Arxiv
24 Sentyabr 2021, 10:05 | TƏHSİL
Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri tələbə adını qazana bilib. Belə ki, 21856 nəfər dövlət sifarişi əsasında, 23005 nəfər isə ödənişli əsaslarla təhsil almaq imkanı əldə edib.

 

Əvvəlki illərlə müqayisədə son dövrdə ödənişli və dövlət sifarişli təhsil alanlar arasında say nisbətinin bu qədər azalması diqqət cəlb edən məqama çevrilib.

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Şahin Seyidzadə vurğulayıb ki, ödənişli əsaslarla ali məktəblərə qəbul olan tələbələr arasında sosial qayğıya ehtiyacı olan ailələrin övladları, təhsil xərclərindən azad edilən şəxslər də var:

 

"Ötən gün 2021-2022-ci tədris ili üçün imtahan vermiş və ali məktəblərə qəbul olmuş tələbələrin təhsil ocaqlarında qeydiyyatı üçün son gün idi və biz ən dəqiq rəqəmləri bir neçə gün sonra əldə edə biləcəyik. Lakin ümumi mənzərəyə nəzər saldıqda ödənişli əsaslarla qəbul olan və dövlət sifarişli təhsil alacaq tələbələr arasında böyük say fərqi müşahidə etmirik. Bunu da qeyd etmək yerinə düşər ki, qəbul olan tələbələrin siyahısına sosial cəhətdən qayğıya ehtiyacı olan, təhsil haqqından azad edilən tələbələr də daxildir. Keçən il statistikasına uyğun olaraq, imtiyazlı tələbələrin sayı 17 mindən artıq idi. Bu tələbələr arasında şəhid ailələrinin övladları, valideynlərini itirən, sosial qayğıya ehtiyacı olanlar yer alırdı. Bu il də ödənişli əsaslarla qəbul olan minlərlə imtiyazlı tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq”.

 

 

 

Ş. Seyidzadə qeyd edib ki, dövlət ali təhsilin əlçatanlığını təmin etmək və bütün təbəqələrin sosial təminatını yaxşılaşdırmaq məqsədilə yürütdüyü siyasətini davam etdirir:

 

“Ali məktəbə qəbul olan şəxslərin təhsil xərclərinə dəstək göstərilməsi üçün atılan addımlar bununla da kifayətlənməyib. Bu il ilk dəfə olaraq tələbə təhsil krediti tətbiq olunacaq və gözlənilən budur ki, həmin  kreditlər hesabına tələbələrin təhsil xərclərində də xeyli yüngülləşmə baş versin. Beləliklə, təhsil alanlar üçün yaradılan şəraitlər hesabına bu il ödənişli əsaslarla təhsil alacaq tələbələrin bir çoxu təhsil xərclərindən azad ediləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putindən sərhəd məsələsi barədə AÇIQLAMA 22 Oktyabr 2021, 00:56 Daha bir ölkə yerli raketini kosmosa göndərdi 22 Oktyabr 2021, 00:45 Putin Ərdoğanın bəyanatına münasibət bildirdi 22 Oktyabr 2021, 00:37 UEFA-dan "Qarabağ" PAYLAŞIMI 22 Oktyabr 2021, 00:32 Qırğızıstandan “Bayraktar” SİFARİŞİ 22 Oktyabr 2021, 00:27 Putin Zəngəzur dəhlizindən DANIŞDI 22 Oktyabr 2021, 00:10 İranla sərhədin tam nəzarətə götürülməsindən 1 İL KEÇİR 22 Oktyabr 2021, 00:06 Türkiyə əhalisinin 77%-i tam peyvəndlənib 21 Oktyabr 2021, 23:52 Putin Qarabağdan danışdı: “İlham Əliyev müdriklik nümayiş etdirdi” 21 Oktyabr 2021, 23:38 "Qarabağ" qələbəyə layiq idi" 21 Oktyabr 2021, 23:24 “Aufiderzeyn”: Merkel sonuncu dəfə Aİ sammitində iştirak edir 21 Oktyabr 2021, 22:51 "Qarabağ" "Kayrat"la oyunu qələbə ilə başa vurdu - YENİLƏNİB 21 Oktyabr 2021, 22:39 Sahibə Qafarova ATƏT PA-nın sədri ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 22:22 İngilis deputatı öldürən şəxs İŞİD-i dəstəkləyirmiş 21 Oktyabr 2021, 22:16 Pakistan XİN başçısı Kabilə səfər etdi 21 Oktyabr 2021, 21:48 Saakaşvilinin atasını infarkt vurdu 21 Oktyabr 2021, 21:31 Zığda ağaclıq ərazidə YANĞIN 21 Oktyabr 2021, 21:14 Xərçəngdən sağalan zabitə mənzil verildi - FOTO 21 Oktyabr 2021, 21:07 Sahibə Qafarova İsveçrəli həmkarı ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 20:46 Dünyada COVID-dən ölən tibb işçilərinin SAYI 21 Oktyabr 2021, 20:40 Sahibə Qafarova Avropa Konfransında çıxış etdi - VİDEO 21 Oktyabr 2021, 20:21 Efiopiya Tiqray bölgəsinə yenə zərbələr endirdi 21 Oktyabr 2021, 20:11 Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40