizə düşdü, Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi 17,5 faizə yüksəldi. Son sorğuda Paşinyan yerində sayır (22,9 faiz), Koçaryan isə irəliləyir (20,6 faiz).


Paşinyanın son üç ayda səs itirməsinin səbəbləri:

- Ermənistanın “hərbi əsir” adlandırdığı erməni diversantları qaytara bilməməsi;

- Laçın-Gorus sərhədində baş verən gərginlik;

- Sərhədlərin demarkasiyası ilə bağlı yeni sənədin imzalanacağı xəbərindən sonra hakimiyyətin “yeni xəyanətə” hazırlaşdığı üzərində güclənən ictimai rəy;

- Və sosial-iqtisadi vəziyyət: sorğuda iştirak edən respondentlərin 50,5 faizi yaşayış səviyyəsini pis, 16,4 faizi çox pis qiymətləndirir.

Bu amillər səslərin iqtidar düşərgəsindən müxalifət düşərgəsinə keçidinə şərait yaradır, lakin “niyə Koçaryan önə çıxdı” sualı əsasdır:

- Mart ayında keçirilən sorğuda Koçaryanın seçkiyə hansı formada gedəcəyi müəmmalı idi. May ayında “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyalarının birləşməsi ilə yaradılan “Ermənistan” blokuna rəhbərlik edəcəyini bildirdi;

- Seçki yaxınlaşdıqca, səsvermədə iştirak etmək istəyənlərin sayının artması və qərarsız qalanların seçim etməsi;

- Mövcud hakimiyyətdən uzaqlaşan elektoratın yaddaşında Serj Sarkisyanın dövründəki vəziyyətin Koçaryan hakimiyyəti dövründəkindən daha oyanıq olması;

- Ən əsası müharibədəki məğlubiyyətdən və sərhəd hadisələrindən sonra erməni cəmiyyətində millətçi qanadın “xilas yolu” olması rəyinin güclənməsi: Koçaryan müharibədən sonra “Vətənin xilası” hərəkatında təmsil olunan daşnakları və sərhəd böhranının yarandığı Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatoru Vahe Hakobyanın yaratdığı “Dirçələn Ermənistan” partiyasını yanına almaqla ağıllı oynadı, hərçənd, bu ağılın arxasında Moskvanın olduğu şübhəsizdir.


Paşinyanın son üç ayda 10 faizə qədər səs itirməsi, Koçaryanın onu haqlamasının başlıca səbəbi Zəngəzurda yaşananlardır və Ermənistanda seçkilərin əsas cəbhəsi də bu bölgə olacaq. Koçaryanın dünən Zəngəzura gəlməsi və seçki kampaniyasına buradan başlamaq qərarı da təsadüfi deyil.

Nikol təslim olmayacaq və seçkiqabağı iki istiqamətdə hərəkət edəcəyi gözləniləndir:

Birincisi, seçki kampaniyasında bütün resurslarını rəqib(lər)inə qarşı səfərbər edəcək:

  • 1. İnzibati resurslarla Koçaryanın kampaniyasına əngəl yaradacaq;

  • 2. Tərəfdarlarının gücündən istifadə edəcək, artıq dünən “Ermənistan” blokunun Çarentsavan şəhərindəki seçki qərargahı yumurta atəşinə qonaq edilib;

  • 3. Qarabağ danışıqlarına dair keçmiş hakimiyyətlərin güzəştlərini açıqlamağa davam edəcək: mümkündür ki, öldürücü zərbəni sona saxlayıb.

  • İkincisi, sərhəd xətti üzrə təxribat hücumlarını intensivləşdirə bilər:

  • 1. Diqqəti seçki atmosferindən yayındırmaq və cəmiyyəti “xarici düşmən”ə qarşı öz ətrafında birləşdirmək istəyəcək;

  • 2. Sərhəd istiqamətində hər-hansı yüksəkliyi götürməklə seçkiöncəki “kiçik qələbə” qazanmağa çalışacaq;

  • 3. Azərbaycan hərbçilərini əsir götürərək, erməni diversantlarla dəyişdirməyə cəhdlər edə bilər.

  • Sərhəddəki son təxribatlar da bu ehtimalları gücləndirir.

    Ermənistanda seçkiöncəsi dövrdə vacib məqamlardan biri də Azərbaycanın prosesinə təsir imkanlarıdır. Sərhəddə baş verənlər Paşinyan hakimiyyətinin səs itirməsi ilə nəticələndi, indi Bakı yenə Zəngəzurdan İrəvandakı seçkini yönləndirə bilər.

    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Astarada restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58 Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB 28 İyul 2021, 11:53 Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA 28 İyul 2021, 11:48 Şəhidin bank kartından pul oğurlandı 28 İyul 2021, 11:42 Dünən 94 yanğın olub, 4 nəfər xilas edilib 28 İyul 2021, 11:36 Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama   28 İyul 2021, 11:30 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı   28 İyul 2021, 11:25 Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi - YENİLƏNİB 28 İyul 2021, 11:20 Azərbaycanda professor vəfat etdi  28 İyul 2021, 11:15 Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində ATIŞMA GEDİR 28 İyul 2021, 11:10 Ağdaş sakinindən “patı” və tramadol götürüldü - FOTO 28 İyul 2021, 11:04 Ortaq Türk ordusu yaradılacaq? - Spikerdən CAVAB 28 İyul 2021, 10:58 Azərbaycan nefti bahalaşdı  28 İyul 2021, 10:52 Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO 28 İyul 2021, 10:46 Ermənilər mövqelərimizi tanklardan atəşə tutur  28 İyul 2021, 10:40 Nazir “Bakı bəyannaməsi”nin əhəmiyyətindən danışdı 28 İyul 2021, 10:34 Ceyhun Bayramov Mustafa Şentopla görüşdü - FOTO 28 İyul 2021, 10:28