Modern.az

AMİP: “Etibar Məmmədovun namizəd olmasını istəyirik” – MÜSAHİBƏ

AMİP: “Etibar Məmmədovun namizəd olmasını istəyirik” – MÜSAHİBƏ

10 Aprel 2013, 12:57

"Müxalifətin birliyi alınmasa seçkilərə ayrıca qatılacağıq"

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin Modern.az-a müsahibəsini təqdim edirik.

-Yusif bəy, artıq prezident seçkilərinə 6 aydan az vaxt qalıb. Hələ də partiyanızın bu istiqamətdə mövqeyi məlum deyil. Bu haqda nə düşünürsünüz seçkilərə qatılacaqsınızmı?

-Biz Milli İstiqlal Partiyası olaraq seçkiləri prioritet kimi hesab edirik. AMİP olaraq biz Azərbaycanda hakimiyyətə gəlməyi ancaq seçki yolu hesab edirik. Ona görə əlbəttə, seçkilər bizim üçün maraqlıdır. Bu partiya seçkilərdə zaman-zaman öz gücünü göstərib. Biz Azərbaycana müxalifətin vahid mövqedən çıxış etməsinin tərəfdarıyıq. Çox istərdik ki, prezident seçkilərində müxalifət bir mövqedən çıxış etsin. Bu baxımdan fəaliyyətimizi də məhz bu istiqamətdə qururuq. Hələlik mövqeyimiz müxalifətin birliyinə nail olmaqdan ibarətdir.

- Mövcud reallıq heç də müxalifətin seçkilərdən birliyindən xəbər vermir. Arzuladığınız bu birlik baş tutmasa hansı addımlar atacaqsınız? AMİP olaraq seçkidə iştirak edəcəksinizmi?

-Əlbəttə ki, bu mümkün olmasa biz AMİP olaraq mütləq seçkilərdə öz namizədimizlə iştirak edəcəyik. Partiyanın qurultayı buna səlahiyyətlidir. Yaxın iki ay ərzində partiyanın qurultayı keçiriləcək. Qurultay birbaşa partiyanın seçkilərdə hansı namizədlə çıxış etməsi haqda qərar verəcək.

Biz belə bir təkliflə çıxış elədik ki, müxalifətin vahid birliyinə nail ola bilməsək, Məşvərət Məclisində təmsil olunan partiyaların eyni platformadan çıxış etməsinin tərəfdarıyıq. Orada təmsil olunan 12 siyasi partiyanın hamısı buna razılıq verib. Belə desək Məşvərət Məclisi seçkilərdə vahid platformadan çıxış edə bilər.

Yenə qeyd edim ki, bu birlikdə əmələ gəlməsə öz namizədimiz olacaq.

-Etibar Məmmədov da namizəd olmayacağını açıqladı. Bu təqdirdə AMİP adından ən real namizəd sizsiniz.

-Bu haqda partiya qərar verməlidir. Mən heç nə deyə bilmərəm. Çünki bu barədə qurultayın qərarı olmalıdır. Biz çox istəyərdik ki, Etibar bəy namizədliyini versin. Bu bizim istəyimizdir. Məncə, Etibar Məmmədov ən layiqli namizəd olardı.

-Yusif bəy, İctimai Palataya alternativ göstərilən Məşvərət Məclisinin vahid namizədi ola bilərmi? Çünki Məşvətə Məclisində təmsil olunan partiyaların əksəriyyəti müxalifətin birliyinin tərəfdarı olduğunu bildirirlər.

- Bu da ola bilər ki, Məşvərət Məclisinin öz namizədi olsun.

- Aprelin 28-nə- SSRİ-nin yaranma günü aksiya təyin etdiniz. Bu təsadüfdir sizcə?

-Biz Milli İstiqlal Partiyası olaraq aksiyaya səs verməmişik.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir