Modern.az

Vaksin vurdurmayan müəllimlərə məhdudiyyətlər olacaq

Vaksin vurdurmayan müəllimlərə məhdudiyyətlər olacaq

24 Avqust 2021, 13:06

“Əks göstəriş arayışı olan 35 minə yaxın təhsil işçisi vahid əks göstəriş sertifikatı almalıdır”.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda məlumat verib.

 

O qeyd edib ki, vaksinasiya başlayandan bəri kifayət qədər təhsil işçisi əks göstəriş haqqında arayışlar təqdim edib:

 

“Keçən həftədən rayon təhsil şöbələrinə tapşırıq verilib, ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri bizə dəstək olmalıdır. Bunun da yolu vaksinasiyadır, hələ ki, başqa yolu yoxdur”.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva isə deyib ki, təhsil kütləvilik daşıdığı üçün əks göstərişli insanları belə kütləvi mühitə buraxıb, digərlərini risk altına ala bilmərik:

 

“Bununla bağlı müəyyən məhdudiyyətlər olacaq və bu, tam şəkildə açıqlanacaq. Bu məsələlər hələ ki, müzakirə olunur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır