Modern.az

Ali məktəb və kolleclərə sənəd qəbulu başa çatdı

Ali məktəb və kolleclərə sənəd qəbulu başa çatdı

9 İyun 2021, 14:21

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu başa çatıb.

 

Modern.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sənəd qəbulu bu gün saat 14:00-da yekunlaşıb.

 

İlkin məlumata görə, I ixtisas qrupu üzrə 28478 (Azərbaycan bölməsi 26087, rus bölməsi 2391), II ixtisas qrupu üzrə 16660 (Azərbaycan bölməsi 15044, rus bölməsi 1616), III ixtisas qrupu üzrə 20974 (Azərbaycan bölməsi 19353, rus bölməsi 1621), IV ixtisas qrupu üzrə 4995 olmaqla (Azərbaycan bölməsi 4373, rus bölməsi 622) ümumilikdə 71107 abituriyent (Azərbaycan bölməsi 64856, rus bölməsi 6250) qeydiyyatdan keçib.

 

V ixtisas qrupu üzrə 55762 abituriyent qeydiyyatdan keçib (Azərbaycan bölməsi 51839, rus bölməsi 3923).

 

11 illik təhsil bazasından kolleclərə qeydiyyatdan keçən abituriyentlərin sayı 60013 (Azərbaycan bölməsi 57028, rus bölməsi 2985) olub.

 

Qeyd edək ki, ali təhsilin müəssisələrinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu mayın 26-dan başlayıb. Sənəd qəbulu iyunun 8-də başa çatmalı olsa da, iyunun 9-na qədər uzadılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?