Modern.az

III qrupda müsabiqə balı daha yüksək olacaqMəleykə Abbaszadə

“III qrupda müsabiqə balı daha yüksək olacaq” - Məleykə Abbaszadə

Təhsil

23 Avqust 2021, 15:33

“III qrupda bu il 600 baldan yuxarı nəticə göstərən 617 nəfərdir. Keçən il isə bu, 555 nəfər idi”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

"Bu, o deməkdir ki, reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq. Məsələn, hüquqşünaslıq ixtisasına keçid balı 600 bal idisə, bu il daha yuxarı olacaq”, - DİM sədri bildirib.

 

M. Abbaszadə qeyd edib ki, ötən il keçid balları 400 baldan yuxarı formalaşmışdırsa, bu il keçid balı artacaq.

 

“150 baldan yuxarı nəticə göstərənlər keçən il 17964 nəfər idisə, bu il 16567 nəfərdir. Burada azalma var. Bu azalma müsabiqə vəziyyətinə təsir göstərməyəcək. III qrupda müsabiqə balları daha yüksək olacaq. Ola bilər ki, bəzi ixtisaslarda müsabiqə vəziyyəti ötənilki səviyyədə qalsın”.

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!