28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
13 Sentyabr 2021, 12:14 | HADİSƏ
Maxi.az mağazası qanuna məhəl qoymur - Müştərinin hüquqları pozulub

“Biz bu malı geri qaytara bilmərik!”. Bu, Azərbaycanda istehlakçıların aldıqları malları müxtəlif səbəblərdən geri qaytarmaq istəyən zaman satıcılar tərəfindən verilən ən kəsə cavabdır. “Niyə, “nə üçün”, “qanunvericilikdə alınan mal 14 günə qaytarıla və dəyişdilə bilər” arqumentləri isə mağaza əməkdaşlarının müştərini bir-birinə yönəltməsi və nəticədə süründürməçiliyə qədər gedib çıxır.


Elə eyni aqbitələ üzləşdiyindən Modern.az-a müraciət edən vətəndaş Samir İsrafil oğlu Əlixanov kimi.


S.Əlixanov 5 sentyabr 2021-ci ildə Maxi.az mağazasının “Ganclik Mall”dakı filialından aldığı qulaqcığı 10 sentyabr 2021-ci ildə dəyişdirmək məqsədilə müraciət etdikdə, satıcının anlaşılmaz cavabı ilə qarşılaşıb. Qanunvericiliklə vətəndaş aldığı malı 14 günə dəyişdirə, dəyəri geri verilməklə qaytara bilər. Amma Maxi.az-ın satıcısı vətəndaşa bildirib ki, həmin qulacıqla mağzananın servis xidmətinə yaxınlaşmalı, orada mala zərər dəymədiyinə dair müsbət rəy alıb, müvafiq sənəd gətirməklə onun dəyişdirilməsi üçün müraciət etməlidir.

 

Müştəri buna etiraz olaraq, malı mağazada qoyaraq, bu barədə rəhbərliyə və aidiyyatı quruma şikayət edəcəyini bildirib. Daha sonra onunla əlaqə saxlayan başqa bir əməkdaş müştərini kobudluqda ittiham edib. Və bildirib ki, əgər müştəri satıcı ilə yüksək tonda danışmasaydı, məsləni mağazadaca həll etmək mümkün idi. Buradan belə anlaşılır ki, mağaza müştərilərə ikili münasibət göstərir. Kefinə düşənin malını yerində dəyişir, kefinə düşməyəni isə servisə göndərməklə süründürür. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna ziddir.


Bu barədə Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, alınan malların qanunvericilikdə nəzərdə tutulan formada və zamanda geri qaytarılmaması istehlakçıların hüquqlarının pozulması deməkdir:


“1995-ci il sentyabrın 19-da Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olunub. Qanuna görə, hər bir istehlakçı malın keyfiyyəti, təhlükəsizliyi barədə düzgün məlumat almaq, saxta məhsula görə düşdüyü ziyanın ödənilməsini tələb etmək, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

 

Qanunla istehlakçının tələbini ödəməyən mal 14 gün müddətində, kassa çeki olmaq, malın görünüşü, xüsusiyyətləri pozulmamaq şərtilə dəyişdirilə, əgər dəyişməyə uyğun mal olmazsa, bu halda qaytarıla bilər. Satıcı bunu icra etməyə borcludur. Kassa çekinin olması mühüm şərtlərdən biridir”.

 

E.Hüseynov deyib ki, istehlakçıların hüquqları istənilən ticarət və xidmət sahəsində pozularsa, İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər:



“195-2 nömrəsi ilə öncə dediyim dövlət qurumuna, (012) 441-28-33 nömrəsi ilə Azad İstehlakçılar Birliyinə müraciət etmək mümkündür. Bütün hallarda istehlakçıların hüquqlarını qoruyuruq”.

 

Qeyd edək ki, Azərbaycan ərazisində pərakəndə ticarət obyektlərində qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla, bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla, istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları dəyişdirilməli olmayan malların siyahısını təşkil edir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orduda müharibənin ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO 28 Sentyabr 2021, 20:28 Dövlət başçısı XİN başçılarının ABŞ-dakı görüşündən DANIŞDI 28 Sentyabr 2021, 20:18 Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası oldu 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15 Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir 28 Sentyabr 2021, 17:10 Müdafiə Nazirliyi Ermənistanın məlumatını təkzib etdi 28 Sentyabr 2021, 17:10 İqtisadi Şuranın səlahiyyətləri artırılıb 28 Sentyabr 2021, 17:05 Şeyxülislam din xadimlərini II Fəxri xiyabana apardı 28 Sentyabr 2021, 17:00 “ASAN Xidmət” işçilərinin say artırıldı 28 Sentyabr 2021, 16:55
SORĞU Hansı vaksinə etibar edirsiniz?