Arxiv
12 İyun 2021, 21:56 | ANALİTİKA
Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyriişləyəcək - ŞƏRH

Azərbaycan nəhayət Ermənistandan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritəni aldı, bunun müqabilində isə 15 diversantı Gürcüstan vasitəsilə düşmən tərəfə təhvil verdi.

Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkici idi.

“Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyinin təqdir edildiyi bildirilən açıqlamada eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinkenin, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusilə qeyd edildi. Bu sırada bircə Rusiyanın adı çəkilmədi. Səbəb sadədir. Çünki Rusiya mina xəritələrinin Azərbaycana təhvil verlməsi üçün İrəvana təzyiq etmədi. Halbuki, bunu ilk növbədə Moskva həyata keçirə bilərdi. Azərbaycan və Ermənistan bu dəfə başqalarının vasitəçiliyi ilə məsələni yoluna qoydular”.

Ekspert deyib ki, ilk mina xəritəsinin Azərbaycana təhvil verlməsinin aşağıdakı nəticələri ola bilər:


“Birincisi, bu yolla biz beynəlxalq aləmin minalar mövzsusuna diqqətini artırmış olduq. Bundan sonra Ermənistan “bizdə minalanmış ərazilərin xəritələri yoxdur” yalanını təkrarlaya bilməyəcək. Bu informasiya müharibəsində xeyrimizə işləyəcək.

İkincisi, parlament seçkisi öncəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 15 ermənini geri qaytarmaqla az da olsa reytinqini artırmağa müvəffəq olacaq. O, bundan sonrakı mitinqlərdə “qalan erməni əsirləri də geri qaytaracam” tipli açıqlamalar verəcək”.

 

E.Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan haqqında heç zaman açıq danışmadığı minalanmış ərazinin xərtələrindən ilkini Azərbaycana təhvil verməklə həm də artan kənar təzyiqdən yaxasını qurtarmağa çalışdı.

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan minalanmış ərazilərin xəritəsini NATO toplantısındakı çıxış mətninə salmışdı. Paşinyan NATO toplantısı başlayana qədər ilk xəritəni Azərbaycana təqdim etməklə Türkiyə Cumhurbaşqanının çıxışının minalarla bağlı hissəsinin effektini azaltmağı hədəflədi.

Ancaq Ermənistan bir xəritə ilə işini bitmiş saya bilməz, bütün xəritələr Azərbaycana təhvil verilməlidir. Əlimiz gücləndi, minalar məsələsində Ermənistana təzyiq nəticə verdi. Davamı gəlsin. Əgər əlimizdə olan bir qisim erməninin Ermənistana təhvil verilməsiylə seçki öncəsi Paşinyanın mövqeyi güclənəcəksə, qoy olsun. Robert Köçəryandansa, qoy elə Paşinyan hakimiyyətinə davam etsin”.


Siyasi şərhçi Asif Nərimanlı da deyir ki, Bakının erməni diversantlarla bağlı planı işlədi və bu, ən unikal barterdir.


“Bakı bununla həm də Ermənistanda seçki öncəsi reytinqi geriləyən Paşinyanın əlini gücləndirir.

Barterin baş tutmasında Rusiyanın yox, Qərbin vasitəçilik etməsi də seçki öncəsi Paşinyana dəstək məqsədi daşıyır.

Növbəti həftədə - Ermənistanda seçkiyə qədər digər rayonların mina xəritələrinin verilməsinin də şahidi ola bilərik”.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prokurorluqdan polisin bıçaqlanması ilə bağlı açıqlama 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25