Modern.az

HƏMAS liderinin evi bombalanıb

HƏMAS liderinin evi bombalanıb

17 Noyabr 2012, 14:10

İsrail HƏMAS təşkilatının liderlərindən biri olan Süleyman Salahın evini bombalayıb. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə zamanı onlarla insan yaralanıb. Bina “F-16” hərbi təyyarələri ilə hədəfə alınıb. Fələstin səhiyyə nazirliyi isə üç gündür davam edən əməliyyatlarda ölənlərin sayının 31-ə yüksəldiyini bildirib.

Xatırladaq ki, İsrail Qəzzadakı hökumət binasını da bombalayıb. Həmas təşkilatının rəsmisi Tahir ən-Nunu isə heç bir güzəştə getməyəcəklərini bildirib. “Təzyiqlər heç bir halda bizə xalqımıza xidmət etməkdə mane ola bilməz. Hökumət yoluna davam edəcək, və işğalçılar əvvəl-axır çıxıb gedəcək”. BMT baş katibi Pan Ge Mun HƏMAS-ı İsrailə raket zərbələrini endirməyə son qoymağı tələb edir.  

Aqşin Kərimov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi