Arxiv
5 mart 2013, 12:23 | MÜSAHİBƏ
Vurğun Əyyub: “Onlar müxalifət adından danışıb, hakimiyyətə yarınırlar” - MÜSAHİBƏ

“Belə bir missal var: ümidsiz olan şeytandır”

Modern.az saytının budəfəki müsahibi Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyubdur. Bir müddət Türkiyədə işləyən V.Əyyub sonradan Azərbaycana qayıdaraq Xəzər Universitetində fəaliyyət göstərməyə başlayıb.

- Vurğun bəy, artıq bir neçə aydır ki, Türkiyədən qayıtmısınız. Amm aktiv siyasi fəaliyyətiniz bir o qədər də hiss olunmur. Bu nə ilə bağlıdır?

 - Hazırda Müsavat Partiyasının Divan üzvü olaraq qalıram. Amma indi universitetdə çalışdığım üçün işlərim bir az çoxdur. Bu baxımdan deyə bilmərəm siyasi fəallığım hansı səviyyədə olacaq. Siyasi fəallığım partiyanın proqram və fəaliyyəti çərçivəsindədir. Bu istiqamətdə mən də gücüm çatan qədər, vaxtım imkan verdiyi qədər siyasi partiyama və onun siyasi fəaliyyətinə dəstək verəcəm.

- Prezident seçkiləri yaxınlaşır. Seçkiöncəsi ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? Sizcə, seçkilər Azərbaycana nə vəd edir?

- Azərbaycanda vəziyyət xeyli dərəcədə gərgindir. İnsanların narazılıqları ən yüksək səviyyəyə çatıb. Narazı insanları qanunsuz həbslərlə qorxutmağa çalışırlar. Bildiyimiz kimi, hazırki durumda diqqət çəkən məqam qarşıdan gələn prezident seçkiləridir. Görünür müəyyən dairələr bu seçkiləri əvvəlkilər kimi keçirmək istəyirlər. Ümumilikdə ictimai-siyasi vəziyyət ürəkaçan deyil.

- Müxalifət düşərgəsində seçkilərlə bağlı müəyyən hazırlıqlara start verilib. Müsavat başqanı İsa Qəmbər başda olmaqla bir sıra liderlər namizəd olacaqlarını elan ediblər. Müxalifətin seçkilərdə qalib gəlmək şansımnı necə qiymətləndirirsiniz?

- Məsələ burasındadır ki, namizəd irəli sürülmədən qüvvələri hərəkətə gətirmək mümkün deyil. Əgər biz seçkilərin xalqın arzuladığı kimi keçirilməsini istəyiriksə, o zaman müxalifət qüvvələri tərəfindən də ciddi işlər görülməlidir. Bu fəaliyyətin uğurlu davam etdirilməsi üçün əlbəttə ki, namizədlik olmalıdır. Bildiyimiz kimi, bu istiqamətdə ilk addımı Müsavat Partiyası atdı. Hesab edirəm ki, qalib gəlmək üçün görüləcək müəyyən işlər var.

- Qeyd etdiyiniz kimi, bu istiqamətdə Müsavat Partiyası ilk addımı ataraq İsa Qəmbərin namizədliyini irəli sürdü. Sizcə, İsa bəyin qalib gəlmək şansı realdırmı?

- Mən bu suala belə bir misalla cavab vermək istərdim ki, ümidsiz olan şeytandır. Hər bir siyasətçi gələcəyinə ümidlə baxmalıdır. Amma ümidlə baxmaq o demək deyil sən əl-qolunu yanına salıb oturmalısan, seçki özlüyündə keçəcək. Buna görə sistemli və ardıcıl şəkildə işləmək tələb olunur. Müsavat Partiyası da seçkiyə yönəlik fəaliyyətini davam etdirir.
Seçkiyə start verilmədiyindən bir sıra məsələlər var ki, onları indi həyata keçirmək mümkün deyil. Bu qanunla da mümkün deyil. Amma partiyanın öz strukturlarını yenidən gözdən keçirmək, demokratik mühitin yaxşılaşdırılması, müxtəlif siyasi qüvvələr arasında əməkdaşlığın qurulması istiqamətində görülən işlər və s. qarşıda duran əsas prioritetlərdir.

- Vurğun bəy,  uzun sürən söz-söhbətlərə baxmayaraq müxalifət düşərgəsi ənənəvi olaraq ümumi mövqedən çıxış edə bilmir. Yəni vahid namizəd məsələsi fiaskoya uğradı. Müxalifətin seçkilərdə pərakəndə şəkildə təmsil olunması haqda nə deyə bilərsiniz?

- Bu haqda 10 ildən artıqdır danışırıq, sualları cavablandırırıq. Təbii ki, tutduqları mövqeyi üst-üstə düşən qüvvələrin seçkilərdə bir namizədlə iştirak etməsi arzuolunandır. Siyasət gerçəkləri nəzərə almaq sənətidir. Hesab edirəm ki, müxalifətin vahid namizədindən danışmaq indiki məqamda zərərli və sağlam müxalifət qüvvələrini fəaliyyətdən saxlamaq məqsədi güdür. Müxalifətdə də müxtəlif qüvvələr var. Müxalifət adından danışıb, əslində hakimiyyətə yarınan qüvvələr var. Bunlarla birlikdə vahid namizədin olması qeyri-mümkündür.

- Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycada dövlət çevirilişinin hazırlandığı barədə bəyanatı geniş rezonans doğurdu. Müsavat Partiyasını bu istiqamətdə sərgilədiyi mövqeyinə görə, sərt tənqid edənlər də oldu.

- Bu barədə ortada konkret faktlar ifadə olunub. Bu narahatçılığın nə dərəcədə əsaslı olub-olmadığı barədə mənim məlumatım yoxdur. Amma təbii ki, Azərbaycanda hansısa xarici qüvvənin ölkənin müstəqilliyinə, suverenliyinə təhlükə törədə biləcək addımları olacaqsa, biz bir müxalifət partiyası kimi bu təhlükənin qarşısında olacağıq.

- Vurğun bəy, sonda zaman-zaman hakimiyyətin hədəfinə çevrilən Ziyalılar Forumu və eləcə də təşkilatın fəaliyyəti ilə də bağlı fikirlərinizi bilmək istərdik.

- Bu barədə mənfi fikirləri səsləndirən insanlar bir dənə fakt ortaya qoysunlar. Bu sadəcə Ziyalılar Forumunu gözdən salmaq üçün söylənilən iddialardır. Mən bunu ciddi qəbul eləmirəm.

 

Anar RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20 MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50 Almaniyada vaksinasiya pulsuz olacaq 4 Dekabr 2020, 17:44 “Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib” - Şentop 4 Dekabr 2020, 17:38 Dolların məzənnəsi sabit qaldı 4 Dekabr 2020, 17:32 ATƏT-ə yeni baş katib təyin olundu 4 Dekabr 2020, 17:26 Bakı və Yerevan əsirlərin tam siyahısını “Qızıl Xaç”a TƏQDİM ETDİ 4 Dekabr 2020, 17:20 Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO 4 Dekabr 2020, 17:14 Bakıda parada hazırlıq işləri gedir - FOTOLAR 4 Dekabr 2020, 17:08 Azərbaycan Fransaya nota verdi - Səfir nazirliyə çağrıldı   4 Dekabr 2020, 17:02 Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb 4 Dekabr 2020, 16:56 “Azərbaycanlı hərbçilər Xankəndiyə gəliblər” - Erməni ekspertdən ETİRAZ 4 Dekabr 2020, 16:50 Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazdı 4 Dekabr 2020, 16:44 Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı 4 Dekabr 2020, 16:38 Sabiq icra başçısı vəfat etdi 4 Dekabr 2020, 16:32 Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev 4 Dekabr 2020, 16:26 Ərdoğan Bakı səfərinin tarixini AÇIQLADI 4 Dekabr 2020, 16:20 Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfirini qəbul edib 4 Dekabr 2020, 16:15 Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək” 4 Dekabr 2020, 16:10 “İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm” - Ərdoğan 4 Dekabr 2020, 16:05 Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?