Modern.az

NATO Əfqanıstanda 33 dinc insanı öldürdü

NATO Əfqanıstanda 33 dinc insanı öldürdü

22 Fevral 2010, 15:53

NATO hərbi təyyarələrinin Əfqanıstanda səhv raket zərbələri  davam edir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  Əfqanıstanın cənubunda NATO hava zərbələri ən azı 33  dinc insanın həyatına son qoyub.  Əfqanıstan hökumətindəki mənbə faciənin Urezqan vilayətində baş verdiyini bildirib. Açıqlamada həlak olanlar arasında qadın və uşaqların da olduğu xəbər verilir.

 

Əfqanıstandakı NATO komandanlığı da baş verənləri təsdiqləyib. Məlumata görə, 3 sərnişin avtobusu zərbələrə hədəf olub. Avtobuslarda ümumilikdə 42 sakin olub. NATO təyyarələri avtobuslarda terrorçuların olmasını zənn edərək onlara raket zərbələri endirib.   NATO komandanı Stenli Maykkristal baş verənlərdən üzüntü duyduqlarını bildirərək bu cür hadisələrin ölkədə NATO qüvvələrinə inamı sarsıtdığını deyib. General Maykkrstal hadisəyə  görə prezident Həmid Karzayidən üzr istəyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...