Arxiv
21 Sentyabr 2021, 11:47 | ANALİTİKA
Sülh müqaviləsi yalnız bu halda imzalana bilər - ŞƏRTLƏR

Müharibədən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparıldığı barədə iddialar səngimir. Ötən həftə Ermənistan mediası Moskvada “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb.

 

İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla “sülh müqaviləsi”nin detallarını müzakirə edib.

 

İndiki durumda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündürmü? Belə bir müqavilə imzalanarsa, şərtləri necə olmalıdır?

 

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov xatırladıb ki, artıq Azərbaycan və Ermənistan arasında “10 noyabr” razılaşması mövcuddur. Müqavilə çərçivəsində Ermənistan bir çox öhdəlikləri üzərinə götürsə də, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınır:

 

“Məsələn, Zəngəzur dəhlizinin açılması ilə bağlı addım atılmaması, Ermənistanın Azərbaycan ərazilərinə aid hələ də siyasi məqsədlərinin olması razılaşmaya uyğun deyil. Münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. Amma rəsmi İrəvan yeni şəraitdə belə bu siyasəti davam etdirməyə çalışır. Parlament seçkilərindən sonra baş nazir Nikol Paşinyanın təqdim etdiyi proqramda Qarabağa aid hansısa müddəalar nəzərdə tutulur. Bu isə Ermənistanın “miatsum” siyasətinin davamıdır. Erməni rəhbərliyi bundan əl çəkməsə, heç bir sülh müqaviləsi və ya bənzər sənəd də imzalana bilməz”.

 

 

Tofiq Zülfüqarov hesab edir ki, əgər sülh müqaviləsi imzalanacaqsa, mütləq şəkildə həmin sənəddə Ermənistan bütün Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul və bəyan etməlidir:

 

“Qarabağda istənilən məsələ Azərbaycanın qanunları əsasında, Azərbaycanın dövlət qurumları ilə həll olunmalıdır. Məhz bu zaman sülh mümkündür. İndiki şərtləri nəzərə aldıqda sülh məsələsinə pessimist yanaşıram. Çünki Ermənistanın niyyətinin daha çox istəyi görüntü yaratmaq olduğu aşkardır. Ermənilər elan edirlər ki, Türkiyə ilə münasibətləri qaydasına salmaq istəyirlər. Halbuki əvvəldən şərt qoymağa çalışırlar. Burada erməni siyasi oyunu var. Onların rəsmi olaraq həm konstitusiyasında, həm də “Müstəqillik Bəyannaməsi”ndə Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Qonşu dövlətlərə iddiaları davam etdirərək, onlarla əlaqə qurmaq mümkün deyil.

 

Azərbaycan tərəfi Ermənistanın oyunlarını bilir və görür. Hətta mən deyərdim ki, Ermənistan rəhbərliyi özü də artıq beynəlxalq ictimaiyyətin onun uydurduğu yalanlara inanmadığını dərk edir. Yenə də real addımlarla uyuşmayan bəyanatlar səsləndirərək, Ermənistanın “sülhpərvər” imicini yaratmağa çalışmaqdan əl çəkmirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş nazir Türkiyənin Vitse-prezidentinə məktub göndərdi 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41