Modern.az

“Biznes jurnalistika” layihəsinin birinci mərhələsi başa çatıb

“Biznes jurnalistika” layihəsinin birinci mərhələsi başa çatıb

Təhsil

21 Noyabr 2013, 13:35

Nədir «Biznes jurnalistika»?

Bu bir layihədir və British Council, Thomson Foundation, Paşa Bankındəstəyi ilə həyata keçirilir. Layihəyə qatılmaq istəyənlər əvvəlcə müvafiq iştirakçı vərəqəsini doldurur və seçimdən keçdikləri halda 3 mərhələdən ibarət olan təlimdə, eyni zamanda, ingilis dili kurslarında iştirak etmək hüququ qazanır. Bu dəfəki kursa müxtəlif kütləvi informasiya vasitələrindən 12 nəfər jurnalist seçilib və onlar üçün11-15 noyabr 2013-ci iltarixlərində kursun birinci mərhələsi keçirilib.

Den Meyson kimdir?  

  Əvvəla, ordan başlayaq ki, təlimçi Thomson Foundation təşkilatının məsləhətçisi, rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssis, Azərbaycanda müntəzəm olaraq təlimlər aparan, Nigeriya, Zimbabve, Sudan, İraq, Şri-Lanka, Misir, Gürcüstan, Kenya, Çin, Abu Dabi, İordaniya, Qətər, İsrail, Kipr və Avropa ölkələri daxil olmaqla bir çox yerlərdə seminarlarkeçənDenMeysonidi. Peşəkar təlimçi və məsləhətçiyə çevrilməzdən əvvəl, Den Meyson 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda və onlayn əməliyyatlar sahəsində dəfələrlə mükafatlandırılıb, baş redaktor və baş menecer vəzifələrində çalışıb. 58 yaşlı Meyson 5 günlük təlimdə jurnalistlərin diqqətini təkcə onlayn xəbərləri izləyən oxucular üçün nəzərdə tutulmuş və biznes ilə əlaqədar olan yazıların tapılması və yaradılmasında jurnalistlərə kömək etməklədeyil, eyni zamanda, cəld hərəkətləri, dinamikliyi, hər bir jurnalistə fərdi yanaşması və xüsusi diqqəti ilə cəlb etdi.

Jurnalistlər kursdan nə öyrəndi?

Əlbəttəki, təcrübəli mütəxəssis Den Meysonun sayəsində çox şey. Media mənsubları onlayn məlumatların zənginliyi, interaktiv cədvəllər, xəritələr və infoqrafikanın yaradılmasında istifadə olunan sadə, amma güclü vasitələrlə müxtəlifhadisələrin işıqlandırılması və mürəkkəb mövzuların açıqlanmasının yeni yollarını, onlayn oxucular üçün məlumatların tapılması, hazırlanması və vizuallaşdırılmasını, əlaqələrin yaradılması məqsədilə sosial media vasitələrindən səmərəli istifadə etmək və nüfuzunu artırmağın yollarını öyrəndilər. Eyni zamanda, kurs jurnalistlərə multimedia yazılarının planlaşdırılması və yaradılması, onlayn axtarışın daxili mexanizmi, yazma və redaktə bacarıqları, şəkil, audio və video materialların yaradılaraqinternetə yükləməkbaxımındanfaydalıoldu. 5 günlüktəliminsonundajurnalistlərəminoldularki, onlarbumüddətdə effektiv surətdə əməkdaşlıq etmək, şəxsi təşkilati bacarıqları mükəmməlləşdirmək və sadə onlayn vasitələrdən istifadə edərək daha effektiv fəaliyyət göstərmək, onlayn axtarış, sorğular və digər mənbələr vasitəsilə məlumat əldə etmək, verilənlər arxasındaduran hadisələri görə bilmək, habelə cədvəl, diaqram, qrafik, xəritə və vaxt cədvəllərinin vizuallaşdırılmasında  istifadə olunan pulsuz vasitələrin geniş çeşidi ilə tanış olmaq, mətn, şəkillər, video, audio, verilənlər, vaxt cədvəlləri və s. kimi vasitələrdən istifadə edərək strukturlu multimedia yazısını planlaşdırmaq, mətn, multimedia və qrafikadan ibarət bloq və ya internet saytını yaratmaq və idarə etməkbacarığınamalikdirlər. Eyni zamanda,onlarmobil telefon, kamera və pulsuz onlayn redaktə vasitələrindən istifadə edərək, onlayn təsiredici rəqəmsal şəkilləri çəkmək və onları redaktə etmək, mobil vasitələrdən istifadə edərək, video və audio müsahibələri yazmaq və internetə yükləmək, yaxşi reputasiya və nüfuz qazanmaq, məlumatla paylaşmaq, ictimaiyyəti daha fəal iştirak etməyə sövq etmək və hadisələri işıqlandırmaq məqsədilə sosial mediadan istifadə etmək, sosial media mənbələrindəki məlumatın düzgünlüyünü yoxlamaq və yeni yazı formalarını yaratmaq üçün istifadəçilər tərəfindən yaradılmış tərkibə nəzarət etmək vərdişlərinə yiyələndilər.

 

Təşəkkürlər, PaşaBanktəşəkkürlər, British Council!!!

  Jurnalistlər üçün son dərəcə faydalı olan, eyni zamanda British Council və Azəbaycan Diplomatik Akademiyasının birgə ingilis dili kurslarında iştirak etmək şansı verən bu təlimin əsas dəstəkçilərindən olan Paşa Bank həm də təhsilə xüsusi dəstəyi ilə seçilən təşkilatlardandır. Beləki, Paşa Bank Azərbaycanın ən böyük korporativ banklarındandır, aktiv və capital böyüklüyünə görə ilk beşlikdədir, müştəriyə fərdi yanaşması ilə özünə məxsus bankçılıq və xidmət anlayışını əsas tutur, capital bazarında ən aktiv iştirakçılardandır, investisiya bankçılığı sahəsində ciddi nailiyyətləri vardır. Bankın brendinin xaricdə və daxildə tanınmasını təmin edib, təşkilatın daxili strategiyasını dəstəkləmək üçün insane resursları sistemini optimallaşdırıb,ən əsası maliyyə vəziyyətinin davamlılığını qoruyub saxlayıb. Yarandığı gündən qarşısına «yüksəketik standartlara riayət edən, keyfiyyətli xidmətlər göstərən, mükəmməl işgüzar nüfuza və güclü maliyyə potensialına malik aparıcı Azərbaycan bankı olmaq» missiya və məqsədini qoyanPaşa Bank peşəkar mütəxəssislər və yüksək idarəçilik təcrübəsi nəticəsində yaxın gələcəkdə Azərbaycanın bir nömrəli bankına çevriləcəkdir. Bütün bu keyfiyyətləri ilə yanaşı, Paşa Bankın fəaliyyəti həm də təhsilə, jurnalistlərə göstərdiyi xüsusi münasibətə görə təqdir edilməlidir. Öz növbəsində həm tələbə-jurnalistlər, həm də müxtəlif media orqanlarında işləyən media mənsubları üçün vaxtaşırı maraqlı layihələrlə çıxış edən, onların bilik və bacarıqlarının, dil imkanlarının inkişafı istiqamətində səmərəli addımlaratan, London səfərlərini təşkil edən British Council un fəaliyyəti yüksək qiymətləndirilməlidir.

Bir-birindən maraqlı layihələrə, jurnalistlərə olan isti münasibətinizə görə təşəkkürlər, Paşa Bank,  təşəkkürlər, British Council!!!

 




 

   

Pərvanə İbrahimova  
 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır