Arxiv
15 İyun 2021, 09:44 | ANALİTİKA
Ərdoğan Baydenlə razılığa gələ bildimi…

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO toplantısı çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşdən sonra verdiyi açıqlamalarda və suallara cavablarından bu qənaətə gəlmək olar ki, tərəflər arasında mövcud fikir ayrılıqları ortadan qaldırılmadı. Bir görüşlə bütün məsələlərin həll ediləcəyi əvvəlcədən də gözlənilmirdi. Vaşinqton nə Suriyada PKK-ya bağlı terrorçulara dəstəkdən vaz keçəcək, nə də Pensilvaniyada rahat həyat sürən Fətullah Güləni Türkiyəyə təhvil verəcək. F-35 təyyarələri və S-400 raketləriylə bağlı məsələdə də fikir ayrılığı davam edir”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Ərdoğan-Bayden görüşünü şərh edən“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, dünənki görüşdə fikir ayrılıqlarının olmasına baxmayaraq, iki böyük dövlətin lideri arasında dialoq mühitinin formalaşması tərəflər üçün faydalıdır.

“Digər tərəfdən liderlər fikir ayrılığı yaradan mövzuların diplomatlar və hərbçilər səviyyəsində müzakirələrinin davam etdirilməsi zərurətini vurğuladılar. Misal üçün iki dövlət arasında bir çox fikir ayrılığına baxmayaraq, Əfqanıstanda əməkdaşlıq davam edəcək. Bayden qarşısına məqsəd qoyub ki, bu ilin 11 sentyabrına qədər ABŞ qoşunları Əfqanıstanı tərk etməlidir. Ancaq Vaşinqton və NATO ondan da narahatdır ki, bundan sonra Əfqanıstan yenidən qarışa bilər və illərlə bu ölkədə çəkdikləri əziyyət hədər gedə bilər. Bu baxımdan Türkiyə hərbçilərinin strateji əhəmiyyətli Kabil hava limanında təhlükəsizliyi qorumağa davam etməsi həm ABŞ, həm də NATO-nun xeyrinədir”.


Ərdoğanın Baydeni Türkiyəyə dəvət etməsinə toxunan  siyasi ekspert deyib:

“Bayden keçmişdə Türkiyədə olub. Ancaq Ərdoğan bu dəfə prezident Baydeni Ankarada görmək istəyir. Ərdoğan Baydendən başqa münasibətlərində problem yaşadığı Fransa prezidenti Emmanuel Makron və Yunanıstanın baş naziri Kiryakos Mitsotakislə də görüşdü. Hiss olunur ki, Makron Türkiyə ilə münasibətləri yumşaltmağa çalışır. Ərdoğan da Fransa ilə əməkdaşlığını keçmişdəki axarına qaytarmaq istəyir. Əlbəttə, Türkiyə ilə Fransa arasında müxtəlif bölgələrdə rəqabət davam edəcək. Ancaq bu rəqabəti müvafiq oyun qaydaları çərçivəsində də aparmaq mümkündür. Ərdoğanın Yunanıstanın baş nazirinə də vacib təklifi olub: “Aramızda problem olanda üçüncü dövlətləri bu işə qarışdırmayaq, birbaşa telefon əlaqəsi saxlayaq”.

NATO toplantısı başa çatdı. Heç bir lider münasibətlərdə gərginlik istəmədəyini bu toplantıda ortaya qoydu, önəmli olan verilən vədlərin yerinə yetirilməsidir”.

E.Şahinoğlu xatırladıb ki, NATO toplantısında Qarabağ barədə fikir mübadiləsi olmadı:

“Lap yaxşı, dəstək istəmirik, əsas odur ki, bizə mane olmasınlar. NATO bizə mane olmur. Rəcəb Təyyub Ərdoğan Brüsseldəki mətbuat konfransını bu sözlərlə bitirdi: “Azərbaycana gedirəm”. Azərbaycan və Şuşa Ərdoğanı səbirsizliklı gözləyir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25 Onlayn "patı" satan şəxs saxlanıldı - VİDEO 31 İyul 2021, 14:23 53 deputatdan Eldəniz Səlimovla bağlı spikerə MÜRACİƏT 31 İyul 2021, 14:22 Eldəniz Səlimov yoxa çıxıb - Deputatlar da onu tapa bilmir 31 İyul 2021, 14:19 ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTOLAR 31 İyul 2021, 14:16 Ermənistanın növbəti yalanı: MN açıqlama yaydı 31 İyul 2021, 14:09 Xaricdə təhsil almış məzunlar Ağdama gediblər 31 İyul 2021, 14:02 Ərdoğan yanğın bölgələrinə gedir 31 İyul 2021, 13:55